Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elburs
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Helium
Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur. Heliumun yanlız bir energetik səviyyəsi var və bu səviyyə təmamilə dolub. Bu səbəbdən helium təsirsiz qazdır və inert qazlar siyahısında birincidir. Heliumun adı Günəşi himayə edən yunan titanı Heliosun şərəfinə qoyulub. Buna səbəb helium elementinin günəş işığında kəşf edilməsidir. == Tarixi == === Kəşfi === Heliumun qalıqlarına ilk dəfə 18 Avqust 1868-ci ildə Günəşin xromosferinin spektrində 587.49 nanometr dalğa uzunluğu olan parlaq sarı bir xətt olaraq rast gəlindi. Xətt, Hindistanın Guntur şəhərində günəş tutulması zamanı fransız astronomu Jül Janssen tərəfindən aşkar edilmişdir.
Melburn
Melburn (ing. Melbourne) — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. 3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib. YUNESKO isə Melburnu "Ədəbiyyat şəhəri" adlandırıb. 1901-ci ildən 1927-ci ilədək Avstraliyanın paytaxtı olmuşdur.
Səlbir
Səlbir — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür, mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m, Qərbdə 448 m, Şərqdə 357 m, perimetri isə 1425 m-dir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Tənbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Əlburz
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.
Efim Heller
Efim Heller (ukr. Юхим Петрович Геллер, ing. Efim Geller; 8 mart 1925, Odessa, Ukrayna SSR) sovet şahmatçısı, qrosmeyster. Efim iki dəfə Sovet Çempionu (1955, 1979) və altı dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1962, 1965, 1968, 1971). O, dörd dəfə Ukrayna Çempionluğu titulunu qazanıb (1950, 1957, 1958, 1959). Heller Dünya Çempionu Boris Spasski və Anatoli Karpovun məşqiçisi kimi də fəaliyyət göstərib. Şahmatçı eyni zamanda yazıçılıqda edib. == Həyatı == Heller Odessada yəhudi ailəsində böyüyüb. Heller şahmat üzrə ixtisaslaşmamışdan əvvəl yaşsı basketbol oynayırdı və bədən tərbiyyəsi doktorluğunu qazanmışdır. Ən yaxşı oyuncu kimi onun inkişafını İkinci Dünya Müharibəsinin başlanması gecikdirdi.
Elburs anaptixiyası
Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar.
Helmer Hanssen
Helmer Culyus Hanssen (24 sentyabr 1870 – 2 avqust 1956, Tromsø) - Norveçli dənizçi və qütb tədqiqatçısı. O, Roald Amundsenin rəhbərlik etdiyi 3 qütb ekspedisiyasında iştirak etmiş və Cənub qütbünü fəth edən ilk 5 insandan biri olmuşdur.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. == Həyatı == Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Helmut Qutyerres
Helmut Qutyerres (2 iyul 1987 və ya 2 iyul 1984, La-Pas) — Boliviya futbolçusu. Peşəkar karyerasını 3 il əvvəl "La-Pas"da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. 2009-cu il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub. Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut "pentakampeonlar" üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub. 2010-cu ilin yanvarından karyerasını Azərbaycanda davam etdirəcək. Qeyd edək ki, Helmut Azərbaycana üz tutan üçüncü boliviyalı futbolçu olacaq. Ona qədər "La-Pas"ın digər oyunçuları Auqusto Andaveris "İnter", Xulio Sezar "Standard"ın heyətində çıxış edib.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
Helmut Şön
Helmut Şön (alm. Helmut Schön‎; 15 sentyabr 1915, Drezden – 23 fevral 1996, Visbaden) — Almaniyalı futbolçu və məşqçi.2012-ci ilədək dünya çempionatını və Avropa çempionatını qazanmış yeganə məşqçi idi.2012-ci ildə onun nailiyyətini İspaniyanın məşqçisi Visente del Boske təkrarlamışdır. == Karyerası == === Futbolçu karyerası === Helmut Şön "Drezdner", "Drezden-Fridrixştadt", "Sankt-Pauli", "Hertha BSC" futbol klublarında oynamışdır.1937-ci ildən 1941-ci ilədək Almaniya millisində 16 oyun keçirmiş və 17 qol vurmuşdur. === Məşqçi karyerası === Helmut Şön "Saarbrükken" futbol klubunun məşqçisi olmuşdur. 1952–1956-cı illərdə Saarland yığmasının məşqçisi olmuşdur. Helmut Şönün baş məşqçiliyi altında Almaniya millisi 1972-ci il Avropa çempionatında və 1974-cü il dünya çempionatında çempion olmuşdur.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Hilərud (Əlburz)
Hilərud (Əlburz) (fars. حیله‌رود‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 329 nəfər yaşayır (110 ailə).
Kamalabad (Əlburz)
Kamalabad (Əlburz) (fars. کمال‌آباد (البرز)‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlunatına görə kənddə 2,802 nəfər yaşayır (854 ailə).
Kəlhur eli
Kəlhurlar və ya Kəlhorlar — İran və İraqda yaşayan kürd tayfası. Ravlinson onların yəhudimənşəli olmaqlarını bildirmişdir.
Melburn (Florida)
Melburn [Tələffüz: ˈmɛlbɚn] Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən Brevard qraflığında bir şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına əsasən 76.068 nəfərdir.
Melburn (dəqiqləşdirmə)
Melburn — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. Melburn (vulkan) — Antarktidada fəaliyyətdə olan vulkan. Melburn (ABŞ) — ABŞ-də şəhər. Melburn (Florida) — Floridada şəhər.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Melburn Universiteti
Melburn Universiteti (ing. University of Melbourne) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşən ali təhsil müəssisəsi. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir. 1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır. Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur.