FUTBOL
FÜFƏ
OBASTAN VİKİ
Danilo (futbolçu)
Danilo da Silva (15 iyul 1991[…]) — Braziliyalı futbolçu. Yuventus klubunun və Braziliya Milli komandasının sağ cinah müdafiçəsi.
Aleksandr Əliyev (futbolçu)
Andre Silva (futbolçu)
Andre Migel Valente da Silva (6 noyabr 1995) — Portuqaliyalı futbolçu. Almaniyanın RB Leypsiq klubunda və Portuqaliya milli futbol komandasında hücumçu kimi çıxış edir. == Həyatı == Andre Silva 6 noyabr 1995-ci ildə anadan olub.
Aqil Məmmədov (futbolçu)
Aqil Heydər oğlu Məmmədov (1 may 1989, Culfa) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda qapıçı kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Karyerası == Məmmədov Bakı klubu ilə UEFA Çempionlar Liqası 2008/2009 mövsümünün təsnifat mərhələsində iştirak etmişdir.. 4 dekabr 2014-cü ildə Məmmədov maliyyə problemləri səbəbindən Bakı klubu ilə müqaviləyə xitam vermişdir.Aqil bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.24 iyul 2016-cı ildə Məmmədov AZAL klubu ilə müqavilə imzalamışdır.5 iyun 2017-ci ildə Məmmədov Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır.29 dekabr 2017-ci ildə Məmmədov klubu tərk etdikdən sonra Neftçi Bakı klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır.2019-cu il yanvarın 7-də Məmmədov 18 aylıq müqavilə imzalayaraq, üçüncü dəfə "Qəbələ"dən "Neftçi"yə keçid etdi. == Karyera statistikası == 25 May 2016 tarixində yenilənib === Milli komanda === 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.
Arif Abbasov (futbolçu)
Arif Mikayıl oğlu Abbasov (23 iyul 1945, Bakı – 14 iyun 2009, Naxodka, Primorsk diyarı) — futbolçu, məşqçi, hakim. == Həyatı == Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.
Arif Əsədov (futbolçu)
Arif Gülağa oğlu Əsədov (18 avqust, 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, müdafiəçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvüdür. == Bioqrafiya == "Neftçi" yetirməsi olan futbolçu klubun 15 yaşlılardan ibarət komandasında oynamışdır. Bir müddət sonra isə SSRİ gənclərdən ibarət yığmasına dəvət almışdır. Bu yığma ilə gənclər arasında dünya və avropa çempionu olur. 1988-ci ildə "Neftçi"nin tərkibində SSRİ futbol çempionatının yüksək liqasında debüt edib. 1989 - 1991-ci illərdə SSRİ 1-ci liqasında oynamışdır. 1992-ci ildə isə Azərbaycan Yüksək Liqasında oynamışdır. 1994-cü ildə Vladiqafqazın "Spartak" klubuna keçir və həmin klubda 20 oyunda 1 qol vurub. Çempionatın sonlarına yaxın "Neftçi" klubuna qayıdır.
Asif Məmmədov (futbolçu)
Asif Məmmədov — (5 avqust 1986[…], Ağdam) Hal — Hazırda Qəbələ klubunda çıxış edir . Bu mövsüm 6 dəfə fərqlənibb == Futbol Kariyerası == Araz İmişli Asif karyerasına 2006-cı ildə Araz İmişlidə başlıyıb. O bu mövsümdə ilk dəfə Sumqayıt Standarda qarşı oynayıb. Bu mövsüm o 4 oyun keçirib, amma qol vurmayıb Sumqayıt Standard Araz İmişlidən 50.000 manata transfer olan Məmmədov Sumqayıtda ilk qarşılaşmasına Bakı klubuna qarşı oynayıb. O burada da 1 sezon keçirsə də məhsuldar olmayıb Keşlə(1. Dönəm) 2008-ci ildə Asif Keşlə ilə 3 illik müqavilə imzaladı. Keçirdiyi 2 sezonda 25 oyuna çıxdı və 1 qol 5 asist ilə oynadı. Həmin sezon Topaz premyer liqasının çempionu olur Xəzər Lənkəran Keşlədən 300.000 manata Xəzər Lənkərana keçən yarımmüdafiəçi 1 sezon sonunda müqavilə imzalayacaqdı. Ancaq o vaxt yeni gələn baş məşqçi Cüneyt Bəçir ilə münaqişə sonrası klubdan ayrıldı. Keşlə (2.dönəm) Yenidən Keşlə ilə müqavilə imzaladı.2013-dən sonra komandanın kapitanı oldu.
