Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aura
Aura (q.yun. αὔρα — yüngül meh, üfürük) ("parsial" (fokus, genişlənməmiş) epileptik tutma) — müntəzəm olaraq epileptik tutmadan əvvəl baş verən və ya müstəqil tutma olan hər hansı hiss və ya təcrübə. Bu epilepsiyanın əlamətidir. == Haqqında == "Aura" sözü yunan mənşəli olub "əsmə" mənasını bildirir və insanın fiziki bədənini əhatə edən enerji informasiya sahəsini əks etdirir. Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalandırır. Məşhur rusiyalı bir psixoloqun fikrincə, insan aurasının fərdi xüsusiyyətləri onun forması, ölçüsü, sıxlığı, rəng palitrası müəyyən insanın səviyyəsindən asılıdır. Aura insan bədənini əhatə edən bir oval yaradır. İnsan psixoloji cəhətdən sabit və eyni zamanda enerji və güc ilə tam təmin olunanda auranın forması harmoniya təşkil edir. Nə qədər ki, daxili aləm sabit deyil bir o qədər aura simmetrik olmayacaq. İnsanın şəxsiyyətinin güclü olmasını bildirir.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Tura
Tura - türk, çuvaş və altay inancında tanrı, Rəbb mənalarına gəlir. Türə və ya Turı da deyilir. Türk xalq inancındakı və türk tarixindəki özünə xas bir tək tanrı inancıdır. == Tərif və Xüsusiyyətlər == İslamdakı Allah inancı ilə böyük nisbətdə üst-üstə düşən bir anlayışdır. Təkdir. Hər şey ona bağlıdır. Hər şeyə hökm edər. Şəriki yoxdur. Çuvaşçada iştirak edər. Digər türk-monqol dillərində Tanrı anlayışına heç bir zaman təklik daxil edilmir.
Yura
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. == Bölgülər == Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. == Mənşəyi == "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ") ) Sonra bu nida Qərbdə "Hurray!" - a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Yura, Yura sistemi (Dövr)
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. == Bölgülər == Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Aba Tura
Aba Tura —Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Atriplex fera
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Bura Azərbaycandır
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Bura Azərbaycandır!
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) - Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid “yığıncaq evi”dir. == Ümumi məlumat == Selevki çarı I Nikator (təqribən e.ə. 358 - təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının “Parfiya istehkamları” siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
Elmi şura
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fira Cəlilova
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti == Həyatı == Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 ​Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 ​ Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 ​Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014​ Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. == Əsərləri == Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Fuça zirvəsi
Fuça zirvəsi (bolq. връх Фуча, ‘Vrah Fucha’ \'vr&h 'fu-cha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2600 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından qərbdə, Padala buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə qərbi Bolqarıstanda yerləşən Kiçik və Böyük Fuça şəhərlərinin adını daşıyır. == Yerləşməsi == Fuça zirvəsi 78°02′16″ c. e. 85°37′15″ q. u.
Kozimo Tura
Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri. == Bioqrafiya və yaradıcılığı == Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı. Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.) Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.
Milli Şura
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Nijnyaya Tura
Nijnyaya Tura — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nura Suri
Aynurə Qəzənfər qızı və ya tanınan adı ilə Nura Suri (15 aprel 1976, Bakı şəhəri) — Azərbaycanlı estrada müğənnsi. == Həyatı == Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. == Karyerası == Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları - "Əlini çək" bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb.
Pedaqoji şura
Pedaqoji şura – orta təhsil müəssisələrində məktəbə kollektiv rəhbərlik orqanı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.