HORN

horn1

n 1. buynuz; 2. kerenay, şeypur, sümsü; huntsman’s ~ ovçu sümsüsü; to blow / to wind the ~ sümsü çalmaq; 3. fit, fıştırıq, sirena (siqnal düdüyü), 4. buynuzdan düzəldilmiş qədəh; 5. diş, xillə, qılınc (filin); 6. zool. böcəklərdə hiss orqanı, bığcıq;

◊ to take the bull by the ~s qəti hərəkət etmək, əsas məsələnin həllindən yapışmaq

horn2

v 1. buynuzlamaq, buynuz vurmaq; 2. buynuzu kəsmək; to ~ cattle malın buynuzunu kəsmək; 3. əyib buynuz formasına salmaq (bir şeyi)

HORMONIC
HORN BLOWER
OBASTAN VİKİ
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
Uwe Ludwig Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Yalançı Horn burnu
Yalançı Horn burnu (isp. Falso Cabo de Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi. Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər. Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir. Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir. Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
Hornblend
Hornblend — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Mineraləmələgətirən komponentlərin miqdarının dəyişkənliyindən asılı olaraq çoxsaylı növ müxtəliflikləri vardır. == Xassələri == Rəng – açıq-yaşıldan tünd-yaşıla- və qarayadək; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı yaşıl; Parıltı – şüşə, ipəyi (asbestdə); Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 2,91-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar; asbestəoxşar əmələgəlmələrdə – tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, sütunvari, bəzən izometrik; İkiləşmə: {100} üzrə; sadə və polisintetik; Mineral aqreqatları: dənəvər, çubuq- və yelpikvari, şüalı, lifli, naziklifli kütlələr, avqit yaxud diopsid üzrə uralit adlanan psevdomorfozalar. == Mənşəyi və yayılması == Maqmatik hornblend intruziv süxurlarda – siyenit, diorit, qranodioritlərdə geniş yayılmışdır. Peqmatitlərdə də qeyd edilir. Mineralın bazaltik hornblend adlanan növ müxtəlifliyi əsasən effuziv süxurların tərkibində iştirak edir. Məxsusi amfibol süxurlarının – amfibolitlərin əsas süxurəmələgətirən mineralı və epidot-amfibol və qlaukofan şistlərinin mühüm tərkib hissəsi olan hornblend başqa metamorfik süxurlarda – qranulit, qneys və ekloqitlərdə də geniş yayılmışdır; Hornblendin yığınları kontakt-metasomatik əmələgəlmələrdə də qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qranat, epidot, hedenbergit, kalsit, xlorit, maqnetit, kvars və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır.
Horner-Vadsvort-Emmons reaksiyası
Horner-Vadsvort-Emmons reaksiyası — Horner qrupunda aşkarlanan və altmışıncı illərin əvvəllərində Emmons qrupu tərəfindən inkişaf etdirilən reaksiya son illərdə çox populyarlıq qazandı. HVE reaksiyası- karbonil birləşmələrin (aldehidlər, bəzi ketonlar) alkilfosfan turşuların dialkil efirləri ilə qüvvətli əsasların iştirakında qarşılıqlı təsirindən alınan olefinlərin istehsalı deməkdir. Reaksiya yüksək seçiciliklə əvəz olunmuş trans-akril turşularının alınmasına imkan verir. Bu reaksiyanın üstünlüyü ondadır ki, yüksək dərəcədə stabil və asanlıqla əldə olunan beşvalentli fosfor birləşmələrindən istifadə olunur. Fosfonatlardan alınan karbonionlar, Vittiq reaksiyasında istifadə olunan fosfor ilidlərdən daha çox nükleofil və reaksiya qabiliyyətlidir. Aralıq məhsullar kimi reaksiya nəticəsində yaranan dialil fosfonatlar su ilə işlədikdə asanlıqla xaric olunur. Sxem və mexanizm: saslar = BuLi, NaH, tert-BuOK, LiCl, NaNH2 ilə DBU. həlledicilər = THF, benzol, asetonitril, 1,2-dimetoksietan (DME). Elektron stereoelektivlik reaksiya şərtlərindən asılı olaraq çox dəyişir və aşağıdakı aralıqlarda artır: Aldehid üzərində əvəzedicilərin artması ilə Artan temperaturla (23 ° C> −78 ° C) Li> Na> K duzu DME> THF Reaksiya mexanizmi yaxşı anlaşılmamışdır. Bütün mərhələlərin əhatə edildiyi güman olunur: bir fosfonatdan anionun yaranması, bir karbonil birləşməsinə əlavə edilməsi, ardınca fosfetana qədər aralıq tsikliləşmə və son olaraq bir alkenə aparan diaklil fosfonatın xaric edilməsi (Vittiq reaksiyasına bənzər). == Mənbə == L.; Hoffmann, H. M. R.; Wippel, H. G. Chem.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. == Əlamətlər == Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) == Əmələ gəlmə səbəbləri == Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. == Patogenezi == Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Hornschuchiaceae
Annonakimilər (lat. Annonaceae) — bitkilər aləminin maqnoliyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Karen Horni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.
McDonnell Douglas F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
Phytoseius hornus
Phytoseius hornus (lat. Phytoseius hornus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius hornus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pinus nigra f. hornibrookiana
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Şarlott Hornets
Şarlott Hornets — Şimali Karolina ştatının Şarlott şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Hudson Hornet
Hudson Hornet — 1951-ci ildən 1954-cü ilə qədər, Nash-Kelvinator və Hudson American Motors Corporation (AMC) yaratmaq üçün birləşdiyi zaman , Detroit, Michigan Hudson Motor Car Company tərəfindən istehsal olunan tam ölçülü avtomobil. Hudson avtomobilləri 1957-ci model ilinə qədər Hudson markası altında satılmağa davam etdi.
Bencamin Horniqold
Bencamin Horniqold (ing. Benjamin Hornigold; 1680, Norfolk qraflığı – 1719) — XVIII əsrdə yaşamış ingilis piratı. Onun pirat fəaliyyəti 1715-ci ildən 1719-cu ilə qədər davam etmiş və sonradan pirat ovçusu olmuşdur. Horniqold Baham adaları qubernatorunun əmri ilə keçmiş silahdaşlarını təqib etməyə başlamışdır. Onun gəmisi 1719-cu ildə tropik musson zamanı rifə çırpılmış və hadisə nəticəsində həlak olmuşdur. O, Edvard Tiç (Qarasaqqal) ilə yaxından tanış idi.
Viola hornemanniana
Viola elatior (lat. Viola elatior) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola canina subsp. elatior (Fr.) Wigand Viola montana var.
Hornera
Neolitsea (lat. Neolitsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Tetradenia Nees === Heterotipik sinonimləri === Bryantea Raf. Hornera Jungh.
Hornungia
Hornungia (lat. Hornungia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Digər lüğətlərdə