Aydın Qasımov (futbolçu)
Aydın Süleyman oğlu Qasımov (22 sentyabr 1993-cü ildə Füzulidə anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qaradağ klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == Aydın Qasımov 1993-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olmuşdur. O, 9 yaşı olarkən Şəfa uşaq seleksiyaçı klubuna qəbul olmuşdur. O, öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Sumqayıt klubunda start vermişdir. O, iki mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildə Aydın AZAL klubuna transfer olmuşdur. Əvvəlcə o, komandanın əvəzedicilər yığmasında mübarizə aparmışdır. 2014-cü ilin yayında zolaqlıların baş məşqçisi Tərlan Əhmədov gənc oyunçusu əsas komandaya dəvət etmişdir.
Azər Məmmədov (futbolçu)
Azər Məmmədov (7 fevral 1976, Kirovabad) — Qəbələ FK-nın oyunçusu. == Həyatı == Azər Məmmədov 1976-cı il fevralın 7-də Gəncə şəhərində anadan olmuşdur. 2013-cü ildə təqaüdə çıxan Azərbaycan futbolçusu (müdafiəçisi) idi. == Karyera == O, doğma şəhəri olan Gəncədə futbol oynamağa başladı. 1992-ci ildə "Kəpəz" komandasına qəbul edilmiş və Azərbaycan çempionatında çıxış etmişdir. 1994/95 mövsümündə Xəzri Buzovnada oynadı və sonra Kəpəzə qayıtdı. 1996–1997-ci illərdə MOİK Bakı FK hərbi xidmət keçmişdir. 1997/98 mövsümünün ortalarında "Kəpəz" komandasına qayıtdı, iki il ərzində iki dəfə ölkə çempionu oldu. 1999-cu ildən 2004-cü ilə qədər "Şəmkir" komandasında oynayıb. 2005/06 mövsümünün qış fasiləsində Ağdamın "Qarabağ" a keçdi, burada 4 saylı nomrə altında çıxış etdi.
Azər Əliyev (futbolçu)
Azər Əliyev (rus. Азер Алиев; 12 may 1994, Bəzəkli, Dmanisi rayonu) — Azərbaycan əsilli rusiyalı futbolçu. Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun futbolçusudur. == Həyatı == Azər Əliyev 12 may 1994-cü ildə Gürcüstanın Bəzəkli kəndində doğulub. == Karyerası == === Klub === Azər Əliyev Krasnoyarsk futbolunun yetirməsidir. 9 yaşında ikən "Smena" UGİM-nə dəvət olunmuş və 16 yaşına qədər burada məşqçi Aleksey Lazarenkonun rəhbərliyi altında çıxış etmişdir. Sonradan "Yenisey"ə keçib.2013–2014 mövsümündə icarə əsasında Peşəkar futbol liqası birinciliyində mübarizə aparan "Saxalin"də çıxış edib. Burada 10 oyunda 6 qol vuraraq, özünü yaxşı tərəfdən göstərə bilib. İcarə müddəti bitdikdən sonra yenidən "Yenisey"ə qayıdıb. 2017-ci ilin iyununda "Krılya Sovetov"a transfer olunub.2018-ci ilin avqust ayında "Ufa" futbol klubuna transfer olunub.
Brayn Hill (futbolçu)
Brayn Hill (31 İyul 1941 – 27 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş İngiltərə futbolçusudur. Hill İngiltərə Futbol Liqasında Bristol Siti FK, Torkay Yunayted və Koventri Siti klublarında çıxış etmişdir.
