Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir.
== Botaniki təsviri ==
7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir.
== Ekologiyası ==
Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.