Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jarski
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. Neftçala rayonu Şirvanlı kəndi Yerli əhali arasında "Müşviq qəsəbəsi" kimi tanınan Şirvanlı kəndi əhalisinin əsas hissəsi Kürdili ( Kurkasa ) indi ki, Kürdili adasının quru ilə əlaqəsi kəsildikdən sonra bu ərazidə tikilmiş yeni evlərə köçürülmüş ailələrdən ibarətdir. __ 1980-ci illərin sonunda rayonun Kurkasa kəndini su basandan sonra rayonun qurtaracağında – Bankə qəsəbəsinin yaxınlığında yer ayrılaraq evlər tikilib. Əvvəllər bu yaşayış məntəqəsi Müşviq adlansada Sonradan dəyşilərək Şirvanlı Adı verilib. ___ Kənddə Məktəb, Kitabxana, Poçt, Tibb məntəqəsi fəaliyyət göstərir. Şirvanlı Kəndi əsasən Çimərliyi ilə Məhşurdur, Və hər il yay fəsilində Bu çimərlik kəndə çox saylı turistlərin gəlişinə səbəb olur == Təhsil == Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. == Din == Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Dryua-Larekiy
Dürda-Larekiy (fr. Durdat-Larequille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1252 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 793 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 549 nəfər iqtisadi cəhətdən fəal, 244 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 67.1%). Fəal 549 nəfərdən 494 nəfər (261 kişi və 233 qadın), 55 nəfəri işsizdir (23 kişi və 32 qadın). 244 hərəkətsiz şəxs arasında 74 nəfər şagird və ya tələbə, 100 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dürda-Larekiy
Dürda-Larekiy (fr. Durdat-Larequille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1252 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 793 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 549 nəfər iqtisadi cəhətdən fəal, 244 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 67.1%). Fəal 549 nəfərdən 494 nəfər (261 kişi və 233 qadın), 55 nəfəri işsizdir (23 kişi və 32 qadın). 244 hərəkətsiz şəxs arasında 74 nəfər şagird və ya tələbə, 100 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Maks Barskih
Nikolay Mikolayeviç Bortnik (ukr. Микола Миколайович Бортник; 8 mart 1990, Xerson) — daha çox səhnə adı Maks Barskih (ukr. Макс Барських) və alter-eqo Mikolay ilə tanınan ukraynalı müğənni və bəstəkar. O, Ukraynanın Xerson şəhərində böyüyüb, təhsilini başa vurduqdan sonra Kiyevə köçüb. O, altı studiya albomu, bir kompilyasiya albomu və EP buraxdı. == Həyatı == Maks Barskix 8 mart 1990-cı ildə Xerson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kiyevə köçüb, orada estrada və sirk sənətinin Kiyev Bələdiyyə Akademiyasına daxil olur (ixtisaslaşma "pop vokal"). == Karyera == 2008-ci ildə "Фабрика зiрок-2", adlı layihənin kastinqi başlayır (prodüseri Nataliya Mogilyovskaya idi). Layihədə o iki mahnı yazır: "Аномалия" və "Незнакомка". Layihəni öz arzusu ilə tərk eləyir.
Maks Barskix
Nikolay Mikolayeviç Bortnik (ukr. Микола Миколайович Бортник; 8 mart 1990, Xerson) — daha çox səhnə adı Maks Barskih (ukr. Макс Барських) və alter-eqo Mikolay ilə tanınan ukraynalı müğənni və bəstəkar. O, Ukraynanın Xerson şəhərində böyüyüb, təhsilini başa vurduqdan sonra Kiyevə köçüb. O, altı studiya albomu, bir kompilyasiya albomu və EP buraxdı. == Həyatı == Maks Barskix 8 mart 1990-cı ildə Xerson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kiyevə köçüb, orada estrada və sirk sənətinin Kiyev Bələdiyyə Akademiyasına daxil olur (ixtisaslaşma "pop vokal"). == Karyera == 2008-ci ildə "Фабрика зiрок-2", adlı layihənin kastinqi başlayır (prodüseri Nataliya Mogilyovskaya idi). Layihədə o iki mahnı yazır: "Аномалия" və "Незнакомка". Layihəni öz arzusu ilə tərk eləyir.
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir. Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
I Sarkis
I Sarkis (gürc. სარგის I ჯაყელი) - 1268-ci ildə hakimiyyətə gəlmiş ilk Mesxetiya çarı. VII Davidin Elxanilərə qarşı üsyanına başçılıq etmişdir. Arqun ağa Oyrotu 1262-ci ildə məğlub etmişdi. Daha sonra Hülakü xana təslim olaraq əfv olunmuş, hətta xanın həyatını Bərkəyə qarşı müharibədə xilas etmişdi. Xan ona görə də ona Ərzurum şəhərini hədiyyə vermişdi. 1266-cı incu statusunu qazanmışdı. 1268-ci ildə isə xan ona muxtar hakimiyyət hüququ verdi və o II Demetrenin mərkəzi hakimiyyətinə tabe olmamağa başladı. 1279-cu ildə taxtdan əl çəkərə Sapara monastırında keşiş oldu və Saba adını aldı, yerinə oğlu keçdi. 1285-ci ildə vəfat etdi.
Sarkis Hatspaniyan
Sarkis Hatspaniyan (erm. Սարգիս Հացպանյան; 12 fevral 1962, İskəndərun, Hatay ili, Türkiyə – 20 yanvar 2018) — Türkiyə ermənilərindən olan jurnalist, hüquq müdafiəçisi və siyasi xadim. Sarkis Hatspaniyan Qarabağ müharibəsində və xüsusi ilə Kəlbəcər döyüşündəki fəallığı ilə tanınır. Fransa ermənilərinin müxtəlif təyinatlı yardımlarını işğalı olunmuş Azərbaycan torpaqlarına çatdırılılmasına rəhbərlik etmişdir. 2008-ci ildə İrəvan şəhərində baş vermiş kütləvi iğtişaşlardakı iştirakına görə Ermənistan məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sarkis Hatspaniyan 1962-ci ilin 12 fevral tarixində Türkiyənin Hatay bölgəsinə bağlı İskəndərun şəhərində anadan olmuşdur. Orta məktəbi Aqos qəzetinin 2007-ci ildə öldürülmüş baş redaktoru Hrant Dinklə birgə oxumuşdur. 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevirilişdən sonra Fransaya mühacirət etmiş və Paris şəhərində yaşayaraq Fransa vətəndaşlığı almışdır. Sarbonna Universitetində idarəetmə faklütəsini bitirən Hatspaniyan 1990-cı ildən etibarən Ermənistana müntəzəm səfərlər etməyə başlamışdır. Solçu olan Hatspaniyan bütün çıxışlarında Kürd Fəhlə Partiyasının (PKK) addımlarını dəstəkləyib.
Sarkis Soğanalyan
Sarkis Soğanalyan (amh. Սարգիս Սողանալեան; 6 fevral 1929, İskəndərun, Fransa müstəmləkəsi – 5 oktyabr 2011, Hayliya[d], Florida) — erməni əsilli silah qacaqmalçısı. Ölüm taciri ləqəbi ilə tanınmış Soğanalıyan Soyuq müharibə dövrünün ən böyük silah qacaqmalçısı hesab olunmaqdadır. Suriya və Livan ermənisi bir ailənin övladı olan Sarkis daha çox 1980-cı illərdə Səddam Hüseyn rejminə satdığı silahlar və İraq ordusunun rəhbər şəxsləri ilə olan yaxınlığı ilə gündəmə gəlmişdir. Florida ştatının Virciniya Qardens şəhərində yaşadığı zaman İran-İraq müharibəsində İraq tərəfini silah-sursatla təmin etmək məqsədi ilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfində əməkdaşlığa cəlb edilmişdir. Reyqan Administrasiyasının təşviqi və Amerika kəşfiyyat agentliklərinin dəstəyi ilə o, 1,4 milyard dollar dəyərində Fransa istehsalı olan artilleriya satışı da daxil olmaqla, bir neçə mühüm silah sövdələşməsinin əsas əlaqələndiricisi və təminatçısı rolunda çıxış etmişdir. İraqla yanaşı, o, Mavritaniyadakı Polisario qüvvələri, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya silah satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır. Ədliyyə Departamenti Soğanalyanı icazəsiz silahların göndərilməsinə dair konspirasiya qurmaqda ittiham edərək onun həbs olunmasına nail olmuşdur. O, bir neçə il sonra Klinton administrasiyasına Livanda saxta pulların satışı ilə məşğul olan şəbəkənin çökdürülməsində kömək edən zaman azadlığa buraxılıb.
