ŞAX-ŞƏVƏL

top. Şax, ağac qırıntıları, kolkos. Yolun kənarlarını şax-şəvəl basmışdı.
– Kəlbalanı yolun qırağında şax-şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov.
Tutu dinləyib gözünü Qönçədən çəkdi, dərədəki şax-şəvələ baxdı. Ə.Vəliyev.
…Suyun bir hissəsini arxa döndərmək üçün adamlar məftillə sarınmış şaxşəvəldən hər birisi iki yük maşını boyda “qomlar” düzəldib çaya salırdılar. İ.Əfəndiyev.

ŞAX-ŞAX
ŞAXƏ
OBASTAN VİKİ
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Şax
Şax gəvən
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Şax astrakanta

Digər lüğətlərdə