Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Şelkov rayonu
Şelkov (çeç. Шелковски кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir. Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir. Sahəsi 2994.12 km² (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir. Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir.
Sanlal Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович; 24 dekabr 1940, Kostanay vilayəti – 20 noyabr 1991, Azərbaycan) — Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Mütəllib Serov
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu. Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir. Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür. Onlar 1872 −1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı. Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Sərkeş
Sərkeş (Culfa)
Şirkox
Şirkox-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Şirkox-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Şerlok
Şerlok bu mənalara gələ bilər:
Serros
Serros (isp. Cerros) — arxeoloji ərazi, indiki Belizin şimalında keçmiş Mayya yaşayış məntəqəsi. Bu, son klassik dövrdən postklassik dövrlərə qədər fəaliyyət göstərmişdir. Ərazi öz zirvəsinə Mesoamerikada gec preklassik erada çatmışdır və onun zirvəsində əhalinin sayı təxminən 1,089 nəfər idi. Sahənin mərkəzi körfəzlə birbaşa bitişikdir və bir neçə nisbətən böyük strukturlardan və pilləli piramidalardan, akropol kompleksindən və iki top meydançasından ibarətdir. Sahənin cənub tərəfində sahənin mərkəzi hissəsini və bir neçə təpəni əhatə edən ayparaşəkilli kanallar şəbəkəsi var. Yaşayış strukturları kanaldan kənarda davam edir, ümumiyyətlə cənub-qərbə və cənub-şərqə doğru ayrılır; qaldırılmış sahələr kanal sistemindən kənarda da mövcuddur.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Elmar Şərifov
Elmir Şəripov
Elxan Şeyxov
Elxan Cəfər oğlu Şeyxov (11 mart 1951, Naxçıvan) — Azərbaycanın teatr aktyoru.[mənbə göstərin] Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008). == Həyatı == 1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti" , K. Ağayeva), Sərvər ("O olmasın , bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır. Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin atasını tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Georgi Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Kamandar Şərifov
Kamandar Kazım oğlu Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.