Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
UTECA
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
UTC
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Uten qəzası
Uten qəzasının ərazisi 7 202 km2-dır.
UTC+1
UTC+01:00 — Saat qurşağı.
UTC+2
UTC+02:00 — Saat qurşağı. Vikianbarda UTC+02:00 ilə əlaqəli mediafayllar var.
UTC+3
UTC+03:00 — Saat qurşağı.
UTC+4
UTC + 04:00 — Saat qurşağı. "Seychelles Time Zone - Seychelles Current Time - Daylight Saving Time". TimeTemperature.com. İstifadə tarixi: 13 July 2012.
UTC+5
UTC+05:00 — Saat qurşağı.
UTC+7
UTC+07:00 — Saat qurşağı.
UTC+8
UTC+08:00 — Saat qurşağı.
UTC-5
UTC−05:00 — Saat qurşağı.
UTC-7
UTC−07:00 — Saat qurşağı.
UTC-8
UTC−08:00 — Saat qurşağı.
UTC±0
UTC±00:00 — Saat qurşağı.
UTC±00
UTC±00:00 — Saat qurşağı.
Ute Bok
Ute Bok (alm. Ute Bock‎; 27 iyun 1942, Lins – 18 yanvar 2018, Vyana) — Qaçqınlara yardım layihələri ilə tanınan avstriyalı pedaqoq. Vyanada "Bock auf Bier" kampaniyası qurulmuş, bu kampaniya zamanı qaçqınların mənzillə təmin olunmasını təşkil etmək üçün pivənin dəyərinin kiçik bir hissəsi (qiymət artırılması hesabına) toplamışdır. Layihənin adı "Bock for beer" kimi tərcümə olunur, lakin o, həm də pivə içmək istəyi üçün jarqondur və Bock for beer xüsusilə güclü çeşiddir. Layihə həmçinin geyim, təhsil kursları, tibbi və hüquqi müdafiə ilə bağlı yardım göstərir. Məzun olduqdan sonra, Bok pedaqoq olmaq qərarına gəlməzdən əvvəl bir il özəl sektorda çalışır. 1969-cu ildə Vyananın onuncu rayonu olan Favoritendəki Zomannqasse yataqxanasında baxıcı vəzifəsini tutur və 1976-cı ildə onun direktoru təyin edilir. 1990-cı illərdə Gənclərin Rifah İdarəsi Bok yataqxanasına getdikcə artan sayda əcnəbi gəncləri göndərir. Bu dövrdə o, qaçqınlara yardım təşkil etməyə başlayır. 1999-cu ildə 30-a yaxın afrikalı gənc sığınacaqda narkotik payladığına görə həbs edilir və Uta Bok qanqsterizm və narkotik alverində ittiham olunur və bununla əlaqədar işdən uzaqlaşdırılır.
UTC+07:20
UTC+07:20 — Saat qurşağı. Ümumdünya vaxtı "www.math.nus.edu.sg, Why is Singapore in the "Wrong" Time Zone?". İstifadə tarixi: 6 January 2014.
UTC+07:30
UTC+07:30 — Saat qurşağı.
UTC+08:00
UTC+08:00 — Saat qurşağı.
UTC+08:30
UTC+08:30 — Saat qurşağı.
UTC+08:45
UTC+08:45 — Saat qurşağı.
UTC+09:00
UTC+09:00 — Saat qurşağı.
UTC+09:30
UTC+09:30 — Saat qurşağı.
UTC+09:45
UTC+09:45 — Saat qurşağı.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
JTBC
JTBC (kor. 제이티비씨; Joongang Tongyang Broadcasting Company qısaltması; jtbc kimi stilizə edilmişdir) ən böyük səhmdarı 25 faizlik hissə ilə JoongAng Ilbo-nun olduğu Cənubi Koreyalı bir kabel televiziyası şəbəkəsi və yayım şirkətidir. 1 dekabr 2011-ci ildə başlamışdır. JTBC 2011-ci ildə Dong-A Ilbonun Channel A, Chosun Ilbonun TV Chosun və Maeil Kyungjenin MBN-lə yanaşı dörd yeni Cənubi Koreyanın ümummilli generalist televiziya şəbəkələrindən biridir. Dörd yeni şəbəkə, KBS, MBC, SBS və digər kiçik kanallar kimi mövcud ənənəvi pulsuz televiziya şəbəkələrini 1990-cı ildə tənzimlənmədən sonra işə saldı.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Nütəh
Nütəh — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Nütəh oyk., mür. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi qonşu Xaltan kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı tat dilindəki nü (təzə, yeni) və deh (kənd) sözlərindən düzəlib, “yeni, təzə kənd” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 145 nəfər əhali yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Nütəh kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Otel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Putç
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
RTEA
Rusiya Tibb Elmləri Akademiyası (rus. Росси́йская акаде́мия медици́нских нау́к (РАМН)) — 1992-ci ildə Rusiya Federasiyası Prezidentinin sərəncamı ilə SSRİ Tibb Elmləri Akademiyasının bazasında yaradılmış akademiya.