Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baburlu
Baburlu — İrəvan xanlığının Talın mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
Haputlu
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Hopurlu
Hopurlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Hopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. == Tarixi == Hopurlu Kəlbəcər rayonunun Zəylik inzibati ərazi vahidində kənd. Qarabağ yaylasındadır. Toponimin kürd mənşəli Şeylanlı tayfasının hopurlu tirəsinin adından olduğu ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Hopur Huseyn adlı Şəxs saldığına görə belə adlandırılmışdır. Copurlu variantında da qeydə alınmışdır.
Qoturlu
Qoturlu (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində kənd. Qoturlu (bulaq) — Kəlbəcər rayonu ərazisində mineral bulaq. Qoturlu — Masallı rayonu ərazisində mineral bulaqlar.
Samurlu
Samurlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Toponim qədim türk mənşəli samur etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin artırılması ilə düzəlib, "samur tayfasına mənsub yer" deməkdir. Qədim türkmənşəli Samur tayfasının adını əks etdirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarapat qoyulmuşdur. Azərbaycan-Dağıstan sərhəddində Samur çayının (İlk dəfə çayın adı 1386-cı ildən mə’lumdur) adı ilə mənşəcə eynidir.
Çamurlu
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Aşurlu
Aşurlu — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1956 nəfərdir.
Haxulu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
ASPA Patrulu
Aspa Patrulu (isp. Patrulla ASPA) — İspaniya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 5 ədəd Eurocopter EC120 Colibri helikopteri istifadə olunur. == Tarixi == Komanda 23 sentyabr 2003-cü ildə qurulmuşdur. İlk aviaşou 16 may 2004-cü ildə baş tutmuşdur. Komandanın ölkə kənarlarındakı ilk debütü 2005-ci ildə Portuqaliyada baş tutmuşdur.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
Qoturlu (Kəlbəcər)
Qoturlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 147 evdə 814 şiə kürd yaşayırdı.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qotursu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
Çamurlu (Qars)
Çamurlu — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 227 nəfərdir (2022).
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
İsveçrə Patrulu (aerobatika eskadronu)
İsveçrə Patrulu (fr. Patrouille Suisse) İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1964-cü il 22 avqust tarixində qurulmuşdur. Uçuşlar üçün Northrop F-5 təyyarələri istifadə olunur. 2016-cı ilin iyun ayında Leuwarden aviabazasında təşkil edilən hava şousunda havada toxunuş baş verib, pilot katapult edərək qurtulub. 15 iyun 2023-cü il tarixində təlim zamanı komandanın 2 təyyarəsi hava bir-birinə toxunub, təyyarələrdən birinin burnu qoparaq evin fasadına dəyib. Təyyarə qəza enişi edə bilib.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.