Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böhran
Böhran (q.yun. κρίσις — dönüş nöqtəsi, qərar) — keçid başlanğıcı, dönüş nöqtəsi, dönüş, gözlənilməz nəticələr dövrü.Böhran gizli münaqişələrin partlamasıdır. İnqilablar bir qayda olaraq böhran dövründə baş verir. Böhranlar iqtisadi böhran, maliyyə böhranı, enerji böhranı, demoqrafik böhran, siyasi böhran, psixoloji böhran formasında olur. == Ekoloji böhran == Bəşər inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu olay yəni prosses XX əsrdən bu günə kimi təkrarlanmışdır. Avtomobillərdən çixan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondisonerlər, toz və.s dünyamızı ciddi bir şəkildə məhv edir. Ekoloji halın dözülməz hala gəlməsi ozon qatinin məhvi zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərər verən şüaları, hava çatışmamazlığı oksigen qazının çoz azalması, təbii fəlakətlərin artması və bunlardan doğan çətinliklərdir. Həyatda insan ömrünün qisalması, səhhətinin pozulması, yaşamaqvə işləməyin çətinləçməsi.
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Aqrar böhran
Aqrar böhran — kənd təsərrüfatında ifrat istehsal böhranı. Satılmış kənd təsərrüfatı malları ehtiyatının artması, fermerlərin bu mallara qoyduğu qiymətin aşağı düşməsi, tələbat olmayan kənd təsərrüfatı mallarının bir sıra hissəsinin məhvi, fermerlərin xalis gəlirinin azalması, xırda və orta kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi və ekspropriasiyası prosesinin sürətlənməsi, aqrar əhali artıqlığının güclənməsi (gizli işsizliyin artması) və kənd təsərrüfatı fəhlələrinin əmək haqqının azalmasında təzahür edir. Kapitalizmin inkişafı ilə əlaqədar kənd təsərrüfatında təkrar istehsal prosesi sənayedə təkrar istehsal prosesi ilə sıx əlaqələnir. Buna görə də başqa sahələr kimi, kənd təsərrüfatı da ümumi iqtisadi böhranın zərbələrinə məruz qalır. Kapitalist kənd təsərrüfatına məxsus spesifik aqrar böhran da var. Bu böhranlar on illərlə uzanır. Məsələn, 1873-cü il sənaye böhranı ilə birlikdə başlayan Qərbi Avropa, Rusiya, sonralar isə ABŞ-ni bürüyən aqrar böhran gah güclənmək, gah da zəifləməklə 1890-cı illərin ortalarınadək uzanmışdır. Birinci və İkinci Dünya müharibələri arasında və İkinci Dünya müharibəsindən sonrakı aqrar böhranları da (ABŞ, Kanada, Avstraliya və s.-də) uzunmüddətli olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Т. Нефедова.
Böhran (qrup)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Böhran (təşkilat)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Böhran sıxlığı
Böhran sıxlıq kosmik sıxlığn elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır. == Hesablanması == Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρ b {\displaystyle \rho _{b}} qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir: ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}} Burada G {\displaystyle G} - cazibə sabitidir. == Qiyməti == Sabitlərin qiymətlərini nəzərə almaqla hesabladıqda böhran sıxlığı ρ b = 4 , 5 ⋅ 10 − 29 q / s m 3 {\displaystyle \rho _{b}=4,5\cdot 10^{-29}q/sm^{3}} Böhran sıxlığının bu qiymətində hər 1 s m 3 {\displaystyle 1sm^{3}} həcmdəki nüvə zərrəciklərinin sayı 2 , 7 ⋅ 10 − 5 {\displaystyle 2,7\cdot 10^{-5}} qədərdir. Yəni vahid litr həcmə 0,0027 nüvə zərrəciyi 1000 litr həcmə isə 2-3 nüvə zərrəciyi düşür. Sıxlığın və ya nüvələrin sayının bu qiyməti fiziki vakuumun qiymətlərinə yaxındır.
Böyük böhran
Böyük böhran (ing. Great Depression) — 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı. Amma dünya 1945-ci ilə qədər böhrandan çıxırdı. Buna görə 1930-cu illər bütovlükdə Böyük böhran dövrü hesab edilir.Böyük böhran ABŞ-yə, Kanadaya, Böyük Britaniyaya, Almaniyaya və Fransaya ən güclü toxundu, amma başqa dövlətlərdə də hiss olunurdu. Ən yüksək dərəcə sənaye şəhərləri zərər çəkdi, ölkələr bir sıra tikintini praktik olaraq qurtardı. Ödəmə qabiliyyəti olan tələbatın ixtisarına görə, kənd təsərrüfatı məhsuluna qiymətlər 40–60% düşdü. == Səbəblər == İqtisadçılar Böyük böhranın səbəbləri haqqında ümumi fikirə gəlmiyiblər. Bir sıra nəzəriyyələr bu məsələdə mövcuddur: Keynsian izahati — pul kütləsinin çatışmazlığı. O zaman pul qızıl ehtiyata bağlanmışdı, bu pul kütləsini məhdudlaşdırırdı. Eyni zamanda istehsal artırdı, əsrlərin sərhədində malların belə yeni görünüşləri çıxdı, avtomobillər kimi, təyyarələr, radio.
II Söhrab
Söhrab Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == Söhrab Təbəristanı Dabuyilərin vassalı olaraq idarə edirdi. Xurşid Dabuyinin ölümündən sonra Söhrab da müstəqil olmuşdu. Söhrab bundan sonra Abbasilərə tabe olmuş və 772-ci iləcən hökm sürmüşdü. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
I Söhrab
Söhrab Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == Valaxş Karen 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. 717-ci ilə qədər hakimiyyətdə olmuş, yerinə oğlu Mehr Mərdan keçmişdir. Fərimdə saray ucaltdırmışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3. Madelung, W. (1984).
Kelli Rohrbak
Kelli Rohrbak (ing. Kelly Rohrbach; 21 yanvar 1990, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa və model. == Həyatı == Rohrbach Nyu-Yorkda anadan olub və Konnektikut ştatının Qrinviç şəhərində böyüyüb. Onun anası Anne (née Wholly) və atası Klay Rohrbak maliyyəçidir. Rohrbak Qrinviç Akademiyasında təhsil alıb. Qrinviçdə qolf oynadı və Corctaun Universitetinə atletika təqaüdü qazandı. O, 2012-ci ildə Corctaun Universitetinin teatr ixtisasını bitirdi və akrisalıq üçün London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil oldu. == Karyerası == Rohrbak Two and a Half Men, The New Normal, Rizzoli & Isles, Broad City, və Rush teleseriallarında kiçik rollar alıb.Hollivudda iki il fəalliyyət göstərdikdən sonra Rohrbak mankenliyə başlayıb. Həmçinin 2017-ci ildə ən çox tanınmağına səbəb olan film Malibu Xilasediciləri filmində C. J. Parker rolunu canlandırdı. == Şəxsi həyatı == Rohrbak 2015-ci ildə aktyor Leonardo DiKaprio ilə görüşürdü.
Kirkor Zohrab
Kirkor Zöhrab Əfəndi (Գրիգոր Զոհրապ; 26 iyun 1861[…], Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 2 avqust 1915, Şanlıurfa, Şanlıurfa ili, Osmanlı imperiyası), Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas. Erməni Krımının başlanğıcında İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilmiş və mühakimə olunmaq üçün Diyarbəkirdəki hərbi məhkəməyə göndərilmişdir. Səfər əsnasında 15–20 iyul 1915-ci ildə Urfa yaxınlığındakı Karaköprüdə Çerkez Əhməd, Xəlil və Nazım başda olmaqla bir qrup quldur tərəfindən öldürüldü. == Həyat == 26 iyun 1861 ilində İstanbulun Beşiktaş səmtində anadan olub. İbtidai məktəbə 1867-ci ildə mahalın Makruhyan erməni məktəbində başlayıb. 1870-ci ildə atasının ölümü və anasının yenidən evlənməsindən sonra Ortaköy mahalına köçdü və burada Tarkmançats Erməni Məktəbində oxudu.1873-cü ildə Tarkmançats məktəbi maliyyə çətinliklərinə görə bağlandıqda, o, Katolik Lusaroviç Məktəbinə keçdi. 1876-cı ildə Qalatasaray Mekteb-i Sultani Mühəndislik Bölməsinə daxil oldu. İlk məqalələri 1878-ci ildə Ermənistanın Lrakir Qəzetində dərc olunub. 1879-cu ildə inşaat mühəndisi diplomu ilə bitirdi. 1880-ci ildə ögey atası vəkil Avedis Yordamyanın ofisində ona kömək etməyə başladı və Qalatasaray Sultanisi Hüquq Fakültəsinə daxil oldu.
Kotrak xan
Kotrak xan (bolq. Котраг, tatar. Көдрә - qıvırcıq, qıvrım çuvaş Katra Pattar) -Kubrat xanın oğlu, İdil Bulqar dövlətinin qurucusu.
Kərimov Zöhrab
Kərimov Zöhrab Azad (14.08.2003–12.09.2022) — Azərbaycanlı şəhid == Həyatı == Zöhrab Azad oğlu Kərimov Biləsuvar rayonuna dünyaya göz açıb. == Hərbi xidməti == Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb. Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib. Zöhrab Kərimov 6 ayın əsgəri idi.
Söhrab Arabov
Söhrab Əfəndi oğlu Arabov – Azərbaycan teatr təssamı, 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü. 2002-ci ildə quruşuçu rəssam olduğu teatr tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2010-cu ilin dekabr ayında Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir. == Həyatı və fəaliyyəti == 1974-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamdır. Müxtəlif illərdə (1990, 1991, 1994) Azərbaycan Mədəniyyət Nazirliyini tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı "Mona Liza" (1995), İstanbuldakı "Bilim", (1997) qalereyalarının, Bakıdakı "Səttar Bəhlulzadə" qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində iştirak edib. Rəssamın əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalardadır. 2010-cu illin 20 dekabr – 28 dekabr tarixləri arasında isə Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir. Bu sərgidə Söhrab Arabovun avanqard üslubda, yağlı boya ilə kətan üzəridə işlədiyi 55 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında Mədəniyyət Nazirliyinin bir sıra rəsmiləri, bəzi xarici ölkə səfirliklərinin işçiləri, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə və digər şəxslər iştirak etmişlər.
Söhrab Sepehri
Söhrab Sipehri (7 oktyabr 1928, Kaşan, İsfahan ostanı – 21 aprel 1980, Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir. == Həyatı == Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş.
Söhrab Sipehri
Söhrab Sipehri (7 oktyabr 1928, Kaşan, İsfahan ostanı – 21 aprel 1980, Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir. == Həyatı == Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Söhrab İbrahimov
Söhrab Mirqəzənfər oğlu İbrahimov (1943, Dəvəçi rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1982–1989), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı. == Həyatı == Söhrab Mirqəzənfər oğlu İbrahimov 1943-cü ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1961-ci ildə orta məktəbi, ardınca 11№-li Şəhər Texniki Peşə Məktəbinin elektrik çilingərliyi kursunu bitirmişdir.1959-cu ildən sovxozlar trestində fəhlə, cihazçı, çilingər işləmişdir. 1968-ci ildən 5 nömrəli Bakı ayaqqabı fabrikində fəhlə, dispetçer, sex rəisi olmuşdur. 1972-ci ildən fabrikin direktor müavini, 1973-cü ildən isə direktoru, 2 nömrəli ayaqqabı fabriki direktorunun müavini vəzifələrində çalışmışdır. İstehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1977-ci ildən Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1979-cu ildən Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Yüngül sənaye və yeyinti məhsulları sənayesi şöbəsinin müdiri olmuş, 1982-ci ildən Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsində çalışmışdır. Sonralar isə SSRİ-nin Türkiyə Cümhuriyyətindəki Baş konsulu olmuşdur.Söhrab İbrahimov 1971-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı və Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
Söhrab Əsgərov
Söhrab Əsgərov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Söhrab Telman oğlu Əsgərov 1972-ci il aprel ayının 1-də Azərbaycan Respublikasının Laçın rayonunun Arduşlu kəndində anadan olmuşdur. Bakı dəmir yol texnikumunu bitirib. 1991-ci il dekabr ayından Biləcəri vaqon deposunun vaqon yiğma sexində çilingər işləyirdi. Doğma yurd-yuvasını erməni işğalçılarından qorumaq niyyəti ilə 1992-ci il iyun ayının 22-də könüllü olaraq Azərbaycanın Milli Ordusuna getmişdir. Füzuli, Qubadlı, Laçın və Ağdərənin geri alınmasında gedən döyüşlərdə böyük şücaət göstərərək xeyli sayda erməni əsgərini məhv etmişdir. Söhrab Əsgərov 1994-cü il yanvar ayının 11-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşlarını mühasirədən çıxarmaq üçün girdiyi qeyri-bərabər döyüşdə bir neçə erməni əsgəri ilə üz-üzə gəlmiş, son patronuna qədər vuruşmuş və sonda əsir düşməmək üçün əl qumbarası ilə onları və özünü partladaraq şəhid olmuşdur.Subay idi. Ağdərə rayonunda dəfn edilmişdir.
Yodrak Salakcay
Yodrak Salakcay (tay ยอดรัก สลักใจ; 6 fevral 1956, Tafan Xin rayonu[d], Pxiçit[d] – 9 avqust 2008, Banqkok) – Tailand musiqiçisi.
Zöhhak Abbasov
Abbasov Zöhhak Yaqub oğlu (10 aprel 1939, Sarov, Qasım İsmayılov rayonu – 1 mart 2019) — Azərbaycan alimi, texnika elmləri doktoru (1989), professor (2012), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Zöhhak Abbasov 10 aprel 1939-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası Dağ mühəndis ixtisası üzrə bitirmişdi. == Əmək fəaliyyəti == Zöhhak Abbasov 1965-ci ilə qədər Xəzəryanı geoloji kəşfiyyat ekspedisiyasında (Qazaxıstan) operator, böyük geoloq, baş geoloq işləyib. 1965–1975-ci illərdə "Qaradağ-neft" NQÇİ nəzdində Elmi-tədqiqat istehsalat işləri sexinin elmi-tədqiqat laboratoriyasında mühəndisdən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir.Zöhhak Abbasov 1997-ci ildən ABŞ-nin Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Alim cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olmuş, 2000-ci ildən cəmiyyətin Azərbaycan bölməsinin vitse-prezidentidir. O, 1997–1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsini icra etmişdi. Eyni zamanda respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi. == Elmi fəaliyyəti == Zöhhak Abbasov 1969–1973-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aspirantı olub. 1973-cü ildə "Su-neft emulsiyalarının yaranma mexanizminin və onların fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Zöhhak qalası
Zöhhak qalası – İranın Şərqi Azərbaycan ostanında, Marağa – Miyanə yolunun kənarında yerləşən antik və erkən orta əsrlər dövrünə aid qala-şəhər. İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya dövrünə aiddir. Bu təpə e.ə. II – I minilliklərə aid olan məskən izlərini saxlamış çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir.
Zöhrab Abbasov
Zöhrab Abbasov (tam adı: Zöhrab Heydərəli oğlu Abbasov; 26 fevral 1970, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1970-ci il fevralın 26-sı Bakıda anadan olmuşdur. 6 yaşında vərəm xəstəliyinə tutulmuş, 7 yaşında artıq hər iki valideynini itirmişdir. Bu səbəbdən də, əvvəlcə Pirşahı internatında böyümüş, sonralar isə nənəsi ilə birgə yaşamışdır. Vərəm xəstəliyi olduğu üçün Zöhrab heç yerdə işləməmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u bacısı Mehribanın yanına Yasamala getmişdir, orada ona özünü yaxşı hiss etdiyini, həkimlərin proqnozuna görə xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini demişdir. Səs-küy və atışmanı eşidən Zöhrab XI Qızıl Ordu meydanına getmiş, orada dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək ağır bədən xəsarəti almışdır. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında aldığı xəsarətlərdən vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. == Həyatı == Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. == Ailəsi == Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. == Mükafatları == Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.