Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fronton
Fronton (fr. fronton, lat. frons, frontis — alın, divarın ön hissəsi) — üfüqi və iki maili karnizdən yaranan üçbucaqdır.
Frontonas
Frontonas (fr. Frontonas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38176. Kommunanın 2012-ci il üçün əhalisi 1956 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 401 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 30 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Trenton
Trenton — ABŞ-nin şərq sahilində şəhər, Nyu Cersi ştatın paytaxtı. 2010-cu ilin siyahıyaalınmasına görə, Trenton şəhərində 84 913 nəfər yaşayırdı.
Croton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Fontan
Fontan — fəvvarə. Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Fontan (Dənizkənarı Alplar) — Fransanın cənub-şərqində yerləşən kommuna.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Amonton qanunu
Amonton qanunu — cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Brouton adası
Brouton adası (rus. Остров Броутона) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada britaniyalı dənizçi Vilyam Broutonun şərəfinə adlandırılmışdır. Adanın hündürlüyü 800 m, sahəsi isə 7 km² təşkil edir. Bura iki içməli su axarı vardır. Sönmüş vulkanın su səthi hissəsini təşkil edir. Ada ətrafında 3,7 km radiusunda maqnit anomaliyası müşahidə edilir. Sahillərində dəniz kələmi su altı sıx cəngəllik əmələ gətirir. Üstəlik burada Şimal dəniz şiri, perpalar, dəniz samuru kimi canlılara rast gəlinir.
Domain fronting
Domain fronting — HTTPS bağlantısı sahəsi ləngitməklə internet senzurasını işə salan üsul. Tətbiqetmə qatında işləyərkən, domain fronting istifadəçiyə DNS, IP və ya dərin paket yoxlama yolu ilə bloklana bilən bir xidmətə qoşulmağa imkan verir. == Texniki məlumatlar == Bir konfiqurasiyada, Amazon S3 və ya Google App Engine kimi böyük bir hosting xidməti, ümumi və hədəf HTTPS domenlərini ehtiva paylaşılan SNI sertifikatını istifadə edir. Həqiqi, bloklanmış son nöqtənin domen adı yalnız şifrəli HTTPS bağlantısı yaradıldıqdan sonra HTTP Host başlığında senzorlara görünməz hala gətirilir. Bu, bloklanmış və zərərsiz saytların həm Google App Engine kimi eyni böyük provayderi tərəfindən yerləşdirildiyi təqdirdə edilə bilər.. Digər konfiqurasiyalar bir məzmun çatdırılması şəbəkəsinin ümumi HTTPS sertifikatına və infrastrukturuna hədəf serverə bir reflektor kimi çıxış etməyə imkan verir. Bu texnikalar, müxtəlif ünsiyyət təbəqələrində müxtəlif domen adları istifadə edərək işləyirlər. Bir zərərsiz saytın domen adını əlaqələndirmək üçün istifadə olunur. Bu domen adı DNS sorğunun bir hissəsi və TLS Server adı göstəricisi kimi aydın mətndə senzora məruz qalır. Hər hansı bir domen adı üçün, senzuralar adətən qanunsuz trafikdən trafiki trafiki fərqləndirə bilmirlər.
Vilyam Tornton
Dr. William Thornton (20 may 1759[…] – 28 mart 1828, Vaşinqton) — Amerikalı fizik, ixtiraçı, rəssam və memar William Thorntonun ən böyük və ən vacib əsəri Birləşmiş Ştatlar Konqres Binasıdır. Dizaynı ona aiddir. Thornton, ABŞ Konqres binasının cavabdeh şəxsinə verilən və vəzifələri arasında binanın qorunması, mühafizəsi, inkişaf etdirilməsi, binaya işçilər qəbul edilməsi və daha da əhəmiyyətlisi Konqres binasının tikilməsinə cavabdeh olan Bina Memarlığı vəzifəsinə təyin edilmiş ilk insandır. Amerika Birləşmiş Ştatları Patent Administrasiyasının ilk prezidentidir.
Çarlz Bronson
Çarlz Bronson və ya Çarlz Dennis Buçinski (d. 3 noyabr 1921 – 30 avqust 2003) — Litva tatarı kökənli amerikalı aktyor. O, tez-tez intiqam motivlərinə əsaslanan senarilərə malik filmlərdə polis məmuru, silahlı döyüşçü rollarında oynamışdır. Uzun müddət film direktorları olan Maykl Vinner və Li Tomsonla birlikdə çalışmış və ikinci həyat yoldaşı Jill İrlandla birlikdə 15 filmə çəkilmişdir. Öz şöhrətinin zirvəsinə 1970-ci illərin əvvəllərində çatmışdır. Bu dövrdə o, bir filmə çəkilmək üçün qonarar kimi 1 milyon dollar qazanmışdır. 15 auşaqlı ailədə 11-ci uşaq olaraq Pensilvaniyada dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfdən Litva kökənlidir. Hətta evlərində ancaq Litva dili və rusca danışıldığı üçün ingilis dilini yalnız gənclik illərində öyrənə bilmişdir. Kasıb ailənin övladı olan Branson atasını gənc yaşlarında itirdikdən sonra çox fərqli işlərdə çalışmağa məcbur olmuşdur.
Bronson (film)
"Bronson" (ing. Bronson ) — rejissorluğunu Nikolas Vindinq Refn etdiyi Birləşmiş Krallıq bədii filmi. Film cinayətkar Çarlz Bronsonun həyatından bəhs edir. Filmin istehsalı və yayımı "Vertigo Films" tərəfindən həyata keçirilmişdir. Filmin premyerası 27 fevral 2009-cu ildə Britaniyada baş tutmuşdur. == Süjeti == Film Britaniyalı məhbus Çarlz Bronsonun (əsl adı Maykl Qordon Peterson) həyatından bhəhs edir. Varlı orta səviyyəli İngiltərə ailəsində anadan olan Bronson buna baxmayaraq, ən təhlükəli ingilis cinayətkarlarından birinə çevrilir. Bronson, həmçinin, demək olar ki, bütün həyatını "barmaqlıqlar arxasında", əsasən də cəza kamerasında keçirməsi ilə tanınır. == Rollarda == Tom Hardi — Çarlz Bronson. Mett Kinq — gecə klubunun sahibi, keçmiş məhkum.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. == Yerləşməsi == Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir.
Fonten (İzer)
Fonten (fr. Fontaine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor və Fonten-Sesine kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38169. Kommunanın 2007-ci il üçün əhalisi 22394 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km qərbdə yerləşir.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Patrik Troton
Patrik Corc Troton (ing. Patrick George Troughton; 25 mart 1920, Mill Hill — 28 mart 1987, Kolumbas) — İngilis aktyor. Ən çox 1966 və 1969-cu illər arasında «Doktor Kim» serialında ikinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Proton (dəqiqləşdirmə)
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proton (fizika)
Proton - atomun nüvəsini təşkil edən iki hissəcikdən biri. Proton (yunan: protos birinci) hadronlar qrupuna daxildir və üç kvarkdan ibarətdir. Buna görə də o, eyni zamanda baryonlar qrupuna (üç kvarkdan ibarət hissəciklər) aiddir. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər. Hər bir elementin bütün atomlarının nüvəsində eyni sayda proton olur. Protonların sayı həmin elementin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun kütləsi təqribən 1.67262 × 10−27 kq-dır.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+ Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH- proton transferi [pt] kimi işarə olunur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.