FUT
FUTBOLÇU
OBASTAN VİKİ
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hücumçu (futbol)
Hücumçu — futbolda məqsədi qol atmaq olan hücum oyunçusu mənasını verir.
Futbol
Futbol (ing. foot — ayaq, ball — top) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 milyoon futbolçu tərəfindən oynalınır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirtməkdir. Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar. Ancaq onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunda ən çox qol vuran komanda qalib gəlir.
Futbol, Futbol... (1979)
Futbol, futbol... (film, 1979)
Kapitan (futbol)
Kapitan — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusudur. Ümumiyyətlə komandanın daha təcrübəli oyunçularından ya da komanda üzərində sözü keçən oyunçulardan biri komanda kapitanı olaraq seçilir. Adətən, komanda kapitanı onun sol tərəfdən digər oyunçular sarğı fərqlənir. == Öhdəlikləri == Komanda kapitanına oyun qaydaları tərəfindən verilmiş olan tək məsuliyyət başlama vuruşu və ardıcıl penalti atışları əvvəlində pul atışına qatılmaqdır. Qaydalar tərəfindən müəyyənləşdirilmiş başqa bir məsuliyyəti olmasa da hakimlər sahə içindəki oyunçuların ümumi davranışları və ya tamaşaçının davranışları ilə əlaqədar kapitanı yanına çağıraraq danışa bilər. Sahə içərisində texniki direktor kömək edər və komandası əlaqələndirir. Bunun xaricində komandanın qazandığı kuboklar da mükafat mərasimində ilk olaraq komanda kapitanına verilər.
Latviyada futbol
Mini futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. == Azərbaycanda minifutbol == 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.
Monteneqroda futbol
Monteneqroda futbol - əvvəllər Yuqoslaviya və Serbiya futbolunun bir parçası olmuşdur. 21 may 2006-cı ildə müstəqillik haqqında referendumdan və 3 iyunda Monteneqronun müstəqilliyini elan etməsindən sonra özlərinin futbol ittifaqını təşkil edirlər. FİFA və UEFA kimi beynəlxalq futbol təşkilatlarına 2007-ci ildə qəbul olunur. Bu səbəbdən futbol yarışmalarında ancaq 2010 FİFA Dünya Kubokunun təsnifat mərhələsi çərçivəsində 2008-ci ildən iştirak edə bilmişdir. == Tarixi == Monteneqroda ilk futbol komandaları 1919-cu ildə Yuqoslaviya Futbol İttifaqının meydana gəlməsi ilə ortaya çıxır. Monteneqrodan olan futbolçular Yuqoslaviya millisində oynayırdılar. Yuqoslaviya millisi dünya çempionatında iki dəfə yarımfinala (1930 və 1962), iki dəfə isə avropa çempionatının finalına çıxmışdır (1960 və 1968). 1992-ci ildə Yuqoslaviya parçalandıqdan sonra Serbiya və Monteneqro millisində çıxış etməyə başlayırlar. Monteneqrolular Serbiya və Monteneqro millisində sonuncu dəfə 2006-cı ilin martında dünya çempionatının seçmə mərhələsində iştirak edirlər. 2007-ci ildə Monteneqro FIFA və UEFA-nın üzvü olur, klubları və milli komandası bu təşkilatların himayəsi altında yarışlara qatılır.
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiəçi (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Ofsayd (futbol)
Ofsayd — oyundankənar vəziyyət. Ofsayd əsasən komanda idman növlərində tətbiq olunur. Hokkeydə ofsayd qaydası 1988-ci ildə ləğv olunub. Ofsayd qaydasının ləğvindən sonra hokkey qarşılaşmaları daha zövqlü hala gəlib və tamaşaçı sayı artıb. Ancaq futbol meydançasının hokkey sahəsindən daha geniş olması ofsaydın ləğvini çətinləşdirir.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Qazaxıstanda futbol
Qazaxıstanda futbol — Qazaxıstanda idmanın aparıcı növlərindən biri
Qolkiper (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Qətərdə futbol
Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir. == Tarixi == === Giriş və məlumatlandırma === Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi. Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır. == Tamaşaçıların münasibəti == QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir..
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Sehrli futbol
Sehrli futbol (isp. Metegol) — 2013-ci ildə 3D formatında çəkilmiş uzun-metrajlı Argentina animasiyasıdır.
