Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.
Fatalizm
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Lunatizm
Lunatizm (Somnambulizm) — xəstəlik olaraq yuxu zamanı insanın qeyri-iradi hərəkətləridir. == Ümumi məlumat == Lunatikləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onları şeytan adlandırırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. Lunatik latın sözü olub, yuxuda gəzən deməkdir. Lunatiklər hələ yazı meydana gəlməzdən əvvəl mövcuddurlar. İlk lunatik isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib. Qeyd edək ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir.
Fanatik
Teoloji fatalizm
Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmaz olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır. == Hər şeyi bilmə və azad iradə == Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir. Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir: Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi: Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər: İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur.