SİPER
SİTE
OBASTAN VİKİ
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Sis (dəqiqləşdirmə)
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Sis (Şamaxı)
Sis — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur. Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır. Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir. Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.
Sis (Şəbistər)
Sis — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,127 nəfər və 1,391 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Dövri sistemin beşinci periodu
5-ci period elementləri — beşinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. == Xarici keçidlər == Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövrəli su təchizatı sistemi
Dövrəli su təchizatı sistemi — Sudan qənaətlə istifadə etmək üçün yaradılır. Suyu soyutduqdan, təmizlədikdən sonra yenidən istehsalata verirlər, su mənbəyindən (anbar, kanal) isə suyu ancaq su itkilərini tamamlamaq üçün götürürlər.
Dünya valyuta sisteminin təkamülü
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Dünyanın heliosentrik sistemi
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Elektron bank sistemi
Elektron bank sistemi — XX əsrin 80-ci illərinin əvvəllərindən sürətlə inkişaf etməyə başlamışdır. Bank sistemində elektron bankçılığın tətbiqi inkişaf etmiş texnologiyaların tətbiqindən, azad rəqabət mühitünün olmasından asılıdır. Müasir bank sisteminin mühüm elementləri arasında kredit kartları, hesaba erişi kartları otomotik vezneler, satış nöqtəsi terminallarının, nağd hesablaşma formalarının xüsusi rol oynaması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqilliyindən sonra bank sistemi daha da inkişaf etmiş, dövlət bankları ilə yanaşı çoxlu sayda özəl banklar da yaranmışdır. Burda elektron bankçılığın çox geniş olan depozit uyğulamalarından sadəcə beynəlxalq və ölkələrarası çərçivədə ən çox istifadə edilən, əməliyyatın sürətini artıran, işçi ehtiyaclarını azaldan xidmət vasitələrindən və elektronik bankçılıq sistemlərindən, Azərbaycanda elektronik daşıyıcılar vasitəsilə banklararası hesablaşmaların təşkili nəzərdə tutulur. == Elektron bank sisteminin növləri == Ev və İş Yerində Bankçılıq Şöbələrdən kənarda baş verən bankçılıq xidmətlərindən bir başkalarıda ev ya da iş yerində bankçılıqdır. Bu xidmətlərdə müştərilər öz mikro kompüterini ya da videomətin sistemlerindən istifadə edirlər. Müştəri öz komyuterlərindən modem və telefon xətti köməyilə bankın ana kompüterinə bağlanması ilə bankın təklif etdiyi bütün xidmətlərdən faydalana bilir. Bunlar informasiya alma, vergi ödəmə, hesabdan hesaba pul köçürməsi, satın alma, kredit götürmə xidmətləri aid edilir. Videomətn Çoxlu sayda abonentin bir mərkəzi kompüterlə iki tərəfli əlaqə ilə idarə edildiyi bir sistemdir.
Ermənistanın dövlət sistemi
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
FAT fayl sistemi
FAT fayl sistemi (ing. FAT file system) - MS-DOS əməliyyat sistemində verilənləri diskdə saxlamaq üçün istifadə olunan fayl sistemi. FAT (File Allocation Table – faylların yerləşdirilmə cədvəli) formatlaşdırma zamanı diskdə yaranan verilənlər strukturudur. Faylı diskdə saxlayarkən (diskə yazarkən), MS-DOS həmin faylı tapıb-oxumaq üçün gərəkli olan informasiyanı FAT-da yerləşdirir. OS/2 əməliyyat sistemi həm FAT, həm də daha məhsuldar olan HPFS sistemində formatlaşdırılmış disklərdə işləyə bilər. Windows NT ailəsindən olan əməliyyat sistemləri həm FAT-dan, həm də HPFS-dən istifadə edə bilər, bundan başqa, onun öz fayl sistemi – NTFS var. FAT fayl sistemli disk 512 baytli sektordan təşkil olunub. Sektor verilənlərin oxunub yazılmasında istifadə olunan ən kiçik vahiddir. Fayli verilənlər sahəsində yerləşdirmək üçün istifadə olunan ən kiçik vahid klastr-dir. Klastrın ölçüsü 64 kb-yaxini ola bilər.
Fərruxi Sistani
Əbülhəsən Əli ibn Culuq Sistani Fərruxi (980–1078)—Qəznəvi saray şairi. == Həyatı == Qəznəvilər sarayının görkəmli şairlərindən biri də Əbülhəsən Əli ibn Culuq Sistani Fərruxidir. Onun barəsində də kifayət qədər məlumat yoxdur. Şairin yaradıcılığı da kifayət qədər öyrənil-məmişdir. 1932-ci ildə onun əlyazmalarını Tehranda Əli Əbdülrəsuli çap etdirmişdir. Bu nəşrdən əvvəl, 1883 -1884-cü illərdə də şairin şeirləri Tehranda çap olunmuşdur, ancaq həmin nəşrlərdə bəzi qüsur-lar var. Belə ki, mətnşünas şeirləri haradan əldə etdiyini, hansı əlyaz-madan istifadə etdiyini qeyd etmir. Bütün bu qüsurlara baxmayaraq, həmin nəşrlər Fərruxi irsinin araşdırılmasına maraq oyatmışdır. Şairin həyatı barədə mənbələrdə bir-biri ilə düz gəlməyən məlumatlar verilir. Məsələn, Rzaqulu xan Hidayət onun ölüm tarixini 1038-ci ili, Lütvəli bəy Azər isə 1078-ci ili göstərir.
Fəza koordinat sistemi
Fəza koordinat sistemi və ya plan koordinat sistemi Göy sferasını qalaktika ekvatoruna ən yaxın olan böyük dairə boyunca kəsən müstəviyə nəzərən cismin vəziyyətini təyin edir. Qalaktik uzunluq qalaktika ekvatoru ilə göy ekvatorunun kəsişmə nöqtəsindən göy ekvatoru ilə böyük dairənin kəsişmə nöqtəsinədək olan qövslə, qalaktik enlik isə göy cisminə doğru istiqamətlə qalaktika ekvatoru müstəvisi arasındakı bucaqla təyin olunur.
GSM-mobil rabitə üçün qlobal sistem
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
Glochidion sisparense
Heliosentrik sistem
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. == Hüquqi status == Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Hrim-2 (raket sistemi)
Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. "Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır". "Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.

Digər lüğətlərdə