Serbiyada futbol
== İlkin mərhələsi ==
Tacikistanda futbol
Ukraynada futbol
== İlkin mərhələsi ==
Yarımmüdafiəçi (futbol)
Yarımmüdafiəçi (ing. Midfielder; slenq: halfbək, ing. half-back — yarım-arxa) — futbolda oyunçunun hücumçu ilə müdafiəçi arasında tutduğu mövqe. Yarımmüdafiəçinin əsas vəzifəsi oyun zamanı situasiyadan asılı olaraq hücumçu və ya müdafiəçilərə kömək etməkdir. Yarımmüdafiəçilər mövqe olaraq 4 yerə bölünür: 1)Dayaq yarımmüdafiəçiləri 2)Mərkəz yarımmüdafiəçiləri 3)Hücuma meyilli yarımmüdafiəçilər 4)Cinah yarımmüdafiəçiləri == Müdafiəyə meyilli (Dayaq) yarımmüdafiəçi == Bu mövqedə çıxış edən oyunçular dəstək oyunu ilə seçilir.Kağız üstündə baxsaq mərkəz müdafiəçilərinin önündə çıxış edirlər.Rəqibin ön xətt oyunçuları ilə birə-bir oynayan zaman dayaq yarımmüdafiəçiləri çox böyük rol oynayır.Belə oyunçulara müasir futbolda Carlos Casemiro,Sergio Busquets,Joshua Kimmich kimi oyunçuları örnək göstərə bilərik.Tarixdə isə Roy Keane,Patrick Vieira,Frank Rijkaard kimi oyunçular bu mövqedə çox möhtəşəm oyun sərgiləyib. == Mərkəz yarimmüdafiəçisi == Mərkəz yarimmüdafiəçiləri əlaqə oyununun yaradılmasında yaxından iştirak edən oyunçulardır.Meydanın mərkəzinə hakimlik edirlər.Pas səviyyələri yüksək səviyyədə olmalıdır.Geridən topu alaraq ön xəttə daşıyaraq epizodların yaradılmasında yaxından iştirak edirlər.Müasir futbolda Toni Kroos,Frenkie De Jong,Paul Pogba kimi oyunçuları nümunə göstərmək olar.Tarixdə Steven Gerrard,Frank Lampard,Andres İniesta,Xavi Hernandez kimi oyunçular adlarını bu mövqeyə həkk ediblər. == Hücuma meyilli yarımmüdafiəçi == Əksər hallarda komandanın beyni sayılırlar.İnamlı Meydan görüşləri,pasları,zərbələri,oyun quruculuqları ilə seçilirlər.Yaradıcılıq səviyyələri yüksək səviyyədə olmalıdır.De Bruyne,Bruno Fernandes,Marco Reus; tarixdə isə Zinedine Zidane,Ronaldinho kimi oyunçular bu mövqedə çox üstün performans göstərməyi bacarıb. == Cinah yarımmüdafiəçisi == Yarımmüdafiənin cinahlarında yer alan bu oyunçuların əsas hədəfi aut xəttinə paralel olaraq irəliləyib rəqib cərimə meydançasına qət etməyə çalışmaqdır.Cərimə meydançasına daxil olmağı bacarmadıqları zaman isə əksər hallarda meydanın mərkəzini düşünərək pas oyunu oynayırlar yaxud cərimə meydançası içinə asma ötürmə verirlər.Yannick Carrasco,İvan Perisic,Bukayo Saka bu mövqedə çıxış edirlər.Ryan Giggs,Pavel Nedved,David Beckham da bu mövqedə çıxış edib adını tarixə yazdırmış oyunçulardandır.
