BİRDƏFƏLİK

BİRDƏFƏLİK [Vaqif:] Bu işi birdəfəlik yoluna qoymalıyıq (Çəmənzəminli); BİRDİBLİ Feyzi: İndi ki belədir, deyirəm elə birdibli boşan get (Ə.Haqverdiyev); BİRKƏRƏLİK Lakin birkərəlik zərbəni əsasa vurmaq istədiyi üçün müvəffəq ola bilmədi (M.S.Ordubadi); BİRYOLLUQ Əbu Übeyd: O dinsiz tez və biryolluq məhv olmalıdır (C.Cabbarlı); HƏMİŞƏLİK Polad: Kiçikliyindən qolları arasında sevə-sevə oynatdığı qəlbi qədər sevdiyi Almasdan həmişəlik ayrılacağını düşündükdə isə həyat gözünə nuru sönmüş günəş kimi görünürdü (A.Şaiq).

BİRÇƏKLƏMƏK
BİRDƏN

Digər lüğətlərdə