Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hürmuğan-i Süfla (Kəleybər)
Hürmuğan-i Süfla (fars. هورمغان سفلي‎) və ya Aşağı Hürmuğan - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Hürmuğan-i Ülya (Kəleybər)
Hürmuğan-i Ülya (fars. هورمغان عليا‎) və ya Yuxarı Hürmuğan - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (13 ailə).
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Curəqan
Curəqan və ya Cuzqan — İranın Həmədan ostanında yerləşən şəhər. Bu şəhər Həmədan şəhristanının Mərkəzi bəxşində yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 8851 nəfər və ya 2311 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Füruzan
Füruzan (türk. Füruzan; anadan olanda Firuzə Çerçi, 29 oktyabr 1935, İstanbul ) — Türkiyə yazıçısı. Çağdaş türk ədəbiyyatının önəmli isimlərindən biridir. Türk hekayəçiliyində ümumiyyətlə "kiçik insanlar" adlandırılan cəmiyyətin məzlum, məğlub, həssas daxili aləmlərindən yazmışdır. Kiçik hekayə ilə yanaşı şeirdən romanlara, səyahət yazılarına, oçerklərə və uşaq ədəbiyyatına qədər müxtəlif ədəbiyyat janrlarında əsərlər yaratmış və bəzi hekayələri teatr səhnəsinə və kino ekranına çıxmışdır. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal və Ədalət Ağaoğlu ilə şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir.Əsərlərinin böyük qismi əsasən sosial problemlərə həsr olunmuşdur. Rejissoru olduğu Sinemalarım filmi Türk kinosu tarixinin ən uğurlu əsərlərindən biri sayılır. == Həyatı == 29 oktyabr 1932-ci ildə İstanbulda anadan olub. Gənc yaşlarında atasını itirib.
Huçuquan
Şanyü Huçuquan (v. 216) — 41-ci şanyü. == Hakimiyyətə gəlişi == Huçuquan Yufuluonun devrilməsindən sonra yerinə gələn Suybu sülaləsindən olan Suybu Quduxunun da öldürülməsindən sonra, 195-ci ildə şanyü seçilmişdi. Nikita Biçurin onun Yufuluonun ögey qardaşı olduğunu deyir. Buna görə də Luanti sülaləsindən olması səbəbi ilə şanyülüyü legitim idi. Onun dövrü ilə əlaqədar çox şey bəlli deyil, çünki Çin mənbələri bu dəfə öz vətəndaş müharibələri ilə məşğul idi. Onun dövründə hun əhalisi 100.000dən çox idi. Huçuquan 215-ci ildə Şərqi Xan imperiyasının baş naziri Tsao Tsao tərəfindən qonaq olaraq dəvət olundu. Qonaqlığa gələn şanyü gözlənilmədən həbs olundu və imperator tərəfindən titulları əlindən alındı. Çinlilər tərəfindən devrildikdən sonra Hun İmperiyasının bir dövlət olaraq varlığına son qoyuldu.
Uruzgan
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Uruzqan
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Kurgan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Kurqan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Burulğan (1986)
Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər. == Məzmun == Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. == Rollarda == Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Hüququn aliliyi
Hüququn aliliyi — hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması. "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir. Bu ifadənin istifadəsi XVI əsr Britaniyasına qədər gedib çıxır. XVII əsrdə isə şotland ilahiyyatçısı Samuel Rezerford bu ifadədən kralların ilahidən gələn hüquqlarını tənqid edərkən istifadə etmişdir. Con Lokk yazırdı ki, cəmiyyətdəki azadlıq hər kəsə tətbiq olunan və qanunverici orqan tərəfindən yaradılan qanunlara hər kəsin tabe olması deməkdir; bu zaman şəxs onun azadlığı üzərində istər dövlət, istərsə də şəxsi məhdudiyyətlərdən qurtulmuş olur. "Hüququn aliliyi" daha sonra XIX əsrdə Britaniyalı hüquqşünas Albert Venn Daysi tərəfindən geniş istifadə olunmağa başladı. Halbuki, ifadə özü olmasa da, prinsip etibarilə qədim mütəfəkkirlər tərəfindən elmə gətirilmişdir. Məsələn, Aristotel yazırdı ki, "Hər hansı vətəndaş tərəfindən idarə edilməkdənsə, qanuna tabe olmaq daha məqsədəuyğundur".Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla hər kəs qanunun tələblərinə tabe olmalıdır. Bu mənada o, idarəçilərinin hüquqdan üstün olduğu monarxiya və oliqarxiya ilə ziddiyyət təşkil edir. Hüququn aliliyinə riayət edilməməsinə həm demokratik dövlətlərdə, həm də monarxiyalarda rast gəlinə bilər; məsələn, belə ki, qanunun normalarının inkar edilməsi, onlara laqeyd münasibət göstərilməsi hallarında dövlətin hüququ bərpa mexanizmləri kifayət qədər effektiv olmadıqda hüququn aliliyi daha çox pozulur.
Hüququn mahiyyəti
Hüququn mahiyyəti — hüququn ən sabit xüsusiyyətlərini göstərən nəzəri kateqoriya. Hüququn ümumbəşəri, sinif funksiyaları və prinsipləri ilə aşkarlanır. A.Lısenkovun fikrincə hüququn mahiyyətinin tərifi dörd yanaşmaya bölünə bilər: normativ, geniş, fəlsəfi və inteqrativ . A. V. Yuşkoya görə, hüququn mahiyyəti hüquqi düşüncənin növündən asılıdır, çünki hər hansı bir doğru nəzəriyyənin əsasını təşkil edir. == Müasir tənzimləyici hüquqi düşüncə == Rudolf İeringə görə (realist məktəbin nümayəndəsi kimi) hüququn mahiyyəti onun praktiki həyata keçirilməsindədir . Dövlətin iradi, normativ əlamətləri baxımından qanunun mahiyyətini "... əsas şey, sabit, təbii ..." kimi təsvir edən M.İ.Baytin, hüququn mahiyyəti arasındakı birbaşa əlaqəni ".. ... dövlətin bütün real həyatı cəmiyyətin iradəsi ... "və" ...
Hüququn mənbələri
Hüququn mənbələri — Hüququn ifadə formalarıdır. Hüquq nəzəriyyəsində hüququn əsasən aşağıdakı mənbələri fərqləndirilir: normativ hüquqi aktlar, sanksiyalaşdırılmış adətlər, normativ müqavilələr, məhkəmə presedentləri, dini normalar, hüquqi doktrina və s. == Normativ hüquqi aktlar == Normativ hüquqi aktlar tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. == Sanksiyalaşdırılmış adətlər == Sanksiyalaşdırılmış adətlər hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olarkı, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir. == Normativ müqavilələr == Normativ müqavilə konkret subyeklər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyekləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.
Hüququn sistemi
Hüququn sistemi — hüququn struktur elementlərinin daxili strukturudur. == Hüququn sistemi == Beş əsas komponentdən ibarətdir: hüquq normaları, hüquq institutları, hüquq sahələri, alt institutlar və alt sektorlar. Hüquq sahəsi hüquq sisteminin ən böyük elementidir. Hüquqi tənzimləmə predmetinin və metodunun orijinallığı ilə keyfiyyətcə bircinsli ictimai münasibətlər qrupunu tənzimləyən hüquq normalarının məcmusundan formalaşır. Əgər hüquq institutu ictimai münasibətlərin növünü tənzimləyirsə, sənaye bir növ sosial münasibətlərdir. Beləliklə, hüququn sahələrə bölünməsi üçün əsasən iki meyardan - hüquqi tənzimləmənin predmetindən və metodundan istifadə olunur. Bu meyarlar bir hüquq sahəsini digərindən fərqləndirir. Hüquq institutu bir hüquq sahəsi daxilində və ya onların qovşağında keyfiyyətcə homojen ictimai münasibətləri tənzimləyən hüquq normalarının ayrıca qrupudur. Tənzimləmə xarakterinə görə bir neçə oxşar hüquq institutu hüququn alt qolunu təşkil edir. Məsələn, mülki hüququn tərkib hissəsi kimi müəllif hüququ, mənzil və patent hüququ, maliyyə hüququnun bir hissəsi kimi isə vergi hüququnun bir alt sahəsi fərqləndirilir.
Mohsen Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Möhsün Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Uruzgan vilayəti
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Beş kurqan
Furqan Surəsi
25-ci surə
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.