İspaniyada futbol
Futbol İspaniyada ən məşhur idman növüdür. Kral İspan Futbol Federasiyası (Real Federación Española de Fútbol) milli idareetmə orqanı olaraq La Liqa, İspaniya Kral Kuboku və İspaniya milli futbol komandası, həmçinin FİFA Dünya Kubokunun cari çempionatını təşkil edir. Müasir futbol İspaniyada 19-cu əsrin sonlarında Britaniyadan gələn ingilis immiqrant işçilər, səfər dənizçiləri və İspan tələbələrinin bir araya gəlməsi ilə tanındı. İspaniyada ən qədim futbol klubu 1889-cu il dekabrın 23-də Rio Tinto şirkətində çalışan Dr. Mackey və İngilis işçilər tərəfindən qurulan Recreativo de Huelva klubudur. Gimnàstic de Tarragona klubunun 1886-ci ildə və Sevilya klubunun 1890-cı ildə qurulmasına baxmayaraq, Gimnastik 1914-cü ilə kimi, Sevilya isə 1905-ci ilə kimi aktual olaraq futbol komandası təşkil etməyib. İspaniyada ilk rəsmi futbol oyunu 1890-cı ilin martın 8-də Sevilyadakı Tablada Hippodrome ərazisində keçirilib. Bu oyunda Recreativo de Huelva klubu Sevilya FKya qarşı oynadı. Sevilya klubu həmin vaxtda Sevilya Su İşləri (Seville Water Works) işçilərindən təşkil olunmuşdu. Huelva komandasında 2 İspan futbolçu xaricində, hər iki komandanın oyunçuları İngilislərdən ibarət idi.
İtaliyada futbol
İtaliyada Futbol Futbol (it. calcio [ˈkaltʃo]) İtaliyada ən populyar idman növüdür. İtaliyan dilində futbol Kalço adlanır və çox zaman İtaliya futboluna Kalço kimi xitab edilir. İtaliya milli futbol komandası dünyanın ən yaxşı milli komandalarından biri hesab olunur. Onlar dörd dəfə (1934, 1938, 1982, 2006) FIFA Dünya Kubokunun qalibi olublar, Bu göstəricidə onları yalnız Braziliya (5 kubok ilə) geridə qoyub. İtaliya Milli Futbol komandası dünya çempionatlarında iki dəfə ikinci (1970, 1994), bir dəfə üçüncü (1990) və bir dəfə dördüncü (1978) yeri tutublar. Onlar həmçinin iki Avropa Çempionatının qalibi (1968 və 2020), iki dəfə isə finalçısı oolublar (2000, 2012). İtaliya Milli komandasının Konfederasiyalar Kubokunda ən yaxşı nəticəsi, Kubokun 2013-cu ildəki yarışında üçüncü yeri tutmalarıdır. Milli komanda bir dəfə Olimpiya futbol turnirinin qalibi (1936) və iki dəfə Mərkəzi Avropa Beynəlxalq Kubokunun qalibi olub (1927–30 və 1933–35). İtaliyanın yüksək səviyyəli yerli liqası, A Seriyası, dünyanın ən məşhur peşəkar idman liqalarından biridir və tez-tez ən taktiki milli futbol liqası kimi təsvir olunur.
Əfqanıstanda futbol
Əfqanıstanda futbol — Əfqanıstanda iki ən məşhur idman növündən biri. Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş, Əfqanıstan Futbol Federasiyası 1948-ci ildən FİFA-ya üzv olmuşdur. Təhlükəsizlik məsələlərinə görə ölkədə futbolda iştirak yüksək səviyyədə deyil. == "Taliban" dövrü == "Taliban"ın hakimiyyəti illərində Əfqanıstanda idmana ciddi qadağalar qoyulmuşdu. Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu. Həmin dövrdə Əfqanıstanda futbol qarşılaşmaları məhz ölkədə baş verən hadisələrin fonunda keçirilirdi. "Taliban" tərəfdarları futbolçuların müasir geyimini "ədəbsiz" sayaraq, onlara şort geyinməyi qadağan etmişdir. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə baxmayaraq, əfqan xalqı yenə də "Qazi" stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Amma tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.
Gürcüstan Milli Futbol Çempionatı
Hakimin köməkçiləri (futbol)
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. == Klub karyerası == Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır. 21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur. 21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Həbəşistan Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Kadi (futbolçu)
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Həyatı == === Şəxsi həyatı === 2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir. 2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir.
Kamboca milli futbol komandası (Qadınlar)
Kamerun milli futbol komandası
== Tarixi ==
Kamran Əliyev (futbolçu)
Kamran Qurban oğlu Əliyev (15 oktyabr 1998, Novoivanovka, Gədəbəy rayonu) — əslən azərbaycanlı olan rusiyalı futbolçu. Azərbaycan Premyer Liqası klubu "Sumqayıt"ın heyətində hücumçu mövqeyində çıxış edir. == Klub karyerası == 17 may 2017-ci ildə "Ximki"də Sokol Saratov-a qarşı oyunda Rusiya Futbol Milli Liqasında debüt etdi. Rusiya Milli Futbol Çempionatında Avangard Kurska qarşı 4 Avqust 2018-ci ildə keçirilən və 3-1 məğlub olduqları ev matçında Ximkidə ilk qolunu vurdu. Çempionatın 2018/19 mövsümünü 6 qolla başa vurdu. 2023-cü ilin fevralında "Sumqayıt" Əliyevlə 2,5 illik müqavilə imzalayıb. == Milli komanda karyerası == Əliyev 16 may 2018-ci il tarixində Gürcüstan U-20 yığması ilə oyunda milliyə çağırıldı və 24 may 2018-ci ildə Makedoniya U21 ilə yoldaşlıq oyununda Azərbaycan U20 üçün ilk qolunu vurdu. 14 fevral 2020-ci ildə Rusiya U20-in heyətində "Yenisey"ə qarşı oyunda 62-ci dəqiqədə oyuna daxil oldu və ilk oyunun keçirdi. 17 fevral 2020-ci ildə Rotor Volqoqrad-a qarşı oyunun 46-cı dəqiqəsində meydana daxil oldu və ikinci matçını keçirdi. 20 fevral 2020-ci ildə Kamaz Naberejnye Çelni-yə qarşı oyundada 46-cı dəqiqədə meydana daxil oldu və 1 sarı kartla yadda qaldı.
Koci Kondo (futbolçu)
Koci Kondo (futbolçu) (28 aprel 1972 - 17 aprel 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kolumbiya milli futbol komandası
Kolumbiya milli futbol komandası — Kolumbiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Latviya futbolu
Latviya milli futbol komandası
Latviya milli futbol komandası — Latviyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. == Tarixi == == Uğurları == UEFA Avropa Kuboku 2004-ün iştirakçısı olub.
Litva futbolu
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Litva Birlik Kubokunda == Xarici keçidlər == League321.com - Lithuanian football league tables, records & statistics database.
Litva milli futbol komandası
Litva milli futbol komandası - Litvanı beynəlxalq futbol turnirlrində təmsil edən milli futbol komandası.
Lixtenşteyn Futbol Federasiyası
Lixtenşteyn Futbol Federasiyası — 1934-cü ildə (bəzi mənbələrə görə 1933-cü ildə) yaradılsa da, FİFA və UEFA-ya 40 il sonra — 1974-də daxil olub. Lixtenşteyn yığması rəsmi beynəlxalq yarışlarda 1994-cü ildən çıxış edir. Həmin il aprelin 27-də Belfastda AÇSO turniri çərçivəsində Şimali İrlandiya futbolçularına 1:4 hesabı ilə məğlub olub. İlk matçda ilk qolu Daniel Hasler vurub. Debütantın 1995-ci il iyunun 3-də öz meydanında güclü İrlandiya ilə heç-heçə — 0:0 oynaması Avropada böyük əks-səda doğurdu.
Lixtenşteyn Futbol İttifaqı
Lixtenşteyn Futbol Federasiyası — 1934-cü ildə (bəzi mənbələrə görə 1933-cü ildə) yaradılsa da, FİFA və UEFA-ya 40 il sonra — 1974-də daxil olub. Lixtenşteyn yığması rəsmi beynəlxalq yarışlarda 1994-cü ildən çıxış edir. Həmin il aprelin 27-də Belfastda AÇSO turniri çərçivəsində Şimali İrlandiya futbolçularına 1:4 hesabı ilə məğlub olub. İlk matçda ilk qolu Daniel Hasler vurub. Debütantın 1995-ci il iyunun 3-də öz meydanında güclü İrlandiya ilə heç-heçə — 0:0 oynaması Avropada böyük əks-səda doğurdu.
