Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sesklo
Sesklo (yun. Σέσκλο) və ya Sesklon(Σέσκλον) — e.ə. VII-VI minilliklərdə Avropada bilinən ilk Neolitik yaşayış yerlərindən biridir. Yunanistanın Volos şəhərindən 8 kilometr qərbdə, Fessaliyanın Maqnesiya periferiya birliyindəki Volos icmasında, XIX əsrdə qazıntıların aparıldığı mövcud bir Aromanyalı kəndinin adı verilmişdir. 2011-ci il siyahıyaalma tarixinə görə 862 əhali vardır. Ən qədim tapıntılar eramızdan əvvəl ~ 6850-ci ilə aiddir. e. 660 ilə qədər bir səhv ilə. Proto-Sesklo və Sesklodan əvvəlki iki fərqli mədəniyyətə aiddirlər. Sonuncusu, əsas proto-Sesklo kəndinə bitişik ikinci dərəcəli yaşayış məntəqələri ilə təmsil olunur və Tuna sahillərində, Thessaly'nin şimalında coğrafi olaraq paylanmış köhnə Krişna mədəniyyətinin işğalçılarına aiddir.
Tuskulu
Tuskulu — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Çay kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. II əsr müəllifı Klavdi Ptolomey Qafqaz dağları ilə Xəzər sahili arasında tuskların yaşadığını göstərir. Fikrimizcə, toponim həmin tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakunk qoyulmuşdur.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Aleksandr Ptuşko
Aleksandr Lukiç Ptuşko (doğularkən Ptuşkin) (rus. Александр Лукич Птушко; 19 aprel 1900, Luqansk, Yekaterinoslav quberniyası – 6 mart 1973, Moskva) — rus sovet rejissoru, operator və rəssamı. SSRİ xalq artisti (1969). Stalin mükafatı laureatı (1947). O, sovet "Volt Disney"i adlandırılmışdır. == Həyatı == Aleksandr Ptuşko 19 aprel (digər mənbəyə görə 18 aprel) 1900-cü ildə Luqansk şəhərində Luki Artemyeviç və Natalya Semyonovna Ptuşkinlərin kəndli ailəsində anadan olmuşdur. Real məktəbində oxumuşdur. 1919-cu ildən 1-ci süvari ordunun 11-ci kavaler diviziyasında xidmət etmişdir. Vətəndaş müharibəsindən sonra yerli Xalq evində (indiki Dəmiryol vilayət mərkəz sarayı) aktyor və rəssam-dekorator, "Donetsk ocaqxanası" (rus. Донецкая кочегарка) qəzetində müxbir işləmişdir.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197–14380 — And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438–1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak — (1200–1230) Sinçi Roka — (1230–1260) Loke Yupanki — (1260–1290) Mayta Kapak — 1290–1320 Kapak Yupanki — 1320–1350 Inka Roka — 1350–1380 Yauar Uakak — 1380–1410 Virakoça İnka — 1410–1438 Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Mariya Tüsso
Mariya Tüsso ing. Anna Maria "Marie" Tussaud; 1 dekabr 1761, 7 dekabr 1761 və ya 1760, Strasburq, Fransa krallığı – 16 aprel 1850[…], London) — kolleksiyaçı, 1835-ci ildə Madam Tüsso muzeyi onun mum fiqurlar kolleksiyası əsasında yaradılmışdır. Londonun bu məşhur muzeyi Britaniya paytaxtının görməli yerlərindən biri sayılır.Mariya Tüsso mum heykəl düzəltməyi anasının xidmətçilik etdiyi Filips Kertisdən öyrənib.
Tusyo (En)
Tusyo (fr. Toussieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01423. Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 23 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 769 nəfər təşkil edirdi. 2010-cu ildə 543 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 429 nəfər iqtisadi fəal, 114 hərəkətsiz (fəaliyyət göstərici 79.0%, 1999-cu ildə 80.6%) olmuşdur. Fəaliyyət göstərən 429 sakindən 404 nəfər (210 kişi və 194 qadın), 25 nəfər işsiz (14 kişi və 11 qadın) idi.
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü gəvən
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Tüklü külbaba
Tüklü külbaba (lat. Leontodon hispidus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin külbaba cinsinə aid bitki növü. Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5-2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü mamont
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir.
Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.
Tüklü onaqra
Tüklü palıd
Tüklü palıd (lat. Quercus pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Yabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir. Hündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir.
Tüklü qırğıotu
Tüklü rindera
Tüklü rindera (lat. Rindera lanata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin rindera cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii)c(i, iiiEN B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi düz, qranlı-şırımlı, çiçək qrupu budaqlanan süpürgədir. Yarpaqları bozdur, kökətrafı yarpaqları lansetvari və ya uzunsov iti, 6-18 sm uzunluğunda, 0,8-1,2 sm enindədir. Çiçək qrupu süpürgə, yuxarıdan qalxanvari, sıx, daha sonra syerək, çiçək altlığı yoxdur. Kasacığı 4–6 mm uzunluğunda, ağ tükcüklü, uzunsov dilimlidir. Çiçək tacı çəhrayı, sonradan maviləşəndir, 8–10 mm uzunluğundadır.
Tüklü sumaq
Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir. Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır. Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır. Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir. Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Tüklü ulaxqanqalı
Tüklü yasəmən
Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır. Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür.
Tüklü yemişan
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Tüklü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.