Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feofan Qrek
== Həyatı == Feofan Qrek (təq. 1340, 1330 və ya 1335, Konstantinopol – təq. 1410) – Bizansda və qədim Rus dövlətində işləmiş ikonaçı rəssam. Konstantinopol, Qalata, Xalkedon və Kafada (indiki Feodosiya, Krım) bir sıra kilsənin divar rəsmləri ona məxsusdur. Rusiyadakı işləri Novqoroddakı Spas-Preobrajeniye kilsəsi (1378), Moskva Kremlindəki Arxangel (1399, Semyon Çyornı ilə birgə), Blaqoveşşenie (1405, Andrey Rublyov və Qorodetsli Ptoxor ilə birgə) baş kilsənin divar rəsmləri və s. Blaqoveşşenie baş kilsəsindəki Spas, Müqəddəs Məryəm, Arxangel Qavriil, Apostol Pavel, İoann Zlatoust və s. ikonalar Feofan Qrekə aid edilir.
Şezeri-Foran
Şezeri-Foran (fr. Chézery-Forens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01104. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 95 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 267 nəfər (15–64 yaş arasında) arasında 214 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 80,1%, 1999-cu ildə bu 77,5%). Fəal 214 sakindən 204 nəfər (112 kişi və 92 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Vesley Fofana
Vesley Fofana (17 dekabr 2000, Marsel, Fransa) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin fransalı müdafiəçisi.
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Boran
Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Fosfat
Fosfat turşusu ( P O 4 − 3 {\displaystyle PO_{4}^{-3}} ) — qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün cox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur. Fosfat bərk şəraitli yüksək temperaturda firofosfatdan (Xörək duzu) da kondensasiya oluna bilər. Bütün hüceyrələri zülal olan fosfalar əlavə və aradan qaldırılması metabolik olan proseslərin tənzimləməsində əsas strategiyadır. Fosforlaşma və defosforlaşmanın enerji saxlanmasında və yaşayış sistemlərinin azad olunmasında əhəmiyyətli yolları var. Fosfat və ya ortofosfat ionu PO4 −3 üç protonun H+çıxarılması ilə fosfor turşusundan əmələ gəlir. Bir və ya iki protonun çıxarılması, sırasıyla dihidrogen fosfat ionu H2PO4− və hidrogen fosfat ionu HPO4−2 ionunu verir. Bu adlar ammonium dihidrogen fosfat və trisodium fosfat kimi anionların duzları üçün də istifadə olunur. Üzvi kimyada fosfat və ya ortofosfat bir orqanofosfattır, PO şəklində ortofosfor turşusunun mürəkkəb efiridir.
Çoban
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fontan
Fontan — fəvvarə. Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Fontan (Dənizkənarı Alplar) — Fransanın cənub-şərqində yerləşən kommuna.
Aydın Doğan
Aydın Doğan — Doğan Holding şirkətinin sahibi. Türkiyənin nüfuzlu media başçılarından biridir.
Başcıqlı çoğan
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır. == Ekologiyası == İyun-avqust aylarında çiçəkləyir.
Behice Boran
Behice Boran (türk. Behice Boran 1 may 1910, Bursa, Xudavəndigar vilayəti – 10 oktyabr 1987, Brüssel[d]) — Türk siyasətçi və ictimai elmlər doktoru, marksist, ilk qadın sosioloq. Türkiyə tarixində ilk qadın partiya lideridir. Solçuların tənqidi səsi, dəfələrlə təcavüzə məruz qalan və həbs edilən Boran 1980-ci il hərbi çevrilişindən sonra sürgünə göndərilir. == Bioqrafiyası == Boran 1890-cı illərdə Osmanlı İmperiyasına köçən Kazan tatarlarının ailəsində anadan olub. 1931-ci ildə İstanbuldakı Amerika Qadınlar Kollecini bitirdikdən sonra ABŞ-nin Miçiqan Universitetində sosiologiya təhsili alır. 1939-cu ildə doktorluq dərəcəsini almış və marksizmlə maraqlanmağa başlamışdır. Vətəninə qayıdaraq Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində sosiologiya kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, həmçinin Türkiyə Kommunist Partiyasına (TKP) qoşulmuş və solçu "Yurd və Dünya" və "Adımlar" dövri nəşrlər ilə əməkdaşlıq etməyə başlamışdır. 1948-ci ildə solçu görüşlərin tərəfdarı kimi universitetdən qovulur.
Boban Maryanoviç
Boban Maryanoviç (serb. Бобан Марјановић) - NBA-ya daxil olan Hyuston Rokets komandasında oynayan serbiyalı peşəkar basketbolçudur. O, 1988-ci il avqust ayının 15-də anadan olmuşdur. Boyunun uzunluğu 7 ft 4 in (2,23 m)-dir. Oyunda əsas yeri mərkəzdir. 2015-ci ildə Bütün Avroliqanın birinci komanda seçkilərini qazanıb. == Peşəkar karyerası == === İlk illər === Maryanoviç basketbola Bolyevaç komandasında oynamaqla başlayıb. 14 yaşında onun ilk Serbiyada profesional komanda Hemofarm olub. Burda oynayan zaman onun boyu 2,09 m olmuşdur. O komandanın ən hündür boy oyunçu idi.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Boman Irani
Boman İrani (2 dekabr 1959, Bombey) — Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalmışdır. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsa da, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award ilə qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Awards mükafatına layiq görülüb.
Boran Kuzum
Boran Kuzum (1 oktyabr 1992, Ankara) — Türkiyəli aktyor. == Həyatı == Boran Kuzum, 1 oktyabr 1992-ci ildə Ankarada anadan olmuşdur.
Boran Xan
Botan (çay)
Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır. Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır. Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir.
Botan Əmirliyi
Botan Əmirliyi (Osmanlıca: امیرات بوتان)- 1338-1855-ci illər arasında hökm sürən Kürd əmirlərindən biridir. Cizrə, Şırnaq və Siirtin Eruh mahalını əhatə edən bölgə Botan adlanır. Əmirliyin adını daşıyan Buxti kürdləri orta əsrlərdə indiki Hakkari ilə Mosul arasında yaşayırdılar. Bundan əlavə, Bütti kürdləri əvvəlcə Mərvani sülaləsinin banisi olan Humeydi kürdləri ilə əlaqələndirilmişdir. XVI əsrdə yaşayan kürd tarixçisi Şərəfhan-ı Bitlisi tərəfindən yazılmış Şərəf adlı əsərində; Botan Əmirliyi adını cəsarət və döyüş yolu ilə tanınan Bütti Qəbiləsindən aldığını bildirir. Lakin Botan Əmirliyi təkcə Büti Qəbiləsinə aid deyil. Buxti Qəbiləsindən əlavə Botan əmirliyinin tayfaları arasında Dümbili, Nuqi, Mahmudî, Şeyx Tarani, Masaki, Raşki, Piynkan, Dalam, Biyasturai, Şiruyan, Didəran qəbilələri də varıydı. Botan bölgəsi 14 bölgəyə ayrıldı, hər biri öz mərkəzinə və öz qalasına aidiydi. Əzizan Meri və ya Əziziyyə Əmirliyi olaraq da bilinən Botan Əmirliyi, ehtimal ki Xalid ibn Vəlidə nəsəblənmişlər. Bundan əlavə, Botan Əmrlərinin Əzîzan Meri kimi tanınmasının səbəbi, bu Əmirliyin qurucusu İzzəddini Əl-Bohtinin adı ilə əlaqədardır.
Bərk çoğan
Bərk çoğan (lat. Gypsophila robusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Regional IUCN Statusu VU B2ab (iii, v). == Qısa morfoloji təsviri == Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov-lansetşəkilli, yaxud uzunsov, tərs-yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır.