Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Maus
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır == Adlandırma == Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Xaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Erigeron canus
Erigeron canus (lat. Erigeron canus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Felis catus
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis chaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Gevork Çavuş
Jaguar Cars
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Karl Qaus
Yohan Karl Fridrix Qauss (30 aprel 1777[…], Braunşveyq, Müqəddəs Roma imperiyası[…] – 23 fevral 1855[…], Göttingen, Hannover krallığı[d], Almaniya ittifaqı[…]) — görkəmli alman riyaziyyatçısı, astronom və fiziki, bütün dövrlərin ən yaxşı riyaziyyatçılarından biri, "riyaziyyatın kralı" hesab olunur. == Həyatı == Göttingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən "Ədədi tədqiqatlar" adlı əsərini yazmışdır. Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi, kvadratik formaların qısa ifadəsi, n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır. Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı. O, XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü qənaətinə gəlmişdir. Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi adlandırmışdı. Ədədlər nəzəriyyəsi, riyazı analiz, differensial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misilsiz töhfələr vermişdir. Qaussun fitri istedadı özünü uşaq ikən büruzə verir. Deyilənə görə hələ ibtidai məktəbdə oxuduğu vaxt özünün ilk riyazi kəşfini edir. Belə ki, müəllimi şagirdlərini uzun müddət məşğul etmək məqsədilə onlara 1-dən 100-ə qədər bütün natural ədədlərin cəmini tapmağı tapşırır.
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Lotus Cars
Lotus Cars, 1952-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil şirkətidir. Bu gün şirkət Protonun bir hissəsidir.
MG Cars
MG Cars — 1924-cü ildən 2005-ci ilə qədər idman avtomobilləri çıxaran Britaniya avtomobil markası. İki qapılı üstü açıq idman avtomobilləriylə tanınır. 2005-ci ilin iyul ayında Çinin Nanjing Avtomobil Qrupu MG adını və onun istehsal müəssisələrini satın aldı. "MG" adını və fabrikini satın alan ikinci Çin şirkəti Nanjing de, Çin və İngiltərədə NAC MG adı ilə istehsalata başladı. 2007-ci ildən bəri Çinin digər SAÍC qrupu ilə birləşərək istehsala davam etdilər.
Mikki Maus
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Perseus (casus)
Perseus real olduğu təqdirdə, Manhetten layihəsi inkişafı əsnasında Los Alamos Milli Laboratoriyasına soxularaq Birləşmiş Ştatların milli təhlükəsizliyini pozduğunu və nəticədə Sovetlər üçün Sovet İttifaqında mühüm rol oynayacağını ehtimal edən bir Sovet atom casusunun kod adı idi. nüvə silahlarının inkişafı. Mövzunu tədqiq edənlər arasında Perseusun heç vaxt mövcud olmadığı və əslində Sovet kəşfiyyatının bir yaradılması olduğu barədə bir fikir birliyi var. Albright, Joseph; Kunstel, Marcia. The Perseus Myth // Times Books (redaktor). Bombshell: The Secret Story of America's Unknown Atomic Spy Conspiracy (ingilis) (First) (September 16, 1997 tarixində nəşr olunub). 1997. ISBN 978-0812928617. İstifadə tarixi: November 11, 2020. Benson, Robert L. The Venona Story (PDF) (ingilis).
Qevorq Çavuş
Ranunculus canus
Ranunculus canus (lat. Ranunculus canus) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Rhophitoides canus
Rhophitoides canus (lat. Rhophitoides canus) — buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinə aid olan növ. Bütün təbii zona və hündürlük qurşaqlarında təsadüf edilir, çay kənarları və meyvə bağlarında məskunlaşır. Sosial növ deyil, Azərbaycanda aprel-iyul aylarında uçur, bir nəsil verir. Paxlalılar fəsiləsinin oliqotrofudur, qarayoncanın aktiv tozlandırıcılarından biridir, bəzən qarayonca sahələrində bütün arıkimilərin 60%-i təşkil edir. Qida bitkiləri gəvən, çölnoxudu, qurdotu. adaçayı, bəlğəmotu və s. Avropa-asiya növüdür. Avropa və Asiyanın çöllük zonalarında daha geniş yayılmışdır. Ədəbiyyat məlumatlarına görə Fransa, Almaniyada (lokal olaraq), Yuqoslaviyada, Rumıniya, Qafqaz, Şimali Türkiyə, İran, Başqırdıstan, Özbəkistan, Qırğızıstan, Monqolustandan məlumdur.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Siseron (casus)
İlyas Bazna (türk. Elyesa Bazna, alb. Iliaz Bazna), kod-adı Siseron (türk. Çiçero, alb. Ciceron, alm. Cicero‎; d. Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası, 28 iyul 1904 – ö. 21 dekabr 1970, Münhen, AFR) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasına xidmət göstərmiş casus. O vaxtlar Osmanlı imperiyası ərazisində yerləşən Priştina şəhərində anadan olan Bazna 16 yaşında ikən hərbi akademiyaya daxil olmuş, bir fransız hərbi vahidinə qoşulmuşdur. O, avtomobil və silah oğurlarkən tutulmuş və Fransadakı bir iş düşərgəsində həbs edilmişdir.
Casus proqram
Casus proqram (ing. spying software) — bir şəxs və ya təşkilat haqqında məlumatlar toplamaq və onları istifadəçinin məxfiliyini pozmaqla, cihazının təhlükəsizliyini riskə atmaqla və ya digər vasitələrlə istifadəçiyə zərər verəcək şəkildə başqa quruma göndərmək məqsədi daşıyan zərərli davranışa malik proqram təminatı. Bu davranış zərərli proqramda və qanuni proqram təminatında mövcud ola bilər. Veb-saytlar veb izləmə kimi casus proqram davranışları ilə məşğul ola bilər. Aparat təminatı da bundan təsirlənə bilər. Casus proqram tez-tez reklamla əlaqələndirilir və qeyd olunan problemlərin bir çoxunu əhatə edir. Bu davranışlar geniş yayıldığı üçün və zərərli olmayan istifadələrə malik ola bildiyindən, casus proqram təminatının dəqiq açıqlamasını yazmaq çətin məsələdir. == Tarixi == Casus proqram termininin ilk qeydə alınmış istifadəsi 16 oktyabr 1995-ci ildə Usenet-də Microsoft-un biznes modelini ələ salan postda olub. Spyware əvvəlcə casusluq məqsədləri üçün nəzərdə tutulmuş proqram təminatını ifadə edirdi. 2000-ci ilin əvvəlində Zone Labs-ın təsisçisi Qreqor Freund ZoneAlarm Personal Firewall üçün yayımlanmış press-relizdə bu termindən istifadə etdi.
Casus foederis
Casus foederis və ya casus fœderis Latın dilindən tərcümədə "müqavilənin qüvvəyə minməsi və məcburi olması şərti" deməkdir. Diplomatik dillə ifadə edilərsə, o, ittifaqın şərtlərinin qüvvəyə mindiyi vəziyyəti təsvir edir və müttəfiqlərdən birinə hücum edildiyi zaman hücuma məruz qalmış olan müttəfiqə hərtərəfli tədbirləri nəzərdə tutur. Casus foederis, müdafiə ittifaqı vəziyyətində müttəfiqlərdən birinə qarşı müharibə elan edildikdə və ya başladıldıqda baş verir. Müttəfiqlik müqavilələri tez-tez nəyin casus foederis hesab ediləcəyini müəyyənləşdirir. == Tarixi nümunələri == === NATO === NATO-nu yaradan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi “casus foederis” kimi təsvir edilir və bu maddəyə görə onun üzvlərinin hər hansısa birinə hücum edilərsə və ya hücum təhlükəsi olarsa, buna qarşı müdafiə təmin edilir və bu üzvə edilmiş hücum təşkilatın bütün üzvlərinə qarşı edilmiş olan hücum kimi dəyərləndirilsə də, sözügedən maddənin reallıqda tətbiqi sadəcə olaraq bircə dəfə həyata keçirilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-a edilmiş olan hücumlardan sonra təşkilata üzv ölkələr Vaşinqton administrasiyasına hərbi dəstək vermək məcburiyyətində qalmışdırlar.
Honoris causa
Fəxri doktor (honoriz kauza, lat. honoris causa — "şərəf naminə", qısaca h. c.) — dissertasiya müdafiə etmədən elmlər doktoru və ya fəlsəfə doktoru / sənətşünaslıq doktoru / pedaqoji elmlər doktoru / ilahiyyat elmləri doktoru / musiqi elmləri doktoru (elmi dərəcələr sistemindən asılı olaraq) dissertasiya müdafiə etmədən, ərizəçinin mühüm xidmətləri əsasında verilir. elm və ya mədəniyyət. Dərəcə verən qurum adətən açıq şəkildə bildirir ki, o, fərdin fakültədə olmasını şərəf hesab edir, hətta bu mövcudluq simvolik olsa belə. Formula Dr. h. c. mult. bu şəxsin bir neçə dəfə (bir neçə təhsil müəssisəsində) Fəxri Doktor adına layiq görüldüyünü göstərir.
Çaul döyüşü
Çaul döyüşü — bir tərəfdən Portuqaliya donanması ilə digər tərəfdən Misir Məmlükləri, Qucarat sultanlığı və Kaliküt şəhərinin birləşmiş donanması arasında dəniz döyüşü. Döyüş 1508-ci ilin martında Hindistanın şimal-qərbindəki Çaul körfəzində baş verib. Döyüş 8 gəmidən 6-nı itirən portuqalların tam məğlubiyyəti ilə başa çatdı. Portuqaliyalı komandan, Hindistanın ilk portuqaliyalı canişini Fransisko de Almeydanın oğlu Lourenço de Almeyda da döyüşdə həlak oldu. Döyüş portuqalların Hind okeanında ilk məğlubiyyəti idi. Hindistandan gələn ədviyyat ticarətinə fəal şəkildə müdaxilə edən portuqallar Hindistanın cənubunda Kerala sahillərində özlərinə istinad mövqesi qurdular. Ədviyyat yolunu ələ keçirməyə çalışan portəgizlər bölgədəki mühüm strateji məntəqələri tutmağa başladılar. Tədricən onlar İndoneziya, Moluk adaları və Çindən ticarət yollarının kəsişdiyi Qücərata nəzarət etməyin vacibliyini dərk etdilər. Portuqallara bölgədəki ədviyyat ticarətinə nəzarət edən qüvvələr koalisiyası müqavimət göstərməyə başladı. Bu koalisiyaya Kaliküt, Qücərat, Misir və Venesiya daxil idi.