Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tyay
𐕓 (səslənməsi /tʲʼ/, transkripsiyası Ṭ', ṭ') — Alban əlifbasının 36-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տայ (Tay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərf Tüyr hərfinin damaqlaşmış formasıdır. Lakin sözlərdə istifadəsi minimaldır və müasir Udi dilində qarşılığı məlum deyil.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Colin Tsay
Colin Tsay (ing. Jolin Tsai; 15 sentyabr 1980, Nyu-Taipey, Çin Respublikası) — Tayvan müğənnisi.
Tsay İnven
Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti. == Həyatı == 1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Tay boksu
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay dili
Tay dili ( ภาษาไทย /pʰa:sa:tʰɑj/, pxasa-txay) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil. Tailandın rəsmi dili. Danışanların sayı 46 milyona yaxındır. Laos dilinə və şans dilinə çox yaxındır. Tay dilində durğu işarələri yoxdur, cümələlər arasında sadəcə olaraq boşluq buraxılır. == Mənbə == Learning Thai the Easy Way Русский ресурс, полностью посвящённый тайскому языку. Статьи, уроки. Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine Упрощённый тайско-русский словарь Тайские словари в электронном формате.
Tay mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər.Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər.Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, pomidor və ya xiyar dilimləri ilə bəzədilir.Bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü təşkil edir. Demək olar ki, düyü bütün yeməklərin hazırlanmasında istifadə olunur.
Tay əlifbası
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur. Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur. Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.
Hoanq Van Thay
Hoanq Van Thay (vyet. Hoàng Văn Thái; 1 may 1915 – 2 iyul 1986, Hanoy) — Vyetnam kommunist hərbi və siyasi xadimi. . == Erkən həyatı == Şimali Vyetnam ərazisində anadan olmuşdur. Hoanq 1938-ci ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur. == Hərbi fəaliyyəti == O, Vyetnam Xalq Ordusunun ilk qərargah rəisi və Vyetnam Demokratik Respublikasının əsas hərbi qüvvələrinin rəhbəri olmuşdur. Hoanq Dyenbyenfu döyüşündə qərargah rəisi idi. Cənubi Vyetnam Qurtuluş Ordusuna komandanlıq etmişdir. Tet hücumu zamanı Hoanq Şimali Vyetnam Ordusunda yüksək rütbəli zabit idi.1975-ci ildə Cənubi Vyetnamda ABŞ-nin dəstəklədiyi hökumətə qarşı kommunistlərin qələbəsindən sonra general Hoanq müdafiə nazirinin müavini təyin edilmişdir. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və 1960-cı ildən parlamentdə təmsil olunmuşdur.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Tay Milli Parkı
Tai Milli Parkı — Kot-d'İvuarda yerləşən milli park. 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. == Haqqında == Tai Milli Parkı Qərbi Afrikadakı başlıca tropik meşələrinə sahibdir və sahəsi 3300 km²dir. Florası və faunasının çox geniş olması, xüsusilə Cücə su begemotlarının təhlükədə olması baxımından Dünya irsi elan edilmişdir. Park 150 endemik flora növünə malikdir. Bölgənin iki çayarasında təcrid olmuş olması da onun xüsusi xarakterinə əhəmiyyət qazandırmaqdadır. == Əsas qorunan növlər == Tai Milli Parkındak; üç məməli növü IUCN (ing. International Union for Conservation of Nature: Beynəlxalq Təbiəti Qoruma Dərnəyi) tərəfindən təhlükədəki növləri əhatə edən qırmızı siyahıya alınmışdır: Cücə su begemotları, Şimpanzelər, Jentink'S Duiker (Cephalophus jentinki: başı və boynu parlaq qara, bədəni boz rəngdə böyük keçi növü) == Statusu == Tai Milli Parkı 1926-cı ildə yaradılmış və 1972-ci ilin 28 avqustunda Milli Park statusunu almışdır. 1978-ci ildə UNESCO-nun Biosfer ehtiyatı, 1982-ci ildə isə Ümumdünya irsi siyahısına alınmışdır.
Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası
Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası. == Tarixi == Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir. 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir. 2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Asay
Asay — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir, lakin çarlar siyahısında olduğu dəqiqdir. == Həyatı == Asay ondan əvvəlki hökmdarlar olan Mirhavan və ya Satoyun oğlu və ya kiçik qardaşı ola bilər. Vəliəhd şahzadə olduğu dövrə aid möhür Sasanilərin üslubunda hazırlanmışdır. Möhrün üzərində maral rəsmi var. Təqribən 405-415-ci illərdə çar olaraq hökm sürmüşdür. == İstinadlar == == Ədəbiyyat == Khurshudyan E.Sh. Seal of Asay, Crown Prince of Aran. Commentationes Iranicae. Collection of Articles for the 90th Anniversary of Vladimir Aronovich Livshits.
Atay
Atay - türk/monqol mifologiyasında cəza tanrısı. Günahkarları cəzalandırar. Heç bir günahı cəzasız qoymaz. Ordusunda 6666 dənə yenilməz əsgəri vardır. Qalta Ulan (Qırmızı Od) olaraq da bilinər. Arvadının adı Mayasdır. Monqol mifologiyasında çox əhəmiyyətli bir yerə malikdir, yüksək səviyyəli tanrılar arasında iştirak edər. Üç oğlu vardır. (Üç Şaraday Xanlar): - Saqan Hasar, - Şara Hasar, - Hara Hasar. == Etimologiya == (Ad/At) kökündən törəmişdir.
Açay
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 416 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 23 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 84 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə udmurtlar (51%) başqırdlar (31%) üstünlük təşkil edir.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
EBay
eBay — İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Meay
Meay (fr. Méailles, oks. Mealhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04115. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 110 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə bu 62.0%). Fəal olan 47 nəfərdən 40 nəfər (25 kişi və 15 qadın), 7 nəfər işsiz (4 kişi və 3 qadın) idi.
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. == Etimologiya == (Oğ/Og/Ok) kökündən törəmişdir.
Olay
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Stay
Stay (Tuci mahnısı)
Talay