Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Mulen
Mulen (fr. Moulins [mu.lɛ̃]) — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi və üçüncü böyük şəhəri. Keçmiş Burbon əyalətinin tarixi paytaxtı. Adı "dəyirman" kimi tərcümə olunur. Əhalisi — 21,9 min nəfərdir. == Coğrafiyası == Alye çayının sağ sahilində yerləşir. Şəhər Mərkəzi massiv dağlarının şimalında yerləşir, lakin ərazi yalnız bir qədər dağlıqdır. Mulen Fransanın bir neçə kommunalarından biridir, bəziləri müxtəlif kantonlara aiddir. == Tarixi == Şəhərin tarixi 1327-ci ildən, Mulen, kimi tanınan Berbank hersoqluğunun tarixinə əsaslanır.
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13-14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI-XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ülgen
Ülgən
Üren
Üren Xan - türk və altay mifologiyasında hasat ilahı. Məhsulların bərəkətli olmasını təmin edir. Hasat mövsümündə əkinlərin harman edilməsində mülkiyyətçilərə asanlıq və güc verir. Harman alətlərinin İyelerini (qoruyucu ruhlarını) o göndərir. == Etimologiya == (Ür) kökündən törəmişdir. "Üremek" (törəmək) felindən qaynaqlanır. Ürün (məhsul) sözüylə eyni kökdən gəlir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Alen-Furnye
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır. == Həyatı == Alen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi. == Yaradıcılıq fəaliyyəti == 1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Alen Bokşiç
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir."Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi. Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir.1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır. Xorvatiya Yuqoslaviyadan müstəqillik qazandıqdan sonra Bokşiç 1990-cı illərdə baş məşqçi Miroslav Blazeviçin rəhbərliyi altında Xorvatiya millisinin əsas hissəsinə çevrilir. O, 1996-cı il Avropa Çempionatında Xorvatiya millisin əsas heyətində yer alır.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d], Sena[d], Fransa) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına rəğmən ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Alen Simonyan
Alen Roberti Simonyan (erm. Ալեն Ռոբերտի Սիմոնյան; 5 yanvar 1980, İrəvan) — erməni siyasətçi. O, Ermənistan Respublikası prezidentinin səlahiyyətlərini icra edən, Ermənistan Respublikasının Milli Məclisinin sədri, İrəvan Şəhər Şurasının keçmiş üzvüdür. == Həyatı == Alen Simonyan 5 yanvar 1980-ci ildə İrəvan şəhərində doğulub. İrəvan Dövlət Universitetini bitirib. Vətəndaş Müqaviləsi Partiyasının üzvüdür.
Alen Uest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Bertil Ulin
Bertil Ulin (ing. Bertil Ohlin; 23 aprel 1899[…] – 3 avqust 1979[…]) — isveçli iqtisadçı və siyasətçi. == Həyatı == Bertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir. Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə II Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir. İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1976, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004).Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını “Kralın Əmrində” kimi düşünsə də, dostlarının məsləhəti ilə onu “Gülən Adam” olaraq dəyişib.Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca"L'Homme qui rit" - " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen - əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üüşün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq plmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Levent Ülgen
Levent Ülgen (8 avqust 1962, Konya, Türkiyə) — türk aktyoru. == Həyatı == Levent Ülgen 8 avqust 1962-ci ildə Türkiyənin Konya şəhərində anadan olub. Hacettepe Universitetini bitirib.
Mikania ulei
Mikania ulei (lat. Mikania ulei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.