Lixtenşteyn Milli Futbol Çempionatı
Lixtenşteyn milli futbol komandası
Lixtenşteyn milli futbol komandası — Lixtenşteyni beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. == Tarixi == Tarixində ilk görüşünü 1981-ci ildə Malayziyaya qarşı keçirən Lixtenşteyn 1:0, bir il sonra Çini 2:0 hesabı ilə məğlub edib. 1994-cü ilədək yalnız yoldaşlıq görüşlərində qüvvəsini sınayan komanda həmin il əvvəl seçmə mərhələyə qatılıb, lakin Çin üzərindəki zəfərdən sonra Lixtenşteyn 3 xala həsrət qalıb, amma 1998-ci ildə Azərbaycanla üz-üzə gələnədək. 16 il rəqiblərini yenə bilməyən yığma həm də seçmə mərhələdə ilk qələbəsini qazanıb. 2003-cü ildə Səudiyyə Ərəbistanı ilə qarşılaşan Lixtenşteyn yoldaşlıq matçlarında üçüncü qələbəsini qazanıb. Daha sonra 2006-cı ilin dünya və 2008-ci ilin Avropa çempionatının oyunlarında Lixtenşteyn komandası nəticələr əldə edib. Onlar hər iki mərhələdə iki qələbə qazanıb. Əvvəl Lüksemburq hər iki oyunda, özü də hər ikisində də böyük hesabla (3:0, 4:0), ötən tsikldə isə Latviya (1:0) və İslandiya (3:0) diz çökdürülüb.
Lüksemburq milli futbol komandası
Lüksemburq milli futbol komandası (lüksemb. Lëtzebuergesch Foussballnationalequipe, fr. Équipe du Luxembourg de football, alm. Luxemburgische Fußballnationalmannschaft‎) — Lüksemburqu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Lüksemburq Futbol Federasiyası tərəfindən idarə olunur. 14 iyun 2019-cu ilə olan məlumata görə Lüksemburq millisi FİFA reytinqində 90-cı, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 43-cü yerdədir. UEFA Avro 1996-nın seçmə mərhələsindən sonra Lüksemburq millisi 10 ildən çox dünya futbolunun autsayderləri sırasında idi. Amma UEFA Avro 2008-in seçmə mərhələsindən etibarən komanda stabil olaraq hər seçmə mərhələnin qrup oyunlarında ən azı 3 xal toplayır və heç olmasa bir qələbə qazanır. Bəzi mütəxəssislər iddia edirlər ki, UEFA Millətlər Liqası qurulandan sonra Lüksemburq millisini yaxın Avropa çempionatlarının birində görmək mümkün olacaq. == FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı seçmə mərhələlərində == Lüksemburq millisinin FİFA Dünya Kubokunun final mərhələsinə düşmə cəhdləri 1934-cü ildən başlayaraq uğursuzluğa düçar olmuşdur.
Lüksemburq milli futbol komandası (Qadınlar)
Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası — Lüksemburqu beynəlxalq futbol arenasında təmsil edən Lüksemburqun milli futbol komandasıdır. Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası 2003-cü ildə təsis edilmişdir. 2008-ci ildən beynəlxalq turnirlərdə çıxış etməyə başlamışdır. Lüksemburq komandası ilk oyununu 2009-cu ildə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində oyunda keçirmişdir. Lüksemburq qrupda Slovakiya, Litva və Malta milli komandaları ilə üz-üzə gəlmişdir. Lüksemburq sonda qrupda ikinci yeri tutmuşdur. Lüksemburq millisi Almaniyada keçirilən Dünya Çempionatına vəsiqə qazana bilməmişdir. Komanda tez-tez kişilərin milli komandasından daha uğurlu olması ilə tanınır. == Dünya Çempionatı rekordları == *Penaltilərlə uduzulan oyunlar heç-heçə kimi qeyd edilir.
MDB milli futbol komandası
MDB milli futbol komandası — SSRİ milli futbol komandası fəaliyyətini dayandırdıqdan sonra SSRİ məkanında yaradılmış milli futbol komandası. == Tarixi == Bu komandanın yaradılmasında məqsəd SSRİ milli futbol komandasının qazandığı vəsiqə ilə UEFA Avropa Kuboku 1992-də iştirak etmək idi.
Macarıstan milli futbol komandası
Macarıstan milli futbol komandası - Macarıstanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. == Tarixi == 1954 FİFA Dünya Kubokunda macarlar finalda almanlara uduzdular. 1956-cı ildə baş verən siyasi hadisələrdən, sovet işğalından sonra isə Macarıstan fubolçularının əsas ulduzları mühacirət etdi və bundan sonra macar futbolu bir daha əvvəlki səviyyəsinə qayıtmadı.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.

Digər lüğətlərdə