tay-tay
tay-tuş
OBASTAN VİKİ
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay boksu
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay dili
Tay dili ( ภาษาไทย /pʰa:sa:tʰɑj/, pxasa-txay) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil. Tailandın rəsmi dili. Danışanların sayı 46 milyona yaxındır. Laos dilinə və şans dilinə çox yaxındır. Tay dilində durğu işarələri yoxdur, cümələlər arasında sadəcə olaraq boşluq buraxılır. == Mənbə == Learning Thai the Easy Way Русский ресурс, полностью посвящённый тайскому языку. Статьи, уроки. Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine Упрощённый тайско-русский словарь Тайские словари в электронном формате.
Tay mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər.Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər.Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, pomidor və ya xiyar dilimləri ilə bəzədilir.Bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü təşkil edir. Demək olar ki, düyü bütün yeməklərin hazırlanmasında istifadə olunur.
Tay əlifbası
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur. Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur. Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Tay Milli Parkı
Tai Milli Parkı — Kot-d'İvuarda yerləşən milli park. 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. == Haqqında == Tai Milli Parkı Qərbi Afrikadakı başlıca tropik meşələrinə sahibdir və sahəsi 3300 km²dir. Florası və faunasının çox geniş olması, xüsusilə Cücə su begemotlarının təhlükədə olması baxımından Dünya irsi elan edilmişdir. Park 150 endemik flora növünə malikdir. Bölgənin iki çayarasında təcrid olmuş olması da onun xüsusi xarakterinə əhəmiyyət qazandırmaqdadır. == Əsas qorunan növlər == Tai Milli Parkındak; üç məməli növü IUCN (ing. International Union for Conservation of Nature: Beynəlxalq Təbiəti Qoruma Dərnəyi) tərəfindən təhlükədəki növləri əhatə edən qırmızı siyahıya alınmışdır: Cücə su begemotları, Şimpanzelər, Jentink'S Duiker (Cephalophus jentinki: başı və boynu parlaq qara, bədəni boz rəngdə böyük keçi növü) == Statusu == Tai Milli Parkı 1926-cı ildə yaradılmış və 1972-ci ilin 28 avqustunda Milli Park statusunu almışdır. 1978-ci ildə UNESCO-nun Biosfer ehtiyatı, 1982-ci ildə isə Ümumdünya irsi siyahısına alınmışdır.
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Avtomatik top
Avtomatik top sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar ümumiyyətlə pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
"Brilliant top"un qalibləri
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla “atəşə tutan” komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. == Ümumi məlumat == Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.

Digər lüğətlərdə

зау́зить многопарти́йный полоса́ми помёт превы́ше реакцио́нность чудотво́рно Безнача́льный де́довский демокра́тка диверсифици́ровать обознава́ться почвове́дение привезти́ рыбопромы́шленник символизи́ровать кондакарь сливонское haemoid заколдовывать замелькать зимовье недифференцированный отрочество печёнка