Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turtkul
Turtkul (özb. To‘rtko‘l, Тўрткўл, qaraq. Tórtkúl, Төрткүл, Petro-Aleksandrovsk) — Qaraqalpaqıstanda (Özbəkistan) şəhər, Turtkul rayonunun inzibati mərkəzi (tuman). Amudərya çayının sağ sahilində yerləşir. 1873-cü ildə Amudərya çayının sağ sahilinin Xivə xanlığından Rusiyaya keçməsi ilə, Xivə qalasının yerində Turtkul, Rusiya imperiyasının Sırdərya bölgəsinin bir hissəsi olaraq Petro-Aleksandrovsk şəhəri (əslində-Petro-Aleksandrovskoye istehkamı) meydana gəldi. Petro-Aleksandrovsk istehkamı, Türkistan Hərbi Dairəsinin Amudərya şöbəsi rəisinin iqamətgahı oldu. Şöbənin rəisi Amudəryanın Xiva tərəfində araq istehsalının qadağan edilməsi və Rusiya tərəfinə qaçaqmalçılığı, habelə soyğunçuluq, mal-qara oğurluğu üçün çayı keçən quldurların axtarılması və cəzalandırılması kimi məsələlərdə Xivə xanı ilə yazışmalar aparırdı. Petro-Aleksandrovsk rayon şəhərinin gerbi, 21 aprel 1909-cu ildə, Sırdərya bölgəsinin digər gerbləri ilə birlikdə təsdiq edildi. "Qara zəmidə qırmızı qalxanın üstündə 3 üzüm salxımı ilə müşayiət olunan 3 qülləsi və açıq qapıları olan gümüş qala divarı var. Kəhar hissədə Sırdərya bölgəsinin emblemi var.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Turaqul Kunabayev
Turaqul Abay oğlu Kunabayev (qaz. Тұрағұл Абайұлы; həmçinin Turaqul İbrahimov (qaz. Тұрағұл Ибрагимов); 1875, Abay rayonu, Şərqi Qazaxıstan vilayəti — 6 mart 1934, Çimkənd, Qazaxıstan SSR) — Qazaxıstan şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadim. Abay Kunanbayevin Aygerim adlı həyat yoldaşından oğlu. 1875-ci ildə Abay rayonunda anadan olmuşdur. Atasının yanında böyüyən Turaqul təhsilini kənd mollasından almışdır.. Rus, ərəb, fars dillərini bilirdi. Dombra və skripka çalırdı. 1900-cü ildə Çingiz volostunun qubernatoru seçilən qardaşı Maqauiyanın müavini oldu. 1904-cü ildə özü volost vəzifəsnə keçir, amma növbəti il ​​istefa verir.
Türkel TV
ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı. Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb. Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb. 2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib. 2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD formatlı ümumrespublika yayımına başlayıb. Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700. "ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir. Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai-siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.
Anadolu Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Azərbaycan Türkü
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Turku qalası
Turku qalası (fin Turun linna, isv. Åbo slott) — Finlandiyanın Turku şəhərində yerləşən XIV əsrdə inşa olunmuş qala kompleksi. Qala kompleksinin içərsinə Turku kafedralıda daxildir. Turku qalası Finlandiyada hələdə istafə olunan ən qədim tikililərdən biri hesab olunur. Qalanın orta əsrlərdə Finlandiya tikilmiş ən möhtəşəm tikili olması fikri, bir çox tarixçilər tərəfindən bir mənalı şəkildə qəbul edilmişdir. Turku qalası aura çayının sahilinə yaxın bir ərazidə inşa olunmuşdur. Qalanın tikintisinə 1280-ci ildə başlanılmışdır.
Türkiyə Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Avar Türkü
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Bolqarıstan türkü
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Sabir Nuri Türkel
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur. Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
Dana (oğuz türkü)
Dana — oğuz türk döyüşçüsü, Urmiya hakimi, Rəvvadi hökmdarı Vəhsudanın müttəfiqi. == Fəaliyyəti == Səlcuq axınları dövründə Azərbaycana yürüş edən oğuz türkləri Rəvvadi hökmdarı Vəhsudan tərəfindən dostca qarşılanmışdır. Vəhsudan oğuz türkü bir qızla evlənmişdir. Oğuzlar əlaqələrinin olduğu müsəlman əmirlərinə qız verməkdə problem görmürdülər. Burada qız üçün başlıq almaq ənənəsi də rol oynayırdı. Bu oğuzların liderləri Dana, Boğa, Göy Daş və Mənsur idi. Onlar ya Vəhsudanın istəyi ilə, ya da Vəhsudanla ittifaqlarını pozaraq qarətə başlamışdılar (Oğuz-Həzbani münaqişəsi) Oğuz-Həzbani münaqişəsində Vəhsudan Həzbanilərin lideri Əbul-Heycanın tərəfinə keçmişdir. Bundan sonra oğuzlar Azərbaycanı tərk etməyə məcbur edilmişdir. Sadəcə Dananın başçılığındakı bir qrup İran Azərbaycanında qalmışdır. Ehtimal ki, Vəhsudanın evləndiyi qız da Dananın yaxın bir qohumudur.
Ne mutlu Türküm diyene
Ne mutlu Türküm diyene — Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamət verici ideoloji ifadə. İlk dəfə olaraq 1933-cü ildə 10-cu il nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürkçülükün əsas devizi hesab olunur. Sonradan, 1972-ci ildən Türkiyə Təhsil Nazırliyi tərəfindən şagird andına daxil edilmişdir. 2013-cü ildən isə bu and ləğv edilmişdir.
Erməni soyqırımı. Türkün sözü
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
Türkün ulusu. Xəlil Rza Ulutürk — 2015-ci ildə rejissor Murad Quliyevin Azərbaycan Televiziyasında çəkdiyi sənədli film Filmdə əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün xatirəsinə həsr olunur. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.