Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib. Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.
Tetüşi
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Tunduşi
Şanyü Tunduşi (v. 98) — 31-ci hun imperatorudur. Tunduşi əvvəllər sərkərdə idi. Şimal hunlarına qarşı müvəffəqiyyətli səfərlərdə başçılıq etmişdi. Hakimiyyətə gələndən sonra Tuntuhenin tərəfdaşları, Şimal hunlarının dəstəyi ilə onun oğlu Fenhunu şanyü elan etmişdilər. Fenhunun tərəfdarları dağlarda vuruşduğu üçün çətinliklə qalibiyyətlər əldə edilirdi. Xalq daha sonra Fenhudan ayrılmağa başladı, çünki aclıqdan əziyyət çəkirdilər. Hakimiyyəti dövrüncə Fenhu ilə mübarizə aparan şanyü 98-ci ildə öldü.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Turdus
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Turist
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Turukki
Turukki və ya Turuk — E.ə. XX–e.ə. XIX əsrlərdə Cənubi Azərbaycanda və Xəzərin cənub hissəsində yaşamış qədim türk tayfalarından biri. Quti dövlətinin parçalanmasından sonra turuklar Azərbaycan ərazisində – gələcək Midiya erkən dövlətinin formalaşacağı yerdə kiçik çarlıqlarını qurmuşlar. Miladdan öncə minillər boyu qədim Azərbaycanda yaşayan türk boyları 3–4 min il əvvəl müxtəlif qollara ayrılmış, bir qolu Türkistan tərəfə köçmüş, digər qolu isə Urmu gölü hövzəsində qalmışdır. Şərqə gedən türklər V əsrdən sonra böyük Göytürk İmperiyasını qurmuşlar. Bu türklər haqqında Çin mənbələrində, Orxon-Yenisey türk abidələrində və digər qaynaqlarda kifayət qədər məlumat vardır. Müxtəlif dillərdə yazılmış sənədlərdə tukyu (çin), türküt (monqol), tork (fars, erməni) və öz dillərində türük, türk adlanan türklərin şərq qolu elmi ədəbiyatda geniş işıqlandırılmışdır, lakin Ata yurdda qalan türklər barədə bunu söyləmək olmaz, çünki indiyə qədər bu sahədə tədqiqat aparılmamış, yalnız akkad yazılarında bir-iki yerdə adı turukki şəklində oxunan tayfaların türk olması fikri söylənmişdir. Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minildə qurulan Aratta, Quti, Lulu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birlikdə iştirak etmişlər.
Turşsu
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə. Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Türgiş
Türgiş Xaqanlığı, Türkeş və ya Turgiş (Köhnə türkcə: 𐱅𐰇𐰼𐰏𐰾: 𐰉𐰆𐰑, Türgeš budun,   'Türgeş xalqı'; Sadələşdirilmiş Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; i-Şih; qədim tibet: du-Rgyas) türk tayfa konfederasiyası idi. Bir vaxtlar Qərbi Türklərin On-Ok elitası üzərində Tulu qanadına mənsub olan Türkeş, Qərbi Göktürk xanlığının dağılmasından sonra müstəqil bir güc kimi meydana çıxdı və 699-cu ildə xanlıq qurdu. Türklər xaqanlığı 766-cı ilə qədər, karluklar onları məğlub edənə qədər davam etdi. Türkeş və Göktürklər nikahla qohum idilər. == I. Türgiş Xaqanlığı == Türgişlər Göktürklərin "On-Ox" tayfasından idi. Onlar İssık-Kul gölünün ətrafında yaradılmışdır. Göktürk İmperatorluğunun qurucusu Bumin Kağan 552-ci ildə İstemi "On-Ok" soyuna "bəy" təyin etdi. 630-cu ildə Göktürk İmperatorluğu dağılanda dövrün hökmdarı "Baka Tarkan" dövlətinin müstəqilliyini elan etdi. On-Ox qəbiləsinin bütün üzvlərini öz dövlətinə çağırdı. Qısa müddətdə bütün On Oxlar bu dövlətdə birləşərək 140.000 nəfərlik ordu topladılar.
Bos taurus taurus
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Abiyentin turşusu
Abiyentin turşusu - təbii qatran turşusu (C19H19COOH), kanifolun əsas tərkib hissəsi, 174-175oC-də əriyən kristal maddə. Efir, spirt və b. həlledicidə asan həll olur, suda həll olmur. == Tətbiqi == Saf formada quruducuların, boya və lakların, emulqatorların istehsalında istifadə olunur. Bu turşunun spirtləri (abietol, dihidroabietol) sabun (pambıq çapında istifadə olunan qatran sabunu adlanır), kosmetika istehsalında istifadə olunur. Turşu duzlarına abietatlar deyilir və yağların və sabunların qurudulması üçün qatılaşdırıcı kimi istifadə olunur. Ətir istehsalında da istifadə olunur. == Təhlükəsizlik == Zəif kontaktda alergendir. == Mənbə == A.Məhərrəmov, M.Allahverdiyev "Kiçik kimya ensklopediyası", Bakı-1997.
