Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı.
Aleksey Tolstoy
Aleksey Nikolayeviç Tolstoy — rus yazıçısı. 3 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946) == Həyatı == Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə Nikolayevsk şəhərində (indiki Saratov vilayətinin Puqaçov şəhərində) qraf Lev Nikolayeviç Tolstoyun ailəsində anadan olmuşdur. Samara real məktəbini bitirdikdən sonra, 1901-ci ildə Peterburq Texnoloji İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində təhsilini yarımçıq qoymuşdur. Elə həmin il onun “Lirika” adlı ilk şeirlər kitabı çap olunur. Bu kitabda dekadent ədəbiyyatın ciddi təsiri, simvolizmə meyil hiss olunurdu və sonralar müəllif özü bu kitabı tənqid edir. Ilk şeirlər kitabından bir il sonra “Niva” jurnalında Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu ildə “Sağsağan nağılları” hekayələr kitabı çap olunur. Onun bir-birinin ardınca çapdan çıxmış “Mavi çaylar arxasında”, “Baməzə adamlar” (1911), “Topal mülkədar” (1912) kitablarında şifahi xalq ədəbiyyatına, Nikolay Vasilyeviç Qoqol, İvan Aleksadroviç Qonçarov və Mixail Yevqrafoviç Saltıkov-Şedrin kimi sərt realistlərin satira ənənələrinə yaradıcı meyil hiss olunurdu. Birinci dünya müharibəsində (1914) “Russkiye vedomosti” qəzetinin hərbi müxbiri kimi cəbhəyə gedir və yalnız bu zaman, tərcümeyi-halında özünün dediyi kimi, əynindən simvolizm əbasını soyunur, “əsil həyatı görür, rus xalqını tanıyır”. Beləliklə, yazıçı həyat keşməkeşlərinin mərkəzinə keçir, “həyat laylarını çevirərək onu incəsənətdə əks etdirməyə” imkan tapır. Lakin Aleksey Nikolayeviç Tolstoy 1917-ci il inqilabını əvvəlcə başa düşmür, onu düşməncəsinə qarşılayaraq 1919-cu ildə xaricə mühacirət edir, Fransada, sonralar Almaniyada yaşayır.
Etiraf (Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Lev Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Lev Tоlstоy

Mixail Tolstıx
Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 1980 – 8 fevral 2017, Makeevka, Donetsk vilayəti) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı. Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur. Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir. İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur. 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır. Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.
Tolstoy-Yurt
Tolstoy-Yurt (çeçen. Девкар-Эвла) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Tolstoy-Yurt kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Tolstoy-Yurt kəndində, Qroznı bələdiyyəsinin idarəsi yerləşir, mahalın inzibati mərkəzi Qroznı şəhəridir. Kənd Qroznı şəhərindən 12 km şimal-şərqdə Terski silsiləsinin şimal ətəyində yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Nikolayev kəndi və Naberejnıy kəndi, şimal-şərqdə Vinoqradnoye kəndi, cənub-şərqdə Petropavlovskaya kəndi, cənubda Qoryaçeistoçnenskaya kəndi, cənub-qərbdə Alxan-Çurt kəndi (Qroznı şəhərinin bir hissəsi) ) və şimal-qərbdə - Pravoberejnoye kəndidir. "ЭСБЕ"-yə görə, Tolstoy-Yurt (Köhnə Yurt) kəndi 1705-ci ildə qurulmuşdur. Rusiya imperiyasının bir hissəsi olaraq, Terek bölgəsinin Qroznı şöbəsinə aid idi. 1934-cü il avqustun 1-nə qədər Köhnə Yurt kəndi Nadterek rayonunun tərkibində idi. 1 Avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətinin Qroznı şəhərində, o cümlədən sərhədləri daxilində yeni bir Qroznı bölgəsi yaratmaq qərarına gəldi.
Şeytan (Tolstoy)
Şeytan (rus. Дьявол) — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır. Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir. İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi… Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib. "Şeytan (povestlər)" ( (az.)).
Dirilmə (Lev Tolstoy)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. == Məzmunu == Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Lev Tolstoy Ədəbiyyat və Etnoqrafiya Muzeyi
Lev Tolstoy Ədəbi-Etnoqrafiya Muzeyi — dahi rus yazıçısı Lev Tolstoyun Çeçenistanda qalmasına həsr olunub. 1980-ci ildə Çeçenistan Milli Muzeyinin filialı kimi yaradılmışdır. == Təsviri == Muzey 1851-1853-cü illərdə Lev Tolstoyun qaldığı Staroqladovskaya kəndində yerləşir. Burada iki dostunun köməyi ilə tərcümə ilə Çeçen folklorunun nümunələrini toplamışdır. Bu onun çeçen folkloru toplamaqda ilk təcrübəsi olmuşdur. Burada o, ilk əsərini – "Uşaqlıq" hekayəsini də bitirmışdir. Muzey 1980-ci ildə Çeçen-İnquş Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış və 1913-cü ildə tikilmiş keçmiş məktəb binasında açılmışdır. 1914-cü ildə bu məktəb Rusiyada Lev Tolstoyun adını daşıyan ilk məktəb olub. Yarandığı gündən muzeyi keçmiş SSRİ-nin hər yerindən minlərlə insan ziyarət etmişdir. Birinci zalda təqdim olunan ekspozisiya onun yaradıcılıq fəaliyyətinin başlanğıcından, Tolstoyun yerli çeçenlərlə dostluğundan bəhs edir.
Bidens holstii
Bidens holstii (lat. Bidens holstii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Pavetta holstii
Pavetta holstii (lat. Pavetta holstii) — boyaqotukimilər fəsiləsinin pavetta cinsinə aid bitki növü.
Triplocephalum holstii
Triplocephalum (lat. Triplocephalum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Triplocephalum holstii O.Hoffm.