Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şisa
Şisa (シーサー) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər. Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur. Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar. == Tarixi == Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır. Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi. Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir. Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar. Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur. Qədim yapon dilində "şişi" sözü şir demək idi. Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.
Swiss Music Charts
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Spiş qalası
Spiş qalası (slovak. Spišský hrad, mac. Szepesi vár, alm. Zipser Burg‎) - Slovakiyanın şərqində yerləşən və Mərkəzi Avropanın ən böyük qalalarından biri. Qala Spiş regionunda Jehra kəndində, Spişke-Podqrad şəhərinin üstündə yerləşir. Spiş qalası 1993-cü ildən Spişka Kapitula və Sent Martin kafedralı, Spişke Podqrad və Jehra kəndi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısındadır. Sahəsinə görə Avropanın ən böyük qalalarından biridir (41,426 m²). == Tarixi == Spiş qalası XII əsrdə daha əvvəl salınmış qalanın yerində tikilmişdir. Spiş qalası Macarıstan Krallığında Şepes qraflığının inzibati, iqtisadi, siyasi və mədəni mərkəzi idi. 1464-cü ilə qədər Macarıstan krallarına məxsus olmuşdur.
Spiş qəsri

Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Şişə (Əhər)
Şişə (fars. شيشه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).
Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər. == Növləri == Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli. olurlar. == Hazırlanması == Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. == Mərkəzləşdirilməsi == Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.
Şvis (kanton)
Şvis (alm. Schwyz‎ [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). == Coğrafiyası == Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir.
Şvis kantonu

Küttner şişi
Küttner şişi (ing. Küttner's tumor) – tüpürcək vəzinin xoşxassəli şişəbənzər xroniki iltihabıdır. Əsasən submandibulyar vəzini zədələyir, birtərəfli həmən vəzinin ağrısız şişməsidir. IgG 4-bağlı əlamət kimi qəbul edilir.
Pankost şişi
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Əbdülfəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Sais orakul papirusu
Sais orakul papirusu — Misirin Sonrakı dövrünə aid papirus. Burada bir adam atasından onun məbədinin kahinliyini tərk edib qonşu şəhərin (Montu-Re-Horaxtı ) kahinliyinə qoşulmasına icazə verilməsi üçün müraciət edir. Təsvirdə Amun-Re tanrısının presessiyasını müşahidə etmək olar, onun məbədinin hissələri kahinlər tərəfindən tutulan daşıyıcı dirəklərin üstündə görünür.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Abdul Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Əbdül Fəttah əs-Sisi

Sis (dəqiqləşdirmə)
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Sis (Şamaxı)
Sis — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur. Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır. Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir. == Əhalisi == Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.
Sis (Şəbistər)
Sis — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,127 nəfər və 1,391 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şiş sinanxium
Cynanchum acutum L.,Hündürlüyü 20-150 sm olan çoxillik ot bitkisidir. Gövdəsi uzun, sarmaşandır. == Yarpaq == Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. == Çiçək == Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür. == Meyvə == Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. == Çiçəkləməsi == İyun-Avqust (Sentyabr) == Meyvə verməsi == Avqust-Oktyabr == Azərbaycanda yayılması == BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında.
Neyroendokrin şiş
Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.
Bədxassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Şiş Quzey mağarası
Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi. Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası.