Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hacı Sultanəli məscidi (Bakı)
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hakim
Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Yarğıc (hüquq) - yrğılayan kimsə Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Hakim (rəhbər) — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Hami
Hami səhrası — Çində səhra. Hami (şəhər) — Çində şəhər.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Maki
Maki — Qax rayonu ərazisində dağdır. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsi ilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.
Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. 2006-cı ildə qrup Avroviziya Mahnı Müsabiqəsində iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Bakı–Türkmənbaşı–Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Atəşgah (Bakı)
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.
Bakı (dəqiqləşdirmə)
Bakı — Azərbaycan Respublikasının paytaxtı. TarixdəBakı Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Bakı Quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə.İdmandaBakı — Azərbaycanın futbol klubu. Bakı Valensiya — İspaniyada Valensiya regional çempionatının II dəstəsində oynayan futbol klubu. Bakı Beynəlxalq Futzal turniri 2009 —Kütləvi informasiya vasitələrindəBakı (qəzet) — Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanı. Bakinskiye izvestiya (qəzet) — Baku.fm — Bakı Universiteti (qəzet) — Baku (qəzet, 1902) —TəşkilatlarBakı Tekstil Fabriki — Baku Steel Company — Bakı Beynəlxalq Avtovağzalı — Bakı Biznes Mərkəzi — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi — Bakı Telefon Rabitəsi İstehsalat Birliyi — Bakı Tikiş Evi — Bakı Yağ Fabriki — Bakı yük terminalı — Bakı Şəhər Həkimlər Təşkilatı —TəhsildəBakı Oksford Məktəbi — Bakı Politexnik Məktəbi — Bakı şəhəri 213 nömrəli tam orta məktəb — Bakı şəhəri 4 nömrəli tam orta məktəb —FilmlərBakı (film, 1999) — 1999-cu ildə çəkilmiş tammetrajlı musiqili film.
Bakı (qəzet)
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Bakı (rəqs)
Bakı — Azərbaycan milli rəqslərindən biri. Azərbaycanda "Bakı" adı ilə iki oyun havası mövcuddur. Onlardan biri Şur ladında səslənin, iti tempdə oynanılan kişi rəqsidir. Digəri isə kollektiv şəkildə ifa olunan yallı rəqsidir. Bu yallı iki hissəlidir. Birinci hissəsi ağır tempdə başlanan rəqs ikinci hissədə çox iti surətdə oynanılır. Rəqsin musiqisi Qılman Salahov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün bəstələnib. Q.Salahov 1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış bu kollektivin dirijoru, xormeysteri, daha sonra rəhbəri olmuşdur. İlk dəfə "Yallı" adı ilə yaradılan bu rəqsə Əlibaba Abdullayev quruluş vermişdir. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı yaradıldıqdan sonra, bu kollektivə rəhbərlik edən Əminə Dilbazi rəqsə yeni quruluş verərək onu "Naxçıvan yallısı" adlandırmışdır.
Bakı (şəhər)
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakı 2015
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.
Bakı 2017
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
Bakı Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Hava limanı 2008-ci ildən bəri fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır.
Hacı Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.