Amasya Arxeologiya və mumiya muzeyi
Amasya Arxeologiya və mumiya muzeyi və ya Amasya muzeyi — 1958-ci ildə qurulan etnoqrafiya, arxeologiya və mumiya muzeyi. Türkiyənin şimalında, Amasyada yerləşən bu milli muzeydə, şəhərdə və ətrafında tapılmış arxeoloji əsərlər, eləcə də bölgənin tarixi və mədəniyyəti ilə bağlı etnoqrafik əşyalar nümayiş etdirilir.
1958-ci ildə yaradılmış muzeydə 11 müxtəlif sivilizasiyaya aid arxeoloji, etnoqrafik tapıntılar, sikkələr, möhürlər, əlyazmalar və mumiyalar da daxil olmaqla, təxminən 24.000 eksponat var.
== Tarixi ==
1925-ci ildə Sultan II Bəyazid kompleksi daxilində mədrəsənin 2 otağında bir neçə arxeoloji əsər və İslam dövrünə aid bəzi mumiyaların bir yerdə saxlanması nəticəsində muzey anbarı yaradılmışdır.
Muzeyin rəsmi açılışı 1958-ci ilin iyununda baş tutdu. Eksponatların sayının artması səbəbindən sərgi üçün daha çox yer tələb olunduğu üçün eksponatlar 1962-ci ildə Göymədrəsə məscidində, XIII-cü əsr Səlcuqlu dövrünə aid monumental binaya köçürüldü.
1977-ci il martın 22-də muzey yeni, müasir binasına köçürüldü. 14 iyun 1980-ci ildə eksponatların xronoloji ardıcıllıqla düzülməsindən sonra, muzey hazırkı formasını alaraq ictimaiyyətə açılmışdır.
== Muzey ==
Muzey 3 mərtəbəli binada yerləşir. Zirzəmidə anbar, laboratoriya və xidməti otaqlar var.