Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Futbol
Futbol (ing. foot — ayaq, ball — top) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 milyoon futbolçu tərəfindən oynalınır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirtməkdir. Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar. Ancaq onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunda ən çox qol vuran komanda qalib gəlir.
Futbol, Futbol... (1979)
Futbol, futbol... (film, 1979)
Fusbol
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam. İxtiralar Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir. Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil.
EFutbol
eFootball — Konami tərəfindən hazırlanmış və yayınlanmış futbol videooyunudur. == İnkişafı == 21 iyul 2021-ci ildə Konami yeni oyunu izah edən altı dəqiqəlik video yayımladı. Həmin açıqlama ilə Pro Evolution Soccer (PES) seriyası bitdi. Oyun PlayStation 4, PlayStation 5, Microsoft Windows, Xbox One, Xbox Series X, Android, ve iOS platformaları üçün 30 sentyabr 2021-ci ildə yayınlandı. Efootball Unreal Engine 4 oyun mühərrikində yaradılıb.
Ermənistanda futbol
Ermənistanda futbol — Ermənistanda idmanın aparıcı növlərindən biri
Estoniyada futbol
== İlkin mərhələsi ==
Finlandiyada futbol
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Finlandiya Birlik Kubokunda == Xarici keçidlər == Football Association of Finland Finnish football blog Escape To Suomi League321.com - Finnish football league tables, records & statistics database.
Futbol+ (qəzet)
"Futbol+" — idman qəzeti. == Haqqında == "Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin təsisçisi Vüqar Məmmədov, ilk baş redaktoru Mahir Rüstəmovdur. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci, 4-cü, 5-ci və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur. Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var.
Futbol+ qəzeti

Futbol geyimi
Futbol geyimi — başqa idman növlərində olduğu kimi futbolda da geyim standart avadanlıq sayılır. Futbol geyimi futbolun 4-cü qaydası ilə müəyyənləşdirilir və qaydaya əsasən, futbolçu geyimin minimal dəstinə sahib olmalı və üstündə başqa futbolçuya yaxud da digər iştirakçıya təhlükə yarada biləcək heç bir əşya olmamalıdır. Bəzən fərdi yarışlarda geyimə bir neçə məhdudiyyətlər qoyula bilər, məsələn, loqoların ölçüsünün tənzimlənməsi; bir-biri ilə qarşılaşan iki komandanın formaları eyni və ya oxşar olarsa, səfərdə olan komanda başqa rəngdə geyinməlidir. Futbolçuların köynəklərinin arxasında adətən identifikasiya nömrəsi olur. İlkin olaraq futbolçular oynadığı mövqeyindən aslı olaraq formalarında yalnız 1-dən 11-ə qədər rəqəmləri daşıyırdılar, amma futbol peşəkar səviyyəyə çatandan sonra, qaydalar dəyişdi və oyunçulara mövsüm ərzində nömrələrini dəyişməyə icazə verildi. Həmçinin, peşəkar klublarda adətən köynəklərin arxasında futbolçunun soyadı və ya ləqəbi yazılır, çox vaxt onlar nömrənin yuxarı hissəsində olur, nadir hallarda aşağısında. İlkin futbol geyimi bu günümüzə çatana qədər çoxlu dəyişikliklərə məruz qalıb. Əvvəl futbolçular pambıqdan hazırlanmış qalın köynək, bric və dəridən hazırlanan ağır sərt çəkmələr geyinirdilər. XX əsrdə çəkmələr daha yüngül və yumşaq, şortlar daha qısa oldular. Geyim istehsalında və poliqrafiyada irəliləyişlər sayəsində yüngül sintetik liflərdən hazırlanan və daha da rəngarəng və mürəkkəb konstruksiyaya sahib olan köynəkləri hazırlamaq mümkün oldu.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Futbol klubu
Futbol komandası və ya futbol klubu — müəyyən büdcəyə sahib olan və büdcəsi ilə futbol yarışlarına qatılıb futbol rəqabətini gücləndirən qurumlar. Klublar faktiki olaraq futbol rəqabətinin əsasını təşkil edirlər. == Tarix == Dünyada ilk futbol klubu 1857-ci ildə yaradılan Şeffild şəhərinin təmsilçisi "Şeffild" olmuşdur.
Futbol kralı
Futbol kralı (türk. Gol kralı) — Türk yazıçı Əziz Nesinin satirik romanıdır. Əsərdə sadəlövh, utancaq bir gəncin — Səidin həyatından, məhəbbətindən bəhs edilir. O, öz məhəbbətinə qovuşmaq naminə futbol ulduzu olmağa çalışır və məqsədinə çatır. Romanda idman dünyasındakı çirkli işlər, "futbol xəstəliyi" satirik qələmlə təsvir olunmuşdur. == Qısa məzmunu == == Personajlar == Səid Kürənoğlu (orijinalda Səid Sarıoğlu) Sevim Atəşfəşan Divar Əhməd Doktor Rəfiq Bərrin xanım Madmuazel Anjel Hasib Atəşfəşan Məchurə Atəşfəşan Çərənçi Dündar Kəmənd Erol Tompson İspan Aysel == Maraqlı məlumatlar == Əsərin türk dilindəki orijinal adı "Qol kralı"dır (Bəzi nəşrlərdə "Qol kralı Səid Hopsəid" də qeyd olunur). Əsər Azərbaycan dilinə İsmayıl Şıxlı və Elçin Şıxlı tərəfindən tərcümə olunmuş, 1988-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Roman əsasında 1980-ci ildə "Qol kralı" komediya filmi çəkilmiş, baş rolu Kamal Sunal ifa etmişdir.
Futbol meydançası
Futbol meydançası — futbol oynamaq üçün meydança. Oyunlar həm süni, həm də təbii örtükdə oynana bilər. Süni örtük yaşıl rəngdə olmalıdır. Onun ölçüsü futbolda birinci qaydaya görə təyin olunur. == Tarix == 1863 – Meydançanın ölçüsünə aid ümumi qaydalarda ilk göstərişlər. 1875 – Şeffild Futbol Assosiasiyasının təzyiqləri altında, İngiltərə Futbol Federasiyası yeni qaydalar qəbul edir. Bundan sonra qapının yuxarı tiri daha sərt materialdan düzəldilməyə başlandı və lent istifadəsi qadağan olundu. Qapıların yekun ölçüsü təsdiq olunmuşdu. 1891 – Qapılara tor salınmağa başlanır. 1901 – Meydanda ilk dəfə cərimə meydançası çəkilməsinə aid qanun təsdiq olunur.
Futbol müharibəsi
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
Futbol qaydaları
Futbol qaydaları (ing. Laws of the Game; hərfi tərcümə "oyunun qaydaları") — futbol oyunun qaydalarını müəyyən edən reqlament, həm də buna əsasən futbol yarışları keçirilir. Bu qaydalara riayət edilən ilk oyun Kembric Universitetinin üzvləri keçiriblər (Parkers Pis, Kembric şəhəri, 1848-ci il). 26 oktyabr, 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası bu qaydaları rəsmən təsdiqləmişdi. Qaydaların müasir formasının isə futbol assosiasiyalarının beynəlxalq şurası düzəldib və FİFA tərəfindən dərc olunub, bu hadisə 1970 ildə baş vermişdi. Bu qaydalar futbolda bu məsələləri qaydaya salır: oyunçuların sayı, matçın davamlılığı, meydançanın ölçüsünü, futbol topuna aid tələblər, pozuntuların növləri və s. == Oyun Qaydaları == Qaydaların (1 iyun 2016-2017-ci il tarixindən) sonuncu redaksiyası 17 bənddən ibarətdir. Birinci qayda: Oyun meydanı İkinci qayda: Top Üçüncü qayda: Oyunçular Dördüncü qayda: Futbol geyimi Beşinci qayda: Baş hakim Altıncı qayda: Hakimin köməkçiləri Yeddinci qayda: Oyunun müddəti və davamiyyəti Səkkizinci qayda: Futbol oyunun başlaması və bərpa edilməsi Doqquzuncu qayda: Top oyunda olduqda və olmadıqda Onuncu qayda: Qol On birinci qayda: Ofsayd (oyundankənar vəziyyət) On ikinci qayda: Qayda pozuntuları və intizamsız davranışlar On üçüncü qayda: Cərimə və sərbəst zərbələri On dördüncü qayda: Penalti (11 metrlik zərbə) On beşinci qayda: Aut (topun yan xəttdən oyuna daxil edilməsi) On altıncı qayda: Qapıdan zərbə On yeddinci qayda: Korner (küncdən zərbə) == Maraqlı faktlar == 1992-ci ildə, 1990 ilin dünya çempionatında baxımlı futbol olmadığı üçün, qapıçının öz oyunçunun ayağla ötürməsindən sonra topu götürməsi qadağan olmuşdu.
Futbol tarixi
== Tarixöncəsi (e.ə 7000 — b.e.1200) == E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. == Orta Əsrlər (1200–1863) == 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
Futbol topu
Futbol topu — futbol oynamaq üçün top. Onun parametləri futbol qaydalarının ikinci qaydasına görə müəyyən olunur. Futbol topunun çevrəsi 68 ilə 70 santimetr, çəkisi 410 ilə 450 qram arasında olmalıdır. == Tarix == Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı. Topun istehsalı, 1838-ci ildə Çarlz Qudier tərəfindən vulkanizasiya edilmiş kauçuk kəşf edəndən sonra, daha keyfiyyətli oldu. 1885-ci ildə Qudier rezindən hazırlanmış topu təqdim edir. Topun rezindən hazırlanması onun sıçrayış keyfiyyətini və möhkəmliyini artırdı. 7 ildən sonra Riçard Lindon ilk hava ilə doldurulan top üçün rezin kamera hazırlamışdı. Sonra o kamera üçün nasos hazırladı və Londondakı sərgidə medal qazandı. Kauçuk və hava ilə doldurulan kameralar saəsində futbol topunun sənayə istehsalı üçün lazımi texniki şərait yaranıb.
Futbol xronologiyası
== Tarixöncəsi (e.ə 7000 — b.e.1200) == E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. == Orta Əsrlər (1200–1863) == 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hücumçu (futbol)
Hücumçu — futbolda məqsədi qol atmaq olan hücum oyunçusu mənasını verir.
Kapitan (futbol)
Kapitan — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusudur. Ümumiyyətlə komandanın daha təcrübəli oyunçularından ya da komanda üzərində sözü keçən oyunçulardan biri komanda kapitanı olaraq seçilir. Adətən, komanda kapitanı onun sol tərəfdən digər oyunçular sarğı fərqlənir. == Öhdəlikləri == Komanda kapitanına oyun qaydaları tərəfindən verilmiş olan tək məsuliyyət başlama vuruşu və ardıcıl penalti atışları əvvəlində pul atışına qatılmaqdır. Qaydalar tərəfindən müəyyənləşdirilmiş başqa bir məsuliyyəti olmasa da hakimlər sahə içindəki oyunçuların ümumi davranışları və ya tamaşaçının davranışları ilə əlaqədar kapitanı yanına çağıraraq danışa bilər. Sahə içərisində texniki direktor kömək edər və komandası əlaqələndirir. Bunun xaricində komandanın qazandığı kuboklar da mükafat mərasimində ilk olaraq komanda kapitanına verilər.
Latviyada futbol
Mini futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.