Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tela
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. == Təhsil == Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. == Kareyası == Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
Telia Company
Telia Company İsveçin Telia və Finlandiyanın Sonera adlı 2 GSM operatorlarınun 2002 ci ildə birləşərək qurduqları Skandinaviyanın ən böyük GSM operatoru. Şirkətin 150 milyona yaxın abonenti vardır.(2009) İşçilərini sayı isə 30.000 dir. Ayrıca Azercellin ortaqlarından biri olmuşdur. Şirkət 2002-ci ildə Telia Sonera adı altında Finlandiya və İsveçin Telia və Sonera telekomunikasiya şikətlərinin birləşməsi nəticəsində yaranmışdır. Bu birləşmə Telianın Norveçin Telenor firması ilə birləşməsi zamanı qısa müddətdə iflasından sonra baş verdi. Özəlləşmədən öncə, Telia dövlət telefon inhisarına malik idi. Sonera isə yalnız magistral şəbəkə çağırışlarında inhisara sahib idi, 75% yerli telekomunikasiyanı telefon korporativləri təmin edirdi. 2006-cı il seçkilərə qədər İsveç liberal mühafizəkar Alyansı öz siyasətinin bir hissəsi kimi ticari müəssisələrdə hökumətin mülkiyyətini azaltmağı və xüsusilə də TeliaSonera'daki payını satmaq məqsədi var idi. 16 mart 2011-ci ildə bütün müxalifət partiyaları - Sol Partiya, Sosial Demokrat Partiya, Yaşıllar Partiyası və İsveç Demokratlar – Alyansa qarşı birləşdikdən sonra Alyans rəhbərliyi dövlətə məxsus mülkiyyətin satışı və həmçinin TeliaSonera üzərində hüquqlardan məhrum oldu. TeliaSonera 2008-ci ilin əvvəlində təxminən 500 milyon avro qənaət etmək üçün tədbirlər elan etdi ki, bu da 2900 işdən azad olunmanı nəzərdə tuturdu: 2000 İsveç, 900 Finlandiya.
Telma Tiksu
Telma Tiksu (isp. Thelma Tixou; əsl adı: Telma Deliya Sukiyennik, isp. Thelma Delia Sukiennik; 4 may 1944, Buenos-Ayres – 15 yanvar 2019, Mexiko) — Argentina və Meksika teatr və kino aktrisası (1967–2013), müğənnisi, rəqqasəsi. Telma Tiksu 4 may 1944-cü ildə Argentinanın Buenos Ayres şəhərində anadan olmuşdur. Onun ailəsi Litva əsilli idi. Tiksunun anası Telmanın gələcəkdə yaxşı bir rəqqas olacağını düşünürdü, buna görə də qızını rəqs kurslarına göndərmək fikrinə gəlmişdir. Tiksu 17 yaşında ikən Buenos Ayres şəhərində keçirilən bir rəqs müsabiqəsində 10 rəqqas arasından ən yaxşısı seçilmişdir. Onun rəqqaslıq fəaliyyəti Argentina kinematoqraflarının diqqətini cəlb etmişdir. Argentina kinosundakı debütünü 1967-ci ildə edən Tiksu 9 kinofilmdə və bir teleserialda rol almışdır. Telma Tiksu 15 yanvar 2019-cu ildə vəfat etmişdir.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı ildə Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər adlı rus bədii cizgi filmi buraxıldı.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir. Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. Torpaqları qırmızı-sarı ferraritdir. Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. == Püskürmənin tarixi == Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Inga bella
Inga bella (lat. Inga bella) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Jelko Komşiç
Jelko Komşiç (bosn. Željko Komšić; xorv. Željko Komšić; serb. Жељко Комшић; 20 yanvar 1964, Sarayevo) — Bosniya və Herseqovinanın rəyasət heyətinin hazırkı sədri olan xorvat siyasətçi. Komşiç Demokratik Cəbhəni qurmaq üçün 2012-ci ildə Sosial Demokrat Partiyasından ayrılanadək partiyanın tanınmış simalarından biri idi. Üç partiyalı prezidentliyə xorvat üzvü vəzifəsinə seçilsə də, bir çox Bosniya xorvatı onu federasiyada çoxluq təşkil edən boşnak seçicilər tərəfindən seçildiyi üçün onların maraqlarını təmin edən qanunsuz nümayəndə adlandırdı. == Həyatı == Komşiç Sarayevoda Bosniya xorvatı Marko Komşiç və Bosniya serbi Danitsa Staniçin ailəsində anadan olub. Anası Sarayevonun mühasirəsi zamanı mənzilində qəhvə hazırlayarkən Serb Respublikası Ordusunun snayperçisi tərəfindən öldürülüb. Bir çox mənbəyə görə, bu hadisə onun depresiya nöqtəsi idi, çünki o zamanlar Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmətə başlamışdı. Komşiç hərbi xidmətlərə görə verilən ən yüksək dövlət ordeni olan Qızıl Zanbaq ordeninə layiq görülüb.
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalka döyüşü
Kalka döyüşü - (müasir Kalçik çayı), Kalmius çayının sol qolu Donetsk (Ukrayna) vilayəti). 31 may(6 iyun) 1223-cü ildə birləşmiş rus-qıpçaq qoşunları ilə monqol-tatar ordusu arasında, Cebe və Sabutayın yürüşü çərçivəsində baş verən döyüş. == Döyüş ərəfəsi == Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı. == Döyüşün gedişi == Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi.