Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Huronlar
Huronlar — Şimali Amerikada yaşayan yerli hindu tayfası. Saylarının təqribən 30 min nəfərdir. Huronlar bugünkü Ontario sərhədində balıqçılıq, ovçuluq və xüsusilə ticarətlə məşğul olaraq yaşamlarını keçirirdilər. XVII əsrdə müstəmləkə inkişaf etdikcə samur kürklərinə olan tələbin artması, bu kürklərin ticarətini aparan Huronlar ilə İroquoilar arasında qanlı bir savaş çıxmasına yol açdı. Kürk ehtiyatı tükəndikcə savaş şiddətləndi. Bu savaşdan sağ qurtula bilən Huronlar Kvebekə çəkildilər.
Hutular
Hutular — Burundi və Ruandada yaşayan Bantunlar qrupuna mənsub xalq. Ruanda əhalisinin 84 % və Burundi əhalisinin isə 85 %-ni etnik Hutular təşkil edir. Hutuları ayrıca bir etnik qrup kimi sinifləndirmək bir çox mənbələrdə qəbul edilmir. Belə ki, Ruandanın digər bir önəmli xalqı olan Tutsilərlə Hutular arasında dini, irqi və ya fiziki baxımdan heç bir fərqlilik mövcud deyildir. Hutular Ruanda vətəndaş müharibəsi və Ruanda soyqırımı əsnasında aktiv fəaliyyət göstərmişdir. Belçikalıların əraziləri istila etdiyi ilk illərdə Hutularla Tutsilər arasında müəyyən fərqliliklər (xarici görünüş və boy) mövcud olsa da, XX əsrin sonlarına yaxın həmin fərqliliklər zamanla aradan qalxmışdır.
Çurular
Çurular (vyet. Chu ru) — Vyetnam Sosialist Respublikasının cənubunda – Lamdonq və Txuanxay əyalətlərində yaşayan dağ tyamları qrupuna aid xalq. Vyetnamda rəsmi olaraq tanınmış 54 xalqdan biridir. Sayları təqribən 19 min nəfərdən çoxdur. Bu xalq həm də tyurular, tyorular (özlərini "yeni torpaqları mənimsəyən adamlar" adlandırırlar), tyular, krular, kazolar adlanırlar. Ehtimal edilir ki, çurular tyamlarla eyni əcdadlara malikdirlər. Çuruların rəvayətlərinə görə onların əcdadları vaxtilə Mərkəzi Vyetnamın sahilyanı ovalığında yaşamış, tyamlardan ayrılaraq Cənubi Vyetnamın dağlıq və dağətəyi rayonlarına köçmüşlər. Bəzi yerlərdə raqlaylar və koxolarla birlikdə yaşayırlar. Fransız müstəmləkəsi dövründə Dalat ərazisində ən güclü dağlıq liderləri çurular idi. Sayları 1999-cu ildə 14,978 nəfər, 2009-cu ildə isə 19,314 nəfər olmuşdur.
Kölgələr sürünür (film, 1958)
Kölgələr sürünür - 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir. == Film haqqında == Filmin mövzusu arxeoloqların həyatından götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Qılman Musayev Quruluşçu rejissor : İsmayıl Əfəndiyev, Şua Şeyxov Quruluşçu operator : Əsgər İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov Bəstəkar : Rauf Hacıyev Mahnıların Mətni : Rəsul Rza Səs operatoru : V. İşunin Rejissor : Yusif Yulduz Redaktor : Əhmədağa Qurbanov Məsləhətçi : H. Sultanov (geoloji-mineraloji elmlər doktoru), T. Bünyadov (tarix elmləri namizədi) Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Niyazi Filmin direktoru : Əli Məmmədov Mahnı İfa edən : Şövkət Ələkbərova, Mirzə Babayev (titrlərdə yoxdur) Rejissor assistenti : Əlisəttar Məlikov === Rollarda === İsmayıl Dağıstanlı — Zahidov Ələsgər Ələkbərov — Rəşid Sərdarlı Əli Zeynalov — İmamzadə Möhsün Sənani — Cavadov Leyla Bədirbəyli — Leyla Mirzə Babayev — Cəlil Sürəyya Qasımova — Afət Ələkbər Hüseynzadə — Murtuz Məmmədrza Şeyxzamanov — Qafar Niyazov Rəhilə Cabbarova — Cahan Münəvvər Kələntərli — Məsmə İ. Tağızadə — Əmirahov Osman Həqqi — Səlim Əşrəf Yusifzadə Barat Şəkinskaya — katibə S. Kasiyeva Süleyman Tağızadə Ağahüseyn Cavadov — elmi işçi Pyotr Yudin — Britaniya kəşfiyyatçısı Əhməd Əhmədov (Əhməd Anatollu kimi) — kəndli Bahadur Əliyev — elmi işçi Hacıməmməd Qafqazlı — elmi işçi V. Məcnunbəyova F. Həşimov İsmayıl Əfəndiyev — Kərim Əliheydər Həsənzadə — qonaq === Filmi səsləndirən === Hökümə Qurbanova-Afət (Sürəyya Qasımova) (titrlərdə yoxdur) == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.