Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus)Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Sərkeş
Sərkeş (Culfa)
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. == Tarix == Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. == Siyasi quruluşu == Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Teyyubov Çərkəz
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vərkəş (Şəbüstər)
Vərkəş (fars. وركش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (109 ailə).
Çərkəz Cəfərov
Cəfərov Çərkəz Məmiş oğlu (1942, Dəmirçi, Noraşen rayonu) — Azərbaycanın tanınmış cərrahı. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri. Professor. == Həyatı == 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində kolxozçu ailəsində doğulmuşdur. 1959-cu ildə kənd orta məktəbinin bitirib Tibb İnstitutuna daxil olmuşdur. Ç. M. Cəfərov 1965-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun bitirdikdən sonra 4 saylı Bakı şəhər klinik xəstəxanasının köks cərrahlığı şöbəsinə işə göndərilmişdir. Köks cərrahlığı şöbəsinin Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət institutuna verilməsi ilə əlaqədar 1967-ci ildən İnstitutun əməkdaşı olmuşdur. 1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə "Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKTİ-yə qayıtmışdır. 1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nın köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. Köks cərrahlığı şöbəsində bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi ilşlə məşğul olmuşdur.
Çərkəz Həsənov
Həsənov Çərkəz Muxtar oğlu (21 fevral 1965, Musaköy, Qazax rayonu – 19 iyun 1992, Aterk) — Azərbaycan Silahlı Qüvvələrinin gizir, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1965-ci ildə Qazax rayonunun Musaköy kəndində anadan olmuşdur. Çərkəz Həsənov 1987-ci ildə ailə qurmuş, iki övladı dünyaya gəlmişdir. Çərkəz Həsənov Gəncədə 5477 saylı (indiki 17072 saylı daxili qoşunlar) hərbi hissənin avtomobil bölüyündə gizir işləmişdir. 19 iyul 1992-ci il. Ağdərənin Həsənriz (Aterk) kəndi uğrunda gedən qanlı döyüşlər İşəhidlik zirvəsinə yüksəlir. == Təltifləri == “Vətən uğrunda” medalı ilə Həsənov Çərkəz Muxtar oğlu – gizir (ölümündən sonra). təltif edilmişdir.
Çərkəz Muradov
Fərman Musa oğlu Muradov (1918, Aşağı Yağlıvənd, Qaryagin qəzası) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. == Həyatı == Musanın ikinci oğlu Çərkəz 1918-ci ildə anadan olmuşdu. O da ailəsi ilə birlikdə Qazaxıstana sürgün olmuşdu. Çaldır-çuldur əməldən əl çəkib öz sadə həyatının mənasını halal zəhmətdə görən, bütün gənclik enerjisi və qabiliyyəti ilə çalışan Çərkəzin də taleyi üzünə gülmüşdür. Çuğundur üzrə manqa başçısı işləyən və elə birinci ildən bol məhsul götürən və hünəri, qeyrəti, işi və əməli ilə sübut etmişdir ki, dünyada sağalmayan yaralar yoxdur. 1937-ci ilin faciəsi onun arzusu və istəyi puç olmuş bir yağləvəndli kimi sıxsa da, sarsıtsa da o həyata, adamlara inamını itirməmişdi. Çünki bütün insanlar kimi onun da doğmaları, ailəsi, uşaqları vardı. O, varlığı ilə çalışırdı. Çalışırdı ki, yaxınlarının üzünü ağartsın, soylarını üzqaraçılığını boynundan atsın. 1947-ci ildə ona da qardaşı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad, fəxri ünvan verilmişdi.
Çərkəz Məcid
Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) — şair, yazıçı, tənqidçi. == Həyatı == Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1956-1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir. Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır.
Çərkəz Teyyublu
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çərkəz Teyyubov
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Çərkəz soyqırımı
Çərkəz Soyqırımı — 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə Rusiya imperiyası tərəfindən çərkəz əhalisinin 90 faizinin tarixi vətənindən qovulması və məhv edilməsi. Çərkəz mühacirlərinin böyük bir hissəsini Osmanlı İmperiyası qəbul edib. Gürcüstan, Rusiya İmperiyasında çərkəzlərə qarşı soyqırım aktı törətməklə onların kütləvi surətdə qətlə yetirilmələrini və qovulmasını tanıyan ilk ölkə olub.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. == Həyatı == İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı.Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı.Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər. Qərb çərkəzlərinə hökm edən İnal 1434-cü ildə şərq çərkəzləri üzərinə təşkil edilən edərək, 1438-ci ildə Kuban çayının şimalına təşkil edilən hücumla Krım tatar boylarını Ten çayına qədər qovduğu səfərlər başda olmaqla, çərkəzlər yaşayan yerlərin tamamını və ya böyükbir qismini bir dövlətin hakimiyyəti altında birləşdirməyi bacardı.Dövləti 40 bölgəyə ayıran İnal hər bölgəyə bir hakim təyin etdi. İnal tərəfindən qurulan bu yeni çərkəz dövlətinin paytaxtı İnalın doğulub-böyüdüyü Taman bölgəsindı yerləşən Şencir şəhəri idi.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Çərkəz Məclisi
Çərkəz Məclisi (çərkəz: Адыгэ Хасэ) və ya rəsmi olaraq Böyük Azadlıq Məclisi (Çərkəz: Шъхьафитныгъэ Хасэшхо), Çərkəziyanın sonuncu parlamentidir. Avropa məclislərindən ruhlanan məclis hərbi komandirlər, ruhanilər və ziyalılardan ibarət idi. 1861-ci ildə Soçidə keçirilən iclasın nəticəsi olaraq Məclis rəsmi olaraq yaradıldı və əvvəlki ənənəvi qəbilə məclisini əvəz etdi. Assambleya digər ölkələrdən dəstək almaq üçün digər ölkələrlə əlaqələr qurdu. Parlament binası rus ordusu tərəfindən tutularaq dağıdılıb. Bundan sonra bəzi üzvlər “Çərkəz liderlərindən Əlahəzrət Kraliça Viktoriyaya sülh” başlıqlı məktub yazaraq Britaniya İmperiyasından humanitar yardım istəyiblər. == Tarix == === Məclisin təşkili === Ənənəvi qəbilə məclisləri çərkəz xalqı arasında həmişə mövcud olub. 1700-cü illərdə Çərkəziyanın müxtəlif bölgələri hər il bir araya gələrək parlament iclası keçirməyə və ölkəni birgə idarə etməyə başladılar, beləliklə, Çərkəzlərin birləşmə prosesi başladı və Çərkəz Konfederasiyası quruldu. Mərkəzləşmə günü-gündən sürətlənirdi. Avropadan ilham alan ilk assambleya 1820-ci ildə quruldu.
Aşağı Tərkeş (Piranşəhr)
Aşağı Tərkeş (fars. تركش سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Behbud bəy Çərkəz
Behbud bəy olaraq da bilinən Behbud xan Çərkəz I Şah Abbasın (1588-1629) dövründə xidmət edən çərkəz mənşəli Səfəvi məmuru və qulam. 1606-cı ildə Qoxlan, 1620-ci ildə Qaskar və 1620-1629-cu illərdə Astrabad bəylərbəyliyini idarə etdi. 1615-ci ildə Behbud xan Çərkəz vəliəhd Məhəmməd Baqir Mirzəni I Abbasın əmri ilə öldürdü. == Mənbələr == Butler, John Anthony. Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. 2012. səh. 403. ISBN 978-0866984751.
Firudin xan Çərkəz
Firudun xan Çərkəz (vəfatı 1620/21) – I Şah Abbas dövründə (1588–1629) 1605/06-1620-ci illərdə Astrabad bəylərbəyi olan çərkəz əsilli Səfəvi məmuru və bir sərkərdə. == Tərcümeyi-hal == Firudin gənc yaşda qaçırıldı və yeddi ildən çox əsirlikdə oldu. Nəhayət, onu Səfəvi şahlıq sarayının adından fəaliyyət göstərən tacirlər qulam olaraq aldılar. Bundan sonra o, şahın zirehini qoruyucu vəzifəsinə yüksəldi (qurçi-e zereh) və bununla da şah sarayı daxilində genişlənmiş qulamın (qolaman-e xasseye şarife) bir parçası oldu.1605-ci il oktyabrın sonlarında, 1603-1618-ci illər Osmanlı-Səfəvi müharibəsi dövründə, Azərbaycanda Osmanlılara qarşı ağır mübarizə dövründə Mokri qəbiləsindən bir kürd əsir I Şah Abbas öldürməyə cəhd etdi. Lakin Firudin xan Çərkəz Şah Abbasın həyatını xilas etdi. Cəsurluğuna görə mükafat olaraq Şah Abbas onu 1605-ci ilin dekabrında və ya 1606-cı ilin noyabr ayında Astrabad əyalətinin qubernatoru (bəylərbəyi) təyin etdi. Səfəvilər dövrünün bir hissəsində, o cümlədən Firudin xan Çərkəzin vəzifəsi dövründə Astrabad əyaləti bugünkü Gülüstan, Simnan və Şimali Xorasan əyalətlərini əhatə edirdi.Firudinin qubernator kimi əsas vəzifəsi Astarabad əyalətinin Xarəzmdəki müxtəlif türkmən köçərilərindən, eləcə də Astarabad əyalətinin şimal ərazilərindəki yerli türkmənlərdən təhlükəsizliyini və qorunmasını təmin etmək idi. Onlar ərazilərini genişləndirməyə və tez-tez basqınlar keçirməyə can atırdılar. Nəticədə vilayətin şimal ərazilərində bu köçərilərə qarşı bir neçə müharibə aparmalı oldu. Firudinin başçılıq etdiyi bu uğurlu müharibələr (həmçinin erkən həyatının qısa bir dövrü) Məḥəmməd Tahir ibn Həsənin (Ḵādem-e Besṭāmi’) tərəfindən Fotuḥāt-e Fereyduniyeh əsərində təsvir edilmişdir.
Cərcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. == Təsviri == Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanlarıXəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.6, 7 və 8 növlərin səbəbləri tam aydın deyil.