Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1–2,3 q/cm³-dir. Rənqi bozdur. Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Thalia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Trafik
Trafik (ing. traffic) — hərəkət, nəqliyyat, ticarət. Trafik müxtəlif sahələr üçün olur: Konpyuter texnikasında Trafik — informasiyanın həcmi. Trafik verilənləri — kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur. Kompüter şəbəkəsində Trafik — müraciətlərin və ya sorğuların sayı. Nəqliyyatda Trafik — yol hərəkətinin intensivliyi. Filmlər Trafik (film, 2000) — 2000-ci ilin filmi. Mahnılar Trafik (Zemfira) — Zemfiranın ifasında mahnı. Trafik (CENTR) — CENTR qrupunun ifasında mahnı.
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Traxeit
Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb. Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir. Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur. Bakteriya: Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur. Viruslar: qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir. Göbələk: Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir. Anamnez Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası. Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir.
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Kralın Qızları
== Ümumi məlumat == Kralın qızları XIV Lüdovik tərəfindən hazırlanan 1663–1673-cü illər arasında Yeni Fransaya gələn təxminən 800 gənc Fransız qadını ifadə etmək üçün istifadə olunan bir termindir. Bu Kanadanın əhalisini artırmaq üçün bir layihədir. Qadınlar və qızlar Yeni Fransaya köç ederkən, onlar kralın qızları olmağı düşünmürdülər. Çünki bu termin hökumət tərəfindən aktiv olaraq işə qəbul olunan və koloniya səfəri kral tərəfindən olan qızlar və qadınlar üçün istifadə olunurdu. == Mənşə == Onun başlanğıcında Yeni Fransada kişilərə üstünlük daha çox idi: əsgərlərin vilayətində, xəz ovçuluğunda və kahinlikdə. Bu qadınlardan istifadə az tələb olunurdu. Bu vaxt koloniyada əksər qadınların işləməsi üçün kənd təsərrüfatı üstünlük təşkil etməyə başladı, lakin 17-ci əsrin ortalarında Yeni Fransada yalnız kişilər və qadınlar arasında ciddi qarşıdurma vardı. Qadın immiqrantların kiçik bir hissəsi özləri xərclərini ödəməli oldu və az hissədə subay qadınlar Yeni Fransanın sərt iqlim və şəraitinə uyğunlaşmaq üçün tanıdıqları yerləri tərk etmək istəyirdilər. Rəqib İngilis müstəmləkələrində əhali artımı, bəzi səlahiyyətlilər arasında Yeni Dünyada haqq iddialarını davam etdirmə mövzusunda narahatlıqlarını oyandırdı. Əhalini və ailələri artırmaq üçün Yeni Fransa intendantı Jan Talon, kralın ən az 500 qadının gətirilməsini dəstəkləməsini təklif etdi.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.