Bertil Ulin

Bertil Ulin (ing. Bertil Ohlin; 23 aprel 1899[1][2][…]3 avqust 1979[1][3][…]) — isveçli iqtisadçı və siyasətçi.

Bertil Ulin
ing. Bertil Ohlin
Doğum tarixi 23 aprel 1899(1899-04-23)[1][2][…]
Vəfat tarixi 3 avqust 1979(1979-08-03)[1][3][…] (80 yaşında)
Dəfn yeri
Milliyyəti İsveç İsveç
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcələri
İş yerləri Kopenhagen Universiteti (1925-1930), Stokholm İqtisadiyyat məktəbi (1930-1965)
Təhsili
Elmi rəhbəri Qustav Kessel
Tanınır Hekşer-Ulin modeli
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1977 İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir.

Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə II Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir.

İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur. Sonradan bu nəzəriyyə Hekşer-Ulin nəzəriyyəsi kimi tanınmışdır.

1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

  • 1930 — Alman təzminatlarının problemi
  • 1933 — Regionlararası və beynəlxalq ticarət
  • 1937 — Mübadiləni tənzimləmənin məqsəd və mexanizmləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]