Cavid Hüseynov (futbolçu)
Cavid Hüseynov (9 mart 1988[…], Qaracallı, Cəbrayıl rayonu) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Şamaxı Fk" klubunda Baş Məşqçi Çalışır. Azərbaycanlı == Həyatı == Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1 iyun 2019-cu ildə Hüseynov "Qəbələ" klubu ilə yollarını ayırmışdır. Bir neçə gün sonra o, "Zirə" klubu ilə iki illik müqavilə imzalamışdır. 22.06.2022 Tarixindən Şamaxı FK klubunun baş məşqçisidir. == Uğurları == Qəbələ FK Futbol üzrə Azərbaycan Kuboku 2018-192012-ci ilin yayında Hüseynov iki illik müqavilə imzalayaraq TFF Birinci Liqa təmsilçisi Adana Dəmirspora keçdi.5 iyul 2014-cü ildə Hüseynov Qəbələ ilə bir illik müqavilə imzaladı.17 oktyabr 2016-cı il tarixində, 2016–17 mövsümünün sonuna qədər Qəbələ ilə yenidən müqavilə imzaladı.
Cavid İmamverdiyev (futbolçu)
Cavid İmamverdiyev — Futbol üzrə Azərbaycan yığmasının və Kəpəz futbol klububun yarımmüdafiəçisi. == Həyatı == Cavid Əbdürəhman oğlu İmamverdiyev 8 yanvar 1990-cı ildə Şəmkir rayonunda anadan olub.
Futbolçu
Futbolçu — İdmanın futbol növü ilə məşğul olan şəxs.
Fernando (futbolçu)
Fernando Fransisko Reyes və ya qısaca Fernando (d. 25 iyul 1987, Braziliya) — Türkiyə Super Liqası təmsilçilərindən Qalatasarayda oynayan braziliyalı futbolçu. == Klub karyerası == === Vila Nova === Fernando peşəkar karyerasına bu klubda başladı. === Portu === 2007-ci ildə Portu ilə 5 illik müqavilə imzaladı. === Estrela Amadora === Fernando Portu’ya transfer olundu, lakin ilk ilini Estrela Amadora’da keçirdi. === Mançester Siti === 2014-cü ildə Fernando £12 milyon qarşılığında Mançester Siti’yə transfer olundu. === Qalatasaray === Futbolçu 2017-ci ildə 5.25 milyon avro qarşılığında Türkiyənin ən böyük klubu Qalatasarayla 3 illik müqavilə imzaladı. == Milli Komanda karyerası == Fernando Brazilya (20 yaşlılar) millisində 3 matçda çıxış edib.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. == Klub karyerası == Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır.21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur.21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Kadi (futbolçu)
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
Marselo (futbolçu)
Marsello Virera Da Silva Cuniyor (12 may 1988[…], Rio-de-Janeyro) — Braziliya milisinin və "Fluminense" komandasının müdafiəçisi. == Klub karyerası == === Fluminense === Marsello peşəkar karyerasına "Fluminense" klubunda başlayıb. Burada 30 oyuna 6 qol vurub. === Real Madrid === Marsello 2007-ci ildə "Real Madrid"ə "Fluminense" komandasından transfer olub. İndiyə qədər "Real Madrid"də 386 oyuna çıxaraq rəqib qapılarına 26 qol vurub. Madrid təmsilçisi ilə 4 dəfə Çempionlar liqasının qalibi və 2 dəfə "Laliqa" çempionu olub.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Naço (futbolçu)
Naço — İspaniyanın Real Madrid futbol klubunun müdafiəcisi. Naço 1990-cı il 26 yanvarda İspaniyanın paytaxı olan Madrid şəhərində doğulub. Karyerası boyunca sadəcə Real Madrid klubunun formasını geyinib. İspaniya milli futbol komandasının heyətində çıxış edib. Real Madriddə 89 oyunda 3 qol vurub. Birinci qolunu Santyaqo Bernabeu stadionundakı Real Madrid-Alaves FK oyununda vurub. Oyun Real Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 2-ci qolunu isə 37-ci turda Sevilya ilə oyunda cərimə zərbəsindən vurub. Oyun Real Madridin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda qolları Ronaldo (2), Naço və Toni Kroos vurub.
Pepe (futbolçu)
Kepel Laveran Lima Fereyra vəya Pepe (26 fevral 1983, Maseyo[d]) Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"ın və Portuqaliya millisinin müdafiəçisi. Pepe əslən braziliyalı portuqal futbolçudur. == Klub karyerası == === Maritimo === Pepe 18 yaşında bu kluba gəldi. 2001/2002 mövsümünün ikinci hissəsində Portuqaliya 3-cü liqasında oynayan B komandasında oynadı. 20 yanvar 2002-ci ildə CSD qarşısında karyerasının ilk matçına çıxdı və 90 dəqiqə oyunda qaldı. Qısa vaxt ərzində A komandasının diqqətini çəkdi. 12 aprel 2002-ci ildə "Boavişta" ilə oynanan matçda oyuna start heyətdə çıxaraq ilk dəfə "Maritimo" formasını geyindi. 2002/2003 mövsümündə isə A komandasının dəyilməzlərindən oldu. 29 matçda oynayan futbolçu mövsümü 16 sarı və 2 qırmızı vərəqə ilə bitirdi.9 noyabr 2002-ci ildə "Braqa" ilə oynanan və "Maritimo"nun 3-0 qalib gəldiyi matçda karyerasının ilk qolunu atdı. Mövsüm bitdikdə Pepe "Sportinq Lissabon" ilə məşqlərə çıxmağa başladı.
Qabi (futbolçu)
Qabiel Fenandes Areal "Atletiko Madrid"in yarımmüdafiəçisi. Qabieli biz Qabi kimi də tanıyıyır.
Qavi (futbolçu)
Pablo Martin Paez Qavira (İspanca tələffüz: [ˈpa.βlo maɾˈtim ˈpa.eθ ɣaˈβiɾa]; 5 avqust 2004) — Qısaca olaraq Qavi (İspanca tələffüz: [ˈɡaβi]) kimi də tanınan, La Liqa təmsilçilərindən olan "Barselona" klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusu.
Xuanfran (futbolçu)
Xuan Françesqo Torres Belen qısaca Xuanfran - "Atletiko Madrid"in sol çinah müdafiəçisi. Xuanfran 9 yanvar 1985-ci ildə İspaniyanın Krefild şəhərində doğulub. Hal-hazırda həm "Atletiko Madrid"in həm də İspaniya milli futbol komandasının şərəfini qoruyur. 32 yaşı var. "Atletiko Madrid"də 20 nömrə ilə çıxış edir. İspaniya milli futbol komandasında isə 16 nömrə ilə çıxış edir .
Adrian (futbolçu)
Adrian (3 yanvar 1987, Sevilya) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun ispan əsilli qapıçısı.
500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2022-ci il tarixinə aktiv futbolçulardır.
Akira Matsunaqa (futbolçu, 1914)
Akira Matsunaqa (futbolçu, 1914) (21 sentyabr 1914 – 20 yanvar 1943, Quadalkanal) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Akira Matsunaqa (futbolçu, 1948)
Akira Matsunaqa (d. 8 avqust 1948) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 2 qol vurub.
Almaniyada ilin futbolçusu
Bu, illər üzrə Almaniyada ilin futbolçu siyahısıdır. Qalib "Alman Futbol Jurnalistləri Assossasiyası" tərəfindən seçilir və ölkənin idman dərgisi sayılan "Kiker" jurnalında dərc edilir. Buraya həmçinin ölkə xaricində oynayan alman futbolçularda aid edilir. 1960-cı ildən bəri Almaniyada ilin futbolçusu seçilir. 2004-cü ildə braziliyalı Aylton seçilməklə bu adı qazanan ilk əcnəbi futbolçusu kimi tarixə düşmüşdür.
Anar Həsənov (futbolçu, 1997)
Anar Vidadi oğlu Həsənov (18 oktyabr 1997-ci ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Çempionat === Anar Həsənov Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2012-ci ildən bu klubda çıxış edir. Debüt mövsümündə Anar Bakı təmsilçisinin əvəzedicilər dəstəsində çıxış etmişdir. 2013-cü ildən isə klubun əsas yığmasında mübarizə aparır.Anar Rəvan klubu ilə debütünü 15 yaşı olarkən 8 may 2013-cü ildə Topaz Premyer Liqasının XXX turu çərçivəsində Kəpəz klubuna qarşı oyunda etmişdir. === Kubok === Anar Həsənov 2012-13 Azərbaycan Kuboku mövsümündə Rəvan klubu ilə bir neçə görüşə çıxmışdır. == Maraqlı fakt == Anar Həsənov Rəvan klubunun əsas komandası ilə debüt edən 54-cü futbolçu olmuşdur.
Aqil Məmmədov (futbolçu, 1989)
Aqil Heydər oğlu Məmmədov (1 may 1989, Culfa) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda qapıçı kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Karyerası == Məmmədov Bakı klubu ilə UEFA Çempionlar Liqası 2008/2009 mövsümünün təsnifat mərhələsində iştirak etmişdir.. 4 dekabr 2014-cü ildə Məmmədov maliyyə problemləri səbəbindən Bakı klubu ilə müqaviləyə xitam vermişdir.Aqil bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.24 iyul 2016-cı ildə Məmmədov AZAL klubu ilə müqavilə imzalamışdır.5 iyun 2017-ci ildə Məmmədov Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır.29 dekabr 2017-ci ildə Məmmədov klubu tərk etdikdən sonra Neftçi Bakı klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır.2019-cu il yanvarın 7-də Məmmədov 18 aylıq müqavilə imzalayaraq, üçüncü dəfə "Qəbələ"dən "Neftçi"yə keçid etdi. == Karyera statistikası == 25 May 2016 tarixində yenilənib === Milli komanda === 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.
Avropada ilin futbolçusu
FİFA Qızıl topu (fr. FIFA Ballon d'Or) — hər il əvvəlki sezonda liqalar və qitə kuboklarında ən yaxşı nəticələr göstərən futbolçuya verilən mükafat. Mükafat 2010-cu ildə Qızıl top və FİFA İlin futbolçusu mükafatlarının birləşdirilməsi ilə yaranmışdır.
Azərbaycan futbolçularının siyahısı
Azərbaycan milli futbolçuların əlifba sırasına görə siyahı.
Azərbaycan milli futbol komandasının futbolçularının siyahısı
Azərbaycan milli futbol komandası — Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini elan edən Azərbaycanı 1992-ci ildən bəri beynəlxalq arenada təmsil edən futbol komandası. Bundan əvvəl, azərbaycanlı futbolçular SSRİ milli futbol komandasını təmsil edirdi. Azərbaycan yığması ilk rəsmi beynəlxalq matçını 17 sentyabr 1992-ci il tarixində, qonşu ölkə olan Gürcüstana qarşı yoldaşlıq oyunu olaraq oynamışdır. Oyun 6–3 məğlubiyyətlə nəticələnmişdir. Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur və 1994-cü ildən Avropa ölkələrini, eləcə də İsraili əhatə edən Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) bir üzvü olaraq rəqabət aparır. Yığma həmin il FIFA-ya da qoşulmuşdur. 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycan yığması debüt etdiyi gündən bəri 242 beynəlxalq oyun keçirmişdir. Onlarda 47-i qələbə, 66-sı heç-heçə, 129-u isə məğlubiyyət ilə nəticələnmişdir. Azərbaycan milli futbol komandası ən çox Moldova və Özbəkistan yığmaları oynamışdır ki, onlar bir-birləri ilə 10 dəfə qarşı-qarşıya gəlmişdir. Qlobal və kontinental turnirlərə gəldikdə, Azərbaycan 1994-cü ildən bəri FIFA Dünya Kubokunun təsnifat mərhələsində, 1996-cı ildən bəri isə UEFA Avropa Çempionatının təsfinat mərhələsində rəqabət aparır, lakin komanda hər iki turnirin finalında çıxış edə bilməyib.Müdafiəçi Rəşad Sadıqov Azərbaycan millisində ən çox oyun keçirmiş futbolçudur və Azərbaycanı təmsil edən yeganə futbolçudur ki, 100-dən çox beynəlxalq matçda meydana daxil olsun.
Azərbaycanda ilin futbolçusu
Azərbaycanda ilin futbolçusu — Azərbaycan futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat.
Azərbaycanda ilin ən yaxşı futbolçusu
Azərbaycanda ilin futbolçusu — Azərbaycan futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. == Tərkibi == Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. == Tədbirləri == 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. == Mənbə == Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.

Digər lüğətlərdə

босто́нный бу́хание доне́ц загомони́ть издёргивать ка́рма мо́лка плескану́ть подвесно́й прополосну́ть сапо́жничество чащо́ба обозри́мый билинч клещевина попона Adalene apostolate cellarette huff manned nomenclator вяление муза сорваться