HADİ

сущ. устар. предводитель, указывающий путь истины
HAÇANDAN-HAÇANA
HADİSƏ
OBASTAN VİKİ
Hadi Hicazifər
Hadi Hicazifər — İranlı Azərbaycan əsilli Aktyor və kinorejissordur.
Hadi El-Xolosi
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Hadi Mirzəzadə
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961). Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur. Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) Şair Dramaturq Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Hadi Xosrovşahi
Hadi Xosrovşahi (1939, Təbriz – 27 fevral 2020, Tehran) — İranın Vatikandakı səfiri (1981–1986). 1939-cu ildə Təbrizdə doğulub. 1981–1986-cı illərdə İranın Vatikanda səfiri işləyib. Hadi Xosrovşahi 27 fevral 2020-ci ildə koronavirus xəstəliyindən Qum ostanında vəfat edib.
Məhəmməd Hadi
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı. Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi. Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir.
Sudirman Hadi
Sudirman Hadi (9 mart 1996) — İndoneziyalı atlet. Sudirman Hadi İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sudirman Hadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.77 saniyəlik nəticə ilə 2-ci yeri tutdu və yarım-finala adladı. Bu mərhələdə isə o, 10.70 saniyəlik nəticə ilə 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
İmam Hadi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Əl-Hadi
Əl-Hadi (ər. الهادي) — Allahın adlarından biri.
Hadi Sayi Binəkövül
Hadi Sayi Binəköhl (Farsca:هادی ساعی بنه كُهل) İranda - Azərbaycanın Təbriz şəhəri yaxınlığında yerləşən Baostanava bölgəsinin Qarakövül kəndində, 1976-ci il iyunun 10-da anadan olub. Tehranın Rey (Şabdüləzim) şəhərində böyümüşdür. Hadi Sayı Taekvondo üzrə 2000-ci il Olimpiya oyunlarının gümüş, 2004 və 2008-ci il olimpiya oyunlarının isə qızıl medallarına layiq görülmüşdür. Hazırda Tehran Şəhər Şurasına üzvlük üçün namizəddir. Hadi Sayi 2008-ci il Olimpiya oyunlarında qazandığı qızıl medalı azərbaycanlılara ithaf etmişdir.
Həsən bəy Hadi
Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov (1835, Şuşa – 1900, Qaryagin, Cəbrayıl qəzası) — şair. Həsən bəy Rzaqulu bəy oğlu 1835-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini Mirzə Kərim bəy Hacı Mirzə Məhəmməd bəy oğlundan almışdı. Ticarətlə məşğul idi. Əsasən Qaryagin (indiki Füzuli) şəhərindəki bazarda dükan işlədirdi. 1900-cü ildə Qaryagin (indiki Füzuli) şəhərində vəfat etdi. Bərdə şəhərində İmamzadə gorgahında dəfn edildi. Həsən bəy şair idi. Hadi təxəllüsü ilə şeir yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da deyirdi: "Ağa Həsən bəy Rzaqulu bəy oğlu Qarabağın Şuşa əhalisindən, Hacıyusifli məhəlləsındəndir.
Mirzə Hadi Atlasov
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Məhəmməd Hadi Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Məhəmməd Hadi metrostansiyası
Həzi Aslanov-2 metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y-17. "Həzi Aslanov metrostansiyasına" (qırmızı xətt) birbaşa keçidi olacaqdır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, şair Məhəmməd Hadinin şərəfinə adlandırılmışdır. Planda bu stansiyadan tunelin Şah İsmayıl Xətai metrostansiyasına qədər uzadılması planlaşdırılır. Üstəlik Dərnəgül metrostansiyasına qədər 3 yeni stansiyanın tikintisidə planda vardır. Daha sonra 9 stansiyanın tikintisi ilə Yaşıl xəttin dairəvi forma alması təmin ediləcəkdir. Tikinti işləri 2011-ci ildən aparılır. Ümumilikdə Yaşıl xətdə tikinti işlərini fransız Bouygues Travaux Publics şirkəti aparır. Tikitinin gələcək illərdə bitməsi planlaşdırılır.
Şeyx Hadi Nəcmabadi
Şeyx Hadi Nəcmabadi (1835-1902)—İranda yeni fikrin nümayəndəsi, filosof, müctəhid. Şeyx Hadi 1835-ci ildə Nəcmabadda anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərlərində almışdı. Sonra molla-müctəhid yanında təhsilini davam etdirmişdi. Bəzi ilahiyyatçılar onu Babiməzhəb hesab edirlər. İranda 1906-cı ildə baş vermiş Məşrutə hərəkatında mühüm rol oynamış şəxslərin böyük əksəriyyəti Əfqaninin fikirlərindən ruhlanmış insanlar idi. Şeyx Hadi Nəcmabadi, Mirzə Yəhya Dövlətabadi və Mələk-ül-mütəkəllimin belə şəxslərdən idilər. Rəbbani İslam alimləri həmişə xalq arasında olub, yoxsullarla bir süfrədən yeyib. Şeyx Hadi Nəcmabadi haqqında nəql olunan hekayət varlılarla, vəzifəlilərlə ünsiyyətə meylli din xadimlərinə yaxşı ibrətdir. Şeyx Hadi Nəcmabadi 1902-ci ildə Tehranda vəfat edib.
Əl-Hadi (ad)
Əl-Hadi — ad. Əl-Hadi — Allahın adlarından biri. Əl-Hadi (xəlifə) — 4-cü Abbasi xəlifəsi. Əl-Hadi Laameçe — Əlcəzairli marafonçu.
Əl-Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Əl-Hadi Laameçe
Əl-Hadi Laameçe (5 mart 1990) — Əlcəzairli marafonçu. Əl-Hadi Laameçe Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əl-Hadi Laameçe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Əbül Rəbbuh Mənsur Əl Hadi
Əbül Rəbbuh Mənsur (1 sentyabr 1945[…], Abya mühafazası[…]) ㅡ Yəmənin 2-ci prezidenti. Hadi 1994-2012 ci illər ərzində vitse prezident olub. Həmçinin indi siyasətçi və Yəmən Hərbi İttifaqının Feldmarşalıdır. Hadi 1945-ci ildə Yəmənin Əbyan mühafəzəsinin cənubundakı Tükayin şəhərində anadan olmuşdur. 1966-cı ildə Cənubi Ərəbistan Federasiyasındakı hərbi akademiyanı bitirib. 1966-cı ildə İngiltərədə təhsil almaq üçün hərbi təqaüd aldıqdan sonra məzun oldu, lakin İngilis dilində danışmadığı üçün iştirak edə bilmədi. 1970-ci ildə Misirdəki tankları öyrənmək üçün başqa bir hərbi təqaüd aldı. Hadi sonrakı dörd ili Sovet İttifaqında hərbi rəhbərliyi öyrənməyə sərf etdi. 1986-cı ildəki hakim Yəmən Sosialist Partiyasının Ali Nasir fraksiyasından sonra Cənubi Yəmənin prezidenti Əli Nasir Məhəmmədlə birlikdə Şimali Yəmənə qaçdıqdan sonra Cənubi Yəmən ordusunda bir neçə hərbi vəzifə tutdu. Hadi Ədən Təcili Yardım zamanı aşağı bir rol oynadı.
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət (1931, Kərbəla – 19 yanvar 2007) — İslam alimi. 1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır. Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır. Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır. O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır. Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. Hadisə yerinə xüsusi təyinatlıların iki avtobusu gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Qədirovun üstündən tutumu qırx və yetmiş bir patron olan 3 ədəd patron darağı və iki ədəd maqazin götürülüb.
Azərbaycan dili dialektlərində fonetik hadisə və qanunlar
Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür: 1.Ahəng qanununa ciddi riayət olunan şivələr 2.Ahəng qanununun tez-tez pozulduğu şivələr 3.Ahəng qanunu bəzi hallarda pozulan şivələr Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım. Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir. Bu şivələr də ahəng qanunu həm söz köklərində, həm də şəkilçilərdə pozulur. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: gidax, gəlmax, günnux, dedıx və s. Bakı şivəsində əksər hallarda qalın saitli sözlərə incə saitli şəkiləilər əlavə olunur: alaceg, almeg, almani və s.
Bella Hadid
İzabella Xair Hadid (ing. Isabella Khairiah Hadid; 9 oktyabr 1996, Vaşinqton) — Fələstin əsilli amerikalı model. Bella Hadid Kaliforniya ştatının Los -Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olmuşdur. Model müsahibəsində" Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi,həmişə çox dindar idi və bizimlə birlikdə dua edirdi, müsəlman olduğum üçün qürur duyuram "dedi. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var.Hadidin həmçinin atasının əvvəlki evliliyindən Mariel və Alana adlı 2 bacısı var. Yeniyetmə ikən Bella Hadid atçılıq idmanında uğur qazandı və 2016 -cı ildə Rio -de -Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırdı, lakin sonradan sağlamlıq səbəbiylə məşq edə və yarışa bilmədi. Həkimlər qıza gənə dişləməsinin səbəb olduğu lyme xəstəliyi diaqnozu qoydular. Anası Yolanda və qardaşı Ənvər də eyni xəstəlikdən əziyyət çəkirlər. Ancaq qız təslim olmadı və 2014 -cü ilin payızında Nyu -Yorka köçdü. Burada fotoqrafiya ilə məşğul oldu.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Boraltan hadisəsi
Boraltan hadisəsi və ya Boraltan faciəsi — 1944-cü ildə 100-dən çox azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən güllələnməsi ilə nəticələnən hadisə. 1951-ci ildə Ədalət Naziri Rüknəddin Nasuhioğluna TBBM-də deputatlardan Şevket Mocanın "Müxtəlif tarixlərdə ölkəmizə siyasi sığınacaq hüququna əsaslanaraq gəlmiş (156) qaçqının 1947-ci ildə dövlətlərarası hüquq qaydalarına zidd olaraq Sovet İttifaqına verildiyi düzdürmü?" şəklindəki sualına cavab olaraq bildirmişdir. Sualın davamında Şevket Mocan əlavə etmişdir: "Faciə qurbanlarının göndəriş forması da qurban göndərilən məbudların qaydlarına uyğun olmağına və aqibətlərini görməyi səbəbindən, təhvil-təslim prosesində vəzifəli olan, ehtiyyatda olan zabit, Poçt Müfəttişi Rəşadın əsəb pozğunluğu yaşadığı və psixi dispanserlərdən birində hələ də müalicə aldığı düzdürmü?" Nazir cavabında, Daxili İşlər, Xarici işlər və Müdafiə Nazirliklərindən əldə edilən rəsmi mənbələrə əsasən, "23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya qarşı Türkiyənin müharibə elan etməyinə görə müttəfiqlərimizdən birinə çevrilən Sovet İttifaqının 22 may 1945-ci il tarixli müraciətinə görə Almaniya və ya Yaponiyaya müharibə elan etdiyimi tarixdən etibarən Türkiyəyə sığınmış bütün Sovet hərbçilərinin qarşılıqlı olaraq geri verilməyini təklif etmişdir. Nazirlər kabinetinin 1945 may 3/2563 tarixli qərarı ilə yalnız hərbçilərin qarşılıqlı olmaq təhvil verilməyinə razılıq vermişdir. Bu əsasla, 6 avqust 1945-ci ildə Türkiyədəki 237 sovet hərbçisinin 195-i Tıhmıs sərhəd keçid məntəqəsindən Sovet İttifaqına təhvil verilmişdir. Lakin, Sovet Rusiyasının, oraya sığınmış 1 zabit və iki əsgərimizin "izləri tapılmamışdır" deyilərək təhvil verilmədiyindən, ilk təhvil zamanı qaçan və digər hərbçilərin təhvilin vaz keçilmişdir. Bundan sonra Nazirlər Kabineti 1 sentyabr 1947-ci ildə qərara almışdır ki, Yozgatdakı düşərgə ləğv edilsin və düşərgədəki Türk əsilli insanlara istədikləri təqdirdə Türkiyə vətəndaşlığı verilərək azad edilsin. Ənvər Anar (Ənvər Qazıyev) və Kadri Başaran (Adəm Qardaşbəyli) adlı iki şəxsin ilk göndərişdəki 195 nəfərin arasında olduğu müəyyən edilmişdir. Bu cavab qarşısında Şevket Mocan təkrar çıxış edərək "Ənvər və Adəm adlı iki azəri zabitin əvvəllər Qızıl Orduda xidmət etdiklərini, lakin əsillərini unutmadıqlarını və sovet əqidəsini qəbul etməyərək Almaniyaya qaçmış, uzun müddət oarada yaşamış, lakin daha sonra Türkiyəyə sığınmışlar. Onlar Konya millət vəkili Ziyad Ebüzziyanın qayınlarıdır.
Buludlarda optik hadisələr
Buludlarda optik hadisələr — Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir. Bu böyük bir rəngarəng qövs olan bir hadisədir .Onun xarici hissəsi qırmızı rəngə boyanıb və 42° radiusa malikdir.Daxili hissəsi bənövşəyidir.Onlar ara sında dalğa uzunluğa müvafiq olaraq narıncı,sarı, yaşıl, mavi və göy rəng yerləşir.Əsas göy qurşağının xarici tərəfində tez–tez rəngləri əksinə yerləşən ikinci göy qurşağıda müşahidə olunur.Dağlarda və ya uçuş hündürlüklərindən müşahidələrdə bəzən göy qurşağını demək olar ki,tam dairə şəklində müşahidə etmək mümkün olur.Göy qurşağı günəşin qarşı tərəfində bulud olduqda və yağış düşdükdə meydana gəlir.Onun yaranması günəş işığı yağış damcılarından keçən zaman onun ayrı–ayrı şüalara parçalanması ilə əlaqədardır.Göy qurşağında rənglərin inkişafının intevsivliyi və eləcə də müvafiq zolaqların eni müxtəlif olurlar və su damcılarının ölçülərindən asılıdır.Damcıların ölçülməsi nə qədər böyükdürsə bir o qədər göy qurşağı parlaq və dardır.Əksinə, damcıların ölçüləri nə qədər böyükdürsə,bir o qədər göy qurşağı çox geniş və tutqundur. Göy qurşağı adətən elə yağışda müşahidə edilir ki,orada damcılar bərabər və bir-birini əvəz etməklə işıq təəssüratını yeniləşdirməklə düşür.Parlaq göy qurşaqları olduqca tez-tez topa-yağış buludlarından düşən iri damcılı leysan yağışlarında müşahidə edilir .Göy qurşağı nəinki düz günəş şüalarından, həmçinin əks olunan şüalardan da meydana gələ bilər.Bu hallarda bir neçə göy qurşağı qövsünü müşahidə etmək olar. Həm də onların bəziləri qeyri-adi tərsinə alt-üst görünür.Bu cür hadisələri dəniz,körfəzlərin, böyük çayların və göllərin sahilində müşahidə etmək olar.Çox zəif göy qurşağını bəzən gecə yağışdan sonra bulud arxasından ay göründükdə də müşahidə etmək olar. Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir. Günəş və ya ay tez-tez taclar adı daşıyan parlaq üzüklərlə əhatə olunur.Onıar bilavasitə işıq mənbəyinin diskinə bitişirlər və daxildəki göydən xaricindəki qırmızıya qədər bir-birini əvəz edən rəngli dairələr şəklində təqdim edirlər.Taclar nazik yüksək topa buludlarla müşahidə olunur və buludların su damcıları və ya çox kiçik kristallar tərəfindən işığın difraksiyası tərəfindən meydana gəlir.Difraksiyanın mahiyyəti isə ondan ibarətdir ki, işıq kiçik kristallar tərəfindən işığın difraksiyası nəticəsində meydana gəlirlər. Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır.Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarənin kölgəsi ətrafında müşahidə olunur.Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar.Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir.Ona görə də buzlaşma zəif intensivlik ola bilər. Yüksək-topa və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçik və bircinsli olduğunu göstərir.
Buçuktəpə hadisəsi
Buçuktəpə hadisəsi (Türkcə: Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı. Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.
Culhamia hadiensis
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Dyatlov Keçidi hadisəsi
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Elektromaqnit hadisəsi
Fantana Alba hadisəsi
Fantana Alba hadisəsi başqa adı ilə Fantana Alba qətliamı (rum. Masacrul de la Fântâna Albă) — 1 aprel 1941-ci ildə Ukrayna SSR-i Çernovit vilayətinin Belaya Krinitsa (rum. Fântâna Albă) kəndində baş vermiş faciə. Rumıniya və Moldova hakimiyyətlərinin bəyanatlarına görə, SSRİ və Rumıniya dövlətlərinin sərhədini keçməyə cəhd edən 3000 nəfər sovet sərhədçiləri tərəfindən güllələnmişdir. DTK arxivlərinin rəsmi məlumatlarında yalnız 48 nəfər öldürülən vətəndaşdan bəhs edilir, lakin Rumıniya hakimiyyəti sağ qalan şahidlərin ifadələrinə əsaslanaraq, XDİK-in həyata keçirdiyi kütləvi həbslər və deportasiyaların xüsusilə qəddar üsullarla həyata keçirildiyini iddia etmişdir. 1940-cı ilin iyun ayında əvvəllər Rumıniyanın tərkibində olan Bessarabiya və Şimali Bukovina SSRİ dövlətinə birləşdirildi. Rumıniya dövlətinin hərbi və siyasi rəhbərliyi sonradan Sovet Moldaviyasının tərkibinə daxil olan torpaqları tərk etmək məcburiyyətində qalmışdır. Ailələrin bəziləri sovet vətəndaşlığını alaraq tamamilə SSRİ ərazisində qaldı, lakin bəzi ailələr yeni sərhədlə ayrıldı. Bununla əlaqədar bir çox ailə üzvləri həm sovet, həm də Rumıniya sərhədçilərinin icazəsi ilə, həm də bu icazə olmadan sərhədi keçməyə cəhd etmişdilər. Sovet-Rumıniya sərhədinin mühafizəsi Çernivtsidən 7,5 km cənubda olan hissəyə nəzarət edən XDİK-ın 97-ci Çernivtsi sərhəd dəstəsi tərəfindən həyata keçirilirdi (İkinci Dünya müharibəsinin əvvəlində Rumıniya və alman qoşunlarına qarşı ilk döyüşləri də aparmışdır).
Fiziki hadisələr
Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Gigi Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Gümülcinə hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Gürcüstan hadisəsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Gəncə hadisələri (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Gərgər (Hadişəhr)
Gərgər — Hadişəhrin cənub qisminin tarixi adıdır, şimalı hissəsi isə Ələmdar adlanır. Hadişəhr bu iki məntəqənin birləşməsindən yaranıb. Həmdullah Qəzvini Nüzhətül-qülub kitabında (xüsusilə 85, 102 səhifələrində) bu şəhəri Azərbaycanın beş böyük və abad şəhərlərinin sırasında gətirib: Bərdə, Ordubad, Naxçıvan, Gərgər və Ucan.
Halo (atmosfer hadisəsi)
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild

Digər lüğətlərdə