Adipin turşusu
Adipinn turşusu (heksadikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Karbon turşularına xas olan bütün kimyəvi xüsusiyyətlərə malikdir. Suda həll olan duzlar əmələ gətirir. == Ümumi == Mono və diefirlərə asanlıqla eterefikasiya olunur. Qlikollarla poliefirlər əmələ gətirir. Adipin turşusunun duzları adipinatlar adlanır. NH3 və aminlərlə qarşılıqlı təsirdə olduqda amonium duzları əmələ gətirir, dehidratlaşdıqda adipamidlərə çevrilir. Diaminlərlə poliamidlər, ammonyakla katalizator iştirakı ilə 500–600 °C – də adipodinitril əmələ gətirir. == Alınması == === Sənayedə alınması === Sənayedə adipin turşusu, əsasən sikloheksanın iki mərhələli oksidləşməsi ilə əldə edilir. Birinci mərhələdə (142–145 °C və 0.7 MPa hava ilə maye fazalı oksidləşmə) sikloheksanon və sikloheksanol qarışığı əldə edilir: bu da rektifikasiya ilə ayrılır.
Adiyat Surəsi
100-cü surə
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Akrilat turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Alma püresi
Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır. Yağ əvəzləyicisi kimi istifadə oluna bilər. Hazır alma püresi supermarketlərdən əldə edilə bilər. == Tarixi == Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir. == Hazırlanması == Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər.
Alma turşusu
Alma turşusu və ya oksikəhrəba turşusu, НООС-СН(ОН)-СН2-СООН — ikiəsaslı oksiturşu. 100°S-də əriyən rəngsiz kristal maddədir. İlk dəfə 1785-ci ildə ildə K. Şeyele kal almadan almışdır. Üzüm, quşarmudu və bəzi başqa meyvələrdə də var. Alma turşusu bitki və heyvanların tənəffüsündə gedən oksidləşmə prosesinin aralıq məhsullarındandır. == İzomerləri == Alma turşusunun d, l və r-izomerləri vardır. Alma turşusu əsasən, yeyinti sənayesində, habelə tibdə və boyaqçılıqda işlədilir. === r-alma turşusu === r-alma turşusunu kəhrəba turşusundan və ya fumar turşularından almaq olar. Qeyri-fəal (r) alma turşusu 130oC-də əriyən və suda pis həll olan bərk maddədir. Bundan, sinxonin təsir etməklə alınan duzları kristallaşdırma yolu ilə sağ və sol alma turşularını əldə etmək olar.
Amin turşusu
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
Aminosirkə turşusu
Aminosirkə turşusu - (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) amino turşuların ilk nümayəndəsidir. == Alınması == O 1820-ci ildə Brakonno tərəfindən zülal kleyinin hidrolizindən alınıb, hansı ki, 25% qlisin tərkiblidir və özünün şirin, dadlı olmasına görə qlikakol adlandırılıb (yunanca qlikos-şirin, kolla-kleydir). Qlisin heyvanların ən ibtidai tiplərinin əzələlərində rast gəlir. Çoxlu sayda (36% ilkin xammalının kütləsindən) ipəyin zülal maddəsinin hidrolizi zamanı əmələ gəlir, kleyin hidrolizindən, su və sulfat turşusu ilə qaynaması zamanı, həmçinin gippur turşusunun hidrolizindən, hazırda isə qlisin sintetik yolla karbon turşularının xlorlaşdırılmasından, sonradan xlorsirkə turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır. 15 yanvar 2016-cı ildə yeddi illik səyahətdən sonra kosmik gəmi geriyə qayıdarkən ulduz tozundan olan nümunə kapsulasını yerə atır. Bu nümunələrdə qlisinin izləri tapılmışdır. Maddə yer şəraitində əmələ gəlmədiyindən onda yerdəki qlisinə nisbətən daha çox C13 izotopu aşkar olunmuşdur. 2016-cı ilin mayında alimlər qlisinin 67P/ Чурюмова-Герасименко kametin ətrafındakı bulud qazında olmasını elan edilib. Belə ki, aminosirkə turşusunda amino qrupu karboksilinin qonşuluğundakı karbon atomunda yerləşdiyinə görə, bu turşu amino turşulara aiddir. == Fiziki xassələri == Aminosirkə turşusu bütün başqa aminoturşulardan fərqli olaraq optiki aktivliyə malik deyildir.Aminosirkə (aminoetan) turşusu xalq arasında qlisin kimi məlum olan ağ və ya açıq-boz rəngli toz halında kristallik, iyi az, sadə alifatik amino turşulara aiddir.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.