Sarkis Torosyan
Sarkis Torosyan (erm. Սարգիս Թորոսեան, 1891 - 1954) — Osmanlı ordusunun erməni əsilli zabiti, Çanakqala döyüşünün qəhrəmanı. Özünün yazdığı xatirələrində iddia etmişdir ki, həmin döyüşdə ilk ingilis hərbi gəmisini məhz o vurub batıra bilmişdir Ancaq sonra, Osmanlı savaşda məğlub olan çağlarda silahını türklərə qarşı çevirmişdir. Daha sonra o Amerikaya köçmüş və orada öz “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” adlı xatirələrini yazmışdır. Bu kitabda xatırlanan olaylar Türkiyədə mübahisələrə səbəb olmuşdur, tarixçilər onları şübhə altına almış, bəzi olayların isə saxta olduğunu iddia etmişdirlər. Xatirələrin yayımlanması zamanı yerli tarixçi Paul Vartan Sookiasian Torosyanın soyunu tapmış və onlarla əlaqə saxlamışdır. Bundan sonra Taner Akçam Torosyanın nəvəsindən müsahibə almış. Orada o babasının həyatı haqqında təfərruatları açıqlamışdır. Sərgiz Torosyan 1893-cü ildə Kayseri bölgəsindəki Everek (hazırda Develi) adlı erməni kəndində doğulmuşdur. Orada yerli kilsə məktəbində ilk təhsilini almışdır.
Yuzef Çarski
Yuzef Davidoviç Çarski-Tanxelson (15 (27) dekabr 1897, Tiflis – 16 noyabr 1948, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940). Yuzef Çarski (əsl soyadı Tanxelson) 15 (27) dekabr 1897-ci ildə Tiflisdə anadan olmuşdur. 1914-cü ildən Tiflis teatr məktəbində təhsil almış, səhnə fəaliyyətinə burada başlamışdır. Müxtəlif illərdə Batumi, Rostov-na-Donu, Krasnodar, Odessa, Moskva teatrlarında işləmişdir. 1928–1948-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Yuzef Çarski 1940-cı ildən Sov.İKP üzvü olmuşdur. O, 16 noyabr 1948-ci ildə Bakıda vəfat edib. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 Çarskinin ifası yumoru və lirizmi ilə fərqlənmişdir.
Çarski Selo
Çarski Selo (Rusca: Ца́рское Село́, "Çarın kəndi") — Sankt Peterburq şəhərinin 24 km cənubunda yerləşən, imperiyanın keçmiş iqamətgahıdır. Hal-hazırda Puşkin şəhərinin də bir hissəsidir. Sovet dönəmində Detski Selo da adlanmışdır.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Aleksandr Sırski
Aleksandr Stanislavovıç Sırski (ukr. Олександр Станіславович Сирський ;26 iyul 1965) — Ukrayna hərbi komandiri, 8 fevral 2024-cü ildən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-polkovnik (2020), Ukrayna Quru Qoşunları komandanı (2019-2024) Ukrayna Qəhrəmanı (2022). Rusiyanın Ukraynaya hücumu zamanı Sırski Kiyevin müdafiəsinə komandanlıq edirdi. 2022-ci ilin sentyabrında o, Xarkov əks-hücumuna komandanlıq etmişdir. Daha sonra 2023-cü ilə qədər Baxmutun müdafiəsinə rəhbərlik edib. == Həyatı == Aleksandr Sırski 26 iyul 1965-ci ildə Vladimir vilayətinin Kirjaçi rayonunun Novinki kəndində hərbçi ailəsində anadan olub. 1980-ci ildən Ukraynada yaşayır. === Ailəsi === Həyat yoldaşı - Tamara İvanovna Xarçenko. Oğulları - Anton və Aleksandr. Onlardan biri övladlığa götürülüb və Avstraliyada yaşayır.
Sarkis Araratyan
Sarkis Şahnazaroviç Araratyan (erm. Սարգիս Արարատեան; 1 oktyabr 1886, Nuxa – 1943, Buxarest) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi. Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir. Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir: 1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib. 1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (avqust 1919-may 1920) vəzifələrində çalışmışdır. 1920-ci ilin may-dekabrında Yardım və Yenidənqurma Naziri olmuşdur.
Sarkis Qalstyan
Sarkis Qalstyan — erməni siyasətçi. Sarkis Qalstyan Birinci Qarabağ müharibəsində separatçılar tərəfində iştirak etmişdir. Həmin vaxtdan o, uzun illər Qondarma Dağlıq Qarabağ Respublikasında müxtəlif vəzifələrdə çalışmışdır. Qaltsyan bir müddətdə Şuşada yerləşən "Avan Plaza" hotelinin (indiki "Qarabağ" hoteli) direktoru, 1990-cı illərdə isə ictimai diplomatiyanı təbliğ edən və Bakıya tez-tez gələn fəal olmuşdur. Müharibədən sonra DQR tərkibində Şuşa inzibati ərazi dairəsi başçısının müavini olmuşdur. O, sonradan DQR-nin Hərbi Vətənpərvərlik və Təhsil Nazirliyinə təyin olunmuşdur. Araik Arutyunyanın seçkiqabağı kampaniyası zamanı Şuşa və Kərkicahanda yerləşən qərargahlarda məsul şəxs olmuşdur. 19 sentyabr 2023-cü ildə Azərbaycan regionda lokal DQR silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Növbəti gün DQR hakimiyyəti Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəslə bağlı təklifini qəbul etdiklərini bildirmişdir. 20 sentyabr 2023-cü ildə, Azərbaycan vaxtı ilə saat 13:00-da əldə olunmuş atəşkəs razılaşmasına görə, DQR özünü buraxmalı idi.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Maksim Aleksandroviç Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Şaski Milli Parkı
Şaski Milli Parkı (ukr. Шацький національний природний парк) — Ukraynanın Volın vilayətində yerləşən milli park. Parkın ümumi sahəsi — 48 977 hektardır. Bunun parka məxsus olan ərazi 18 810 hektardır. Zonallaşdırılmış ərazi — 5 144,9 hektar, rekreasiya ərazisi — 12 971,1 hektar, stasionar rekreasiya zonası — 978 hektar, təsərrüfat zonası isə — 29 883 hektardır. Flora: ümumi bitki növlərinin sayı — 789, bunlardan 32 növ Ukraynanın Qırmızı kitabına daxil edilib. Fauna: park ərazisində 33 növ var və bunlar Qırmızı kitaba daxil olunub. Şaski milli park USSR-nin Nazirlər Sovetinin 28 dekabr 1983-cü il, № 533 qərarı ilə yaradılmış. Ümumi sahəsi 32 5150 hektar olmuşdur. SSRİ Nazirlər Sovetinin 31 mart 1986-cı il, № 159 qərarı ilə parka əlavə 6 761,8 hektar sahə ayrılmış.
Müqəddəs Sarkis kilsəsi (Gəncə)
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.