Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təşvir
Təşvir (az.-əski. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Marko Veşoviç
Marko Veşoviç — (28 avqust 1991, Podqoritsa) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi. == Karyera == === İlk illər === Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. == Etimologiyası == "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.
Təşviş(film, 2007)
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W. K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. == Tətbiq etmə qaydası == Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil. Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb. Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing.