Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çinka məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır. 1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir. 1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur. 2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur. Vikianbarda Akiba məbədi (Tayto) ilə əlaqəli mediafayllar var.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
Akiba-cinca
Akiba məbədi (秋葉神社, Akiba-cinca) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur. Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır. Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur. Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir.
Futarasan-cinca
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur. Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir. Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F).
Hie-cinca
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
Yoşida-cinca
Yoşida məbədi (吉田神社, Yoşida-cinca) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. 859-cu ildə Fucivara klanı tərəfindən qurulmuşdur. Məbəd erkən Heyan dövründə imperiya himayəsində olmuşdur. 965-ci ildə İmperator Murakami Yaponiyanın qoruyucu kamisinə vacib məlumatları çatdırmaq üçün məbədlərə xəbərçatdıranlar yollamağı əmr etmişdir. Bu heyhakular əvvəlcə 16 məbədə xəbər çatdırmaq üçün nəzərdə tutulmuşdur. 991-ci ildə İmperator İçico Murakaminin siyahısına Yoşida məbədi də daxil olmaqla daha üç məbəd əlavə etmişdir. 1871-ci ildən 1946-cı ilə kimi hökumət tərəfindən Kanpey-çuşa hesab olunurdu. Bu statusa malik məbədlər hökumət tərəfindən dəstəklənən ikinci dərəcəli məbədlər hesab olunurdu. Yoşida şintoizminin qurucusu Yoşida Kanetomo bu məbəddə dəfn olunmuşdur. Kiotodakı şintoist məbədlərinin siyahısı Vikianbarda Yoşida məbədi ilə əlaqəli mediafayllar var.
Çinua Açebe
Çinua Açebe (ing. Chinua Achebe, d. 16 noyabr 1930, Oqidi, Nigeriya – ö. 21 mart 2013, Boston, Massaçusets, ABŞ) — Nigeriyalı yazıçı, şair və tənqidçi. "Afrika ədəbiyyatının babası" kimi tanınırdı 16 noyabr 1930-cu ildə Nigeriyanın Oqidi şəhərində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdur. Universitetdə əvvəlcə tibb, daha sonra isə ingilis dili və tarixini öyrənmişdi. Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra Respublikasının diplomatı kimi çalışmışdır. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətəninə qayıtmışdır. 1990-ci ildə avtoqəzada iflic olan Açebe, bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-də yaşamışdır. Əsərləri onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdır.
İtsukuşima-cinca
İtsukuşima məbədi (厳島神社, İtsukushima-dzindza) - Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında (Miyacima) yerləşən şintoist məbədi. Məbəd 1996-cı ildən Ümumdünya irsinə daxil edilmişdir. Bina Yaponiyanın milli xəzinəsi elan edilmişdir. İlk məbəd ehtimala görə VI əsrdə, Susanoo tanrısının üç qızının şərəfinə inşa edilib. Məbədin hazırkı strukturu XVI əsrdə inşa edilib və 1168-ci ildə işlənən dizaynla yenilənib. İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir. Amanohaşidate dili \və Matsuşima körfəzi ilə yanaşı, adanın təpələrinin birindəki torii görünüşü "Yaponiyanın üç məşhur mənzərəsi" olaraq tanınır. Toriilər 1168-ci ildən mövcud olsa da, hazırkı görünüşü 1875-ci ilə təsadüf edilir. Toriilər kamfora ağacından hazırlanıb, hündürlüyü 16 metrdir.
Artemisia cina
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis; 21 yanvar 1956) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Çika Hirao
Çika Hirao (31 dekabr 1996, Matsudo, Çiba prefekturası) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Çika Kuroda
Çika Kuroda (黒田チカ, Kuroda Çika, 24 mart 1884 – 8 noyabr 1968, Fukuoka) – təbii piqmentlər haqqında araşdırmaları ilə tanınan Yaponiya kimyaçısı. Yaponiyanın ilk qadın kimyaçısı hesab olunur. O, 1916-cı ildə Yaponiyada elmi bakalavr dərəcəsi əldə etmiş ilk qadındır. Çika Kuroda 24 mart 1884-cü ildə Yaponiyanın Saqa şəhərində doğulmuşdur. 1901-ci ildə Saqa Normal Məktəbindən, 1906-cı ildə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuş, Fukui Normal Məktəbində müəllimlik etməyə başlamışdır. 1909-cu ildə Tokio Qadınlar Ali Normal Məktəbində köməkçi professor olmuşdur. Tohoku Universitetinin kimya fakültəsinə qəbul olunmuş və universitetin ilk qadın tələbəsi olmuşdur. Professor Macima Toşiyukinin başçılığı altında təbii piqmentlər haqqında araşdırmalar aparmağa başlamışdır. 1916-cı ildə məzun olanda universitetin köməkçi professoru təyin olunmuşdur. 1918-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.
Çika Umino
Çika Umino (羽海野 チカ, Umino Çika) (ad günü - 30 avqust) — yapon manqaka. Tokioda yaşayan Çika daha çox «Honey and Clover» manqasının müəllifi kimi tanınır. İki dəfə «Kodansha» nəşriyyatının mükafatını qazanıb: 2003-cü ildə Honey and Clover-a görə və 2011-ci ildə "March Comes in like a Lion"-a görə. Həmçinin, Higashi no Eden (2009) animesi üçün baş qəhrəmanların obrazlarını tərtib etmişdi. Çika Umino müəllifin təxəllüsdür. O, bu təxəllüsü sevdiyi yerin naminə götürüb («Umi no çikaku no yuençi» (海の近くの遊園地, hərfi: Dənizin yanındaki lunapark)). Həmçinin, bu əsl debütu için yaratdığı əvvəlki docinşi əsərinin adı idi. Dənizin yanındaki unapark və attraksion-panoramı mövzusuna Honey and Clover animesində də tez -tez rast gəlmək olardı. 2011-ci ildə «Nikkei Entertainment» jurnalı ən müvəffəqiyyətli manqakaların siyahısını açıqlamışdı. Umino siyahıda 49-cu yeri tutdu.
İnka tarixi
"İnka" termini "günəş" sözündən götürülmüşdür. Onların mədəniyyətinin tarixi 1200–1572-ci illəri əhatə edir. İnkalar ölkəsi qitənin cənub-qərbindən cənuba bir neçə min kilometrə qədər uzanırdı. Öz çiçəklənmə dövründə bu ərazidə 15–16 milyon insan yaşayırdı. İmperiyanın paytaxtı və simvolu Kusko şəhəri idi. Bu şəhər daşdan və qızıldan tikilmiş nağıl kimi idi. Şəhər İnklərin iqamətgahı idi. Ən yüksək hakimiyyət orqanları, ibadət mərkəzləri, şəhər xidmətləri burada yerləşirdi. 16-cı əsrdə şəhərin 200.000 əhalisi və 25 yaşayış evi var idi. Evlər parlaq boyalarla boyanmış, mərmər və jasperlə bəzədilmişdir.
Cina Linn
Cina Linn (15 fevral 1974, Mayaqüez[d], Puerto Riko) — amerikalı keçmiş pornoqrafik film aktrisası. Doğum adı Tanya Merkado olan Cina Linn 14 fevral 1974-cü ildə italyan ailəsində anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Nyu-Cersi köçüb. O, Nyu-Cersi ştatının Cekson qəsəbəsində böyüyüb. 1997-ci ildə Çeri jurnalı üçün poza verib. 2000-ci ilin iyununda o, "Pleasure Productions" ilə bir illik müqavilə bağlayıb. 2002-ci ildə Eminemin "Supermen" mahnısının klipində çəkilib. 2012-ci ildə sənayedən ayrıldığını açıqladı.
Cina Lollobricida
Cina Lollobricida (it. Gina Lollobrigida; 4 iyul 1927[…], Subyako[d], İtaliya krallığı – 16 yanvar 2023[…], Roma, İtaliya) — məşhur İtaliya aktrisası. Əsl adı Luica idi. O, 1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən tanınmış Avropa aktrisalarından biri idi. Lollobricidanın ikinci peşəsi fotojurnalist idi. Cina Lollobricida 4 iyul 1927-ci ildə mebel istehsalçısı ailəsində doğulub. Ondan başqa ailədə daha üç qız övladı var idi. Gəncliyində Lollobricida model kimi çalışaraq, bir neçə gözəllik müsabiqəsində uğurla iştirak edir. Sonralar isə onun üçün çox uğurlu kino karyerası dönəmi başlayır. Aktrisa ən məşhur rejissorların filmlərində çəkilmək üçün saysız dəvətlər alır.
Redon Cika
Redon Cica (14 iyul 1998, Lyaçi[d]) — Albaniyalı futbolçu. Albaniya Milli futbol komandasının və "Qarabağ" klubunun hücumçusu. Əsasən sol cinah vingeri və mərkəz hücumçusu kimi çıxış edir. 20 iyul 2017-ci ildə Cica ilk peşəkar müqaviləsini imzalayaraq "Laçi" komandasına qoşulur. 13 sentyabr 2017-ci ildə, Albaniya Kubokunda ilk mərhələsinin ilk oyununda "Laçi"nin heyətində debüt edir. Debüt oyununda komandası "Sopoti" klubuna 12–0 hesabı ilə qalib gəlir və Cica bu oyunda 5 qol vurur. Oyundan sonra o, vurduğu qolları ailəsinə həsr etdiyini bildirir. Albaniya çempionatında debütunu isə, 24 sentyabrda "Kukesi" komandası ilə oyunda edir. 2020–21 mövsümünün sonunda müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdi. "Laçi"nin formasını 4 il geyinən futbolçu, bütun turnirlərdə 151 oyunda meydana çıxır və 35 qol vurur.
Cinna Beynəlxalq Hava Limanı
Cinna Beynəlxalq Hava Limanı (ing. Jinnah International Airport) (IATA: KHI, ICAO: OPKC) — Kəraçi şəhərində yerləşir. Pakistanın ən böyük beynəlxalq hava limanıdır. 7 aprel 1929-cu il tarixində Kəraçi şəhərində Britaniya Hindistanında ilk hava limanının əsası qoyuldu. Pakistanın general-qubernatoru Məhəmməd Əli Cinnanın ölümündən sonra Karaçi hava limanı onun şərəfinə adlandırıldı. 1992-ci ildə hava limanında irimiqyaslı yenidənqurma işləri aparıldı və iri beynəlxalq terminal inşa edildi. Bu terminal avtomobillər üçün geniş parkinq yeri olan 7 mərtəbədən ibarətdir. Gündəlik olaraq hava limanına sərnişin axını 20.000 nəfər, bütövlükdə isə "Cinna"-dan gün ərzində 40.000 sərnişin istifadə edirdi. Kəraçidə hava limanı Pakistanın ən iri və ən müasir hava limanıdır. Britaniya Hindistanında mülki aviasiyanın atası Cuhu Bombeyə (indiki Mumbaya) Drigh Road airstrip-ə, hazırkı Cinna Hava Limanına ilk səfəri edir