Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Foreşok
Foreşok və ya ilkin seysmik təkan — daha geniş seysmik tədbirdən (mainşok) baş verən zəlzələ tipi. Hadisələrin tam ardıcıllığı məlum olandan sonra ilkin seysmik təkan, mainşok və ya zəlzələni təyin mümkündür. 2002-ci ildə Sumatra adasındakı zəlzələ bu tipə aid edilsə də, bu zəlzələ sunaminin baş verməsinə səbəb kimi qiymətləndirildi.
Çerkessk
Çerkessk (rus. Черкесск) — Rusiya Federasiyasının Qaraçay-Çerkesiya Respublikasında şəhər. Tarixi Batalpaşa (rus. Баталпашинск), müasir adı Çerkessk olan şəhər Qaraçay-Çərkəz Muxtar vilayətinin inzibati mərkəzidir. (Qaraçay türkləri özlərinə "qaraçaylı" deyirlər). 1787-1791-ci illər Rus-Türk müharibəsi tam şiddəti ilə qızışmaqda idi. Torpaq üzərində qurban gedən şəhidlərlə birlikdə qəsbkarlara da məzar olan İsmayıl qalasının zəbt olunduğu vaxt (1790) Kuban nəhri də qanla ləbələb axırdı. Bir-birini təqib edən Qafqaz müharibələri şəraitində genişlənən rus işğalından yaxa qurtarmaq istəyən Qafqaz xalqlarının yardım tələbiylə Osmanlı dövləti 1789-cu ildə Battal paşa komandanlığı altında Qara dəniz sahillərinə 30 minlik qüvvə çıxarmışdı. Budur, şücaətli Batal paşa Anapadan üzü yuxarı Kuban boyunca hərəkətə keçmişdir. II Yekaterinanın 10-15 il əvvəl Qara dəniz boyunca yerləşdirdiyi kazaklar Kuban sahillərində qafqazlıların qarşısını kəsdilər.
Eresk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Stanislav Çerçesov
Stanislav Salamoviç Çerçesov (2 sentyabr 1963, Alagir, Şimali Osetiya MSSR) (rus. Станислав Саламович Черчесов, [stənʲɪˈslaf sɐˈlaməvʲɪtɕ tɕɪrˈtɕɛsəf], oset. Черчесты Саламы фырт Станислав) — Sovet İttifaqı və Rusiya fubolçusu və beynəlxalq futbolçudur. 2016-cı ilin avqustunda Rusiya millisinin baş məşqçisi təyin edildi və komandasına 2018 FIFA Dünya Kubokunun dörddəbir finalına çıxmasına kömək etdi. Komanda UEFA Avro 2020 qrup mərhələsində mübarizəni dayandırdıqdan sonra Rusiya millisindən uzaqlaşdırıldı. Şərqlə Qərb arasında birləşdikdən bir neçə il sonra, keçmiş Şərqi Almaniyanın "Dinamo Drezden" komandası üçün Almaniya çempionatında 57 oyun keçirdi. Çerçesov Rusiya yığmasında 1994 Dünya Kubokunda və 1996 Avroda oynayıb. Sovet İttifaqının dağılmasından sonra komandada 39 oyuna çıxdı. Çerçesov 1995 -ci ildə Amerikaya, 1997 -ci ildə isə Avropa ilə Afrikaya qarşı xeyriyyə oyununda FİFA komandasının heyətində bir dəfə meydana çıxdı. Çerçesov 2004 -cü ilin yanvar -noyabr aylarında FC Kufsteinin meneceri, 2004 -cü ilin noyabr ayından 2006 -cı ilin may ayına qədər FC Wacker Tirolun meneceri idi.
Yelizaveta Mereşko
Yelizaveta Danilovna Mereşko (ukr. Єлизавета Данилівна Мерешко, 8 iyul 1992, Xerson) — Yay Paralimpiya Oyunlarının ukraynalı üzgüçüsü, çempionu və mükafatçısı. Beynəlxalq səviyyəli Ukrayna idman ustasıdır. Herson Regional Bədən Tərbiyəsi və İdman Əlaqələri İdman Mərkəzində "İnvasport" üzgüçülüklə məşğul olur. 2014-cü ildə Avropa çempionatının bir neçə dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. Dünya çempionatının üç dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. 2016-cı ildə Avropa Çempionatının bir neçə dəfə çempionu, ikiqat bürünc medalçı olmuşdur. Təkərli kürsüdən istifadə edir.
Əli Fuad Cəbəsoy
Əli Fuad Paşa (23 sentyabr 1882 və ya 1882, Konstantinopol – 10 yanvar 1968, İstanbul) — Türkiyənin dövlət, hərbi və siyasi xadimi. Əli Fuad Paşa Ali hərbi təhsil almış, Balkan müharibələrində (1912–13) və Birinci dünya müharibəsində (1914–18) iştirak etmişdir. Kazım Qara Bəkir paşa, Bəkir Sami bəy və digər türk milli azadlıq mücadiləsi xadimləri ilə birlikdə Mustafa Kamal Atatürkün 1919-cu il iyunun 20-də bəyan etdiyi Amasya təlimatını imzalamışdı. 1920-ci il aprelin 23-də Ankarada işə başlamış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin Moskvadakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş və 1921-ci il fevralın 18-də Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-mart aylarında Yusif Kamal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada RSFSR xarici işlər naziri Georgi Çiçerinlə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazovla danışıqlar aparmışdır. Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsi məsələsinin uğurla həll edilməsi sahəsində gərgin və səmərəli diplomatik fəaliyyət göstərmişdir. Danışıqlarda məhz Türkiyə diplomatlarının, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsinin (Moskva, 16 mart 1921-ci il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtariyyət verilməsi razılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948-ci ildə isə TBMM başqanı seçilmiş və Türkiyə Cümhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlanmasında fəal rol oynamışdır. 1960-cı illərdən elmi fəaliyyətlə məşğul olmuşdur. "Sinif yoldaşım Atatürk", "Moskva xatirələri" və sair əsərlərin müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Çerek rayonu
Çerek rayonu (kab.-çərk. Шэрэдж район / Шэрэдж куей, qaraç.-balk. Черек район) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kaşxatau qəsəbəsidir. Çerek rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Çeqem rayonu, şimalda Urvan rayonu, şərqdə Leskenski rayonu, həmçinin qərbdə Şimali Osetiyanın Diqora rayonu, cənubdan Gürcüstan. Rayonun sahəsi 2215,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Çerek rayonu Rusiya Federasiyasındakı ən yüksək rayonlarından biridir. Əsas torpaq kütləsi dağlıq zonada yerləşir.
Çerek çayı
Çerek çayı (Qaraç-balk:Шэрэдж) — Kabardino-Balkariyada yerləşən və Baksan çayına tökülən çay. Çerek balkarca və eləcə də türkcə çay deməkdir. Çayın uzunluğu 79 km həcmi isə 3070 км²-dir. Çerek çayı Balkar Çerek (54 km) çayı ilə Bezengi Çerek (46 km) çayının Babukent kəndi yaxınlığında qovuşması ilə formalaşır. Çayın qidalanması əsasən qar və buzlaqlardandır. Çayın üzərində yerləşən yaşayış məntəqələri bunlardır: Babukent, Kaşxatau, Zaragij, Auşiger, Psıqansu, Köhnə Çerek, Aşağı Çerek, Psınabo, Mayskiy.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çərək pauza
Çərək pauza — uzunluğuna görə çərək nota bərabər olan pauza.