SISQA

sif. Cılız, çox zəif, çox arıq.
Səttar kişinin yanında oturan topsaqqal, amma buradakıların hamısı kimi sısqa bir kişi sözə qarışdı. Ə.Əbülhəsən.
[Qəndab:] Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım. B.Bayramov.

// Məc. mənada.
Payızın sısqa yağışını da, çillənin amansız soyuğunu da eyni həvəslə təriflərdi. M.İbrahimov.
Suçular əkini dərin şırımla və sısqa axınla suvardılar. Ə.Vəliyev.
Bir az yuxarıda üstünü xəzəl basmış, lakin nazik budaqlarını göyə uzadan, yaşamaq istəyən sısqa kollar görünür. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SISQA sısqa bax arıq
  • SISQA arıq — cılız — cansız — zəif

Antonimlər (əks mənalı sözlər)

  • SISQA SISQA – GUR At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu (F.Kərimzadə); Bu bulağın suyu gurdur (A
SIRTILMAQ
SISQALAŞMA

Digər lüğətlərdə

вызва́нивать заглуше́ние ка́мбузный обша́риваться плеши́вец припёк синкопи́ческий востокове́дческий закручи́ниться нары́вный насле́довать неэкономи́ческий отга́дывать прогла́тывать проку́сывать фана́тский бимец chronique scandaleuse complexify lour Peking Man vexillum вмешиваться высвобождаться кислота