Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tkotsa
Tkotsa (gürc. ტკოცა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 689 nəfər idi. 2014-cü ildə 487 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Tetra
Tetra (lat. Lyrurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung; 5 noyabr 1983) ingilis qadın aparıcı və modeldir. BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Aletta Ouşen
Aletta Ouşen (ing. Aletta Ocean; 14 dekabr 1987, Budapeşt) — Macarıstan pornoaktrisası. Əsl adı Dora Varqadır (macarca: Dóra Varga). 2006-cı ildə gözəllik müsabiqənin qalibi olduqdan sonra pornoqrafik karyerasına başlamışdır.
Bletia angustifolia
Spathoglottis plicata (lat. Spathoglottis plicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü.
Bletia masuca
Calanthe masuca (lat. Calanthe masuca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis masuca (D.Don) Kuntze Bletia masuca D.Don Calanthe furcata f.
Bletia sylvatica
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis centrosis (Thouars) Steud.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Eucalyptus oleosa
Eucalyptus oleosa (lat. Eucalyptus oleosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus oleosa subsp. ampliata L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp. corvina L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp. cylindroidea L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Murad Tlexas
Tlexas Murad Gəray (15 avqust 1873 – 29 may 1920, Bakı, Azərbaycan SSR) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. Əslən çərkəzdir. Mixail artilleriya məktəbini bitirdikdən sonra Rusiyanın bir sıra bölgələrində xidmət etmişdi. Tlexas milli tərkibli qoşun hissələrinin sıralarında xidmətə Müsəlman korpusunun təşkilindən sonra başlamışdı. 1918-ci il yanvarın 1-də bu korpusa qəbul edilən Tlexas 2-ci topçu briqadasının komandiri təyin olunmuşdu. Əlahiddə Azərhaycan korpusunda Tlexas topçu müfəttişi vəzifəsini icra edirdi. O, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfındən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdəndir. Əlahiddə Azərbaycan korpusu 1918-ci il avqustun 13-də ləğv edilərkən Tlexas Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu komandanlığının topçu müfəttişliyinə qəbul olunmuşdu. Hərbi Nazirlik bərpa edildikdən sonra hərbi nazir Səməd bəy Mehmandarovun ordu qərargahının formalaşdırılması ilə bağlı 1918 il 15 noyabr tarixli əmrilə Tlexas Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin rəisi təyin olundu. O, topçu hissələrinin təşkilinə, topçu əmlakının mühafızəsinə və bölüşdürülməsinə rəhbərlik edirdi.
Sol-İletsk
Sol-İletsk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Telets xan
Telets xan — (bolq. Телец) - Bulqar xanı. 762-765 illərində hökmdarlıq etmişdir. Uqaiin sülaləsindən idi. Vinek xanın ailəsi ilə birgə öldürülməsindən sonra anti-slavyan saray əyanları tərəfindən taxta çıxarılmış, energetik, cəsur adam idi. İmperator V Konstantin ilə geniş müharibəyə başlayan xan slavyan əsgərlərinin qaçması nəticəsində məğlub olaraq geri çəkilməli oldu. Öncəki xanlar kimi Telets də eyni sonu yaşadı və məğlubiyyətin cəzası olaraq edama məhkum edildi.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Bletia paulinae
Spathoglottis paulinae (lat. Spathoglottis paulinae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Bletia paulinae F.Muell. Spathoglottis altigena Schltr. Spathoglottis rivularis Schltr. Spathoglottis soutteriana F.M.Bailey Spathoglottis stenophylla Ridl.
Bletia quadrifida
Calanthe triplicata (lat. Calanthe triplicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis veratrifolia Kuntze Amblyglottis veratrifolia Blume Calanthe veratrifolia R.Br. ex Ker Gawl. Limodorum veratrifolium Willd.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır. Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir.
Limon tetra
Hyphessobrycon pulchripinnis (lat. Hyphessobrycon pulchripinnis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika; Tokantis Çayı. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Dişilər daha yumru quruluşa sahib və nisbətən kişilərdən daha böyükdür. Kişilər daha incə quruluşa malikdir. Anal üzgəclərdən də ayrı-seçkilik edilə bilər. Altdakı şəkildə, üstdəki balıq dişi, altdakı kişidir. Artıma: Yumurta saçaraq. 100-200 arası yumurtanı bitkilərin yaxınında yumurtlayarlar.
Neon tetra
Paracheirodon innesi (lat. Paracheirodon innesi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika Bəslənmə forması: Heyvanlar ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan Öz növlərinə davranışı: Təcavüzkar olmayan Üzmə səviyyəsi: orta-Səth Cinsiyyət ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi çətindir. Dişi balıqlar nisbətən daha iri, daha yumrudur. Kişilər daha incə quruluşa sahibdir. Altdakı şəkildə; üstdəki balıq dişi altdakı kişidir. Artıma: Hazır dişi, uyğun bir kişilə, bol bitkiləndirilmiş, loş işıqlı bir tanka alınaraq burada törəməsi təmin edilər. 130 ətrafı yumurta tökərlər. Yumurtlamadan sonra ana ata ana akvariuma geri atılar. Balalar 5 gün sonra sərbəst üzməyə və yem yeməyə başlar.
Qara tetra
Gymnocorymbus ternetzi (lat. Gymnocorymbus ternetzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin gymnocorymbus cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika, Amazon Çayı. Negro çayı, Argentina çayı. Bəslənmə Forması:Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Artıma düşünülürsə qrup halında alınmalıdır. Dişilər daha iri, daha uzun üzgəcləri vardır. Kişilərin rəngləri daha tünddür. Altdakı şəkildə; üstdəki balıq kişi, altdakı dişidir. Artıma: Yumurta saçaraq.
Qırmızıüzgəcli tetra
Aphyocharax anisitsi(Qırmızıüzgəcli tetra)(Qan quyruq tetra)-(Characiformes) dəstəsindan bir balıq növü. Ana vətəni: Cənub Amerika; Puluna çayı Argentina. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Dişi kişi ayrı-seçkiliyi çətindir. Kişi balıq nisbətən daha incə görünüşə malikdir. Əryələrin anal üzgəci qan tərəfindən şəklindədir. Altdakı şəkildə üstdəki balıq kişi digərləri dişidir. Artıma: Yumurta saçaraq. Törəmələri asandır. Yüngül üsyankardıq yumşaq suda gün qərbiminə doğru bir əldən düşmüşün yaxınına 300-800 arası yumurta tökərlər. Törəmədən sonra yetkin balıqlar mütləq başqa bir akvariuma alınmalıdır.
Slesa qalası
Slesa qalası (gürc. სლესის ციხე) — Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. Tarixi bilinməyən qala kompleksi dövrümüzdə xarabalığa çevrilmiş qaladan və ona bitişik olan iki təpənin arasında yerləşən və strateji olaraq daha yaxşı qorunan qüllədən ibarətdir. Borcomi vadisi boyunca uzanan qala kompleksi Gürcüstanın mərkəzini cənubdan gələn hücumlardan qoruyurdu. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. Qalanın tarixi məlum deyil. Qalanın memarlıq xüsusiyyətləri və odlu silahlar üçün yaradılmış bəzəklər ilə təmin olunmasından belə ehtimal edilir ki, abidə orta əsrlərdə inşa edilmişdir. O dövrdə 16 ailənin yaşadığı Slesa kəndinin varlığı haqqında ilk dəfə 1598-ci ildə baş tutmuş Osmanlı siyahıyaalınması zamanı qeyd edilmişdir. Bölgənin Osmanlı tərəfindən fəth edilməsi Samtsxenin yerli əhalisinin sürgün edilməsi və ya assimilyasiyası ilə nəticələndi. 19-cu əsrdə kənd tərk edildi.
Tessa Tompson
Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı. Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Vertyu və Moir cütlüyü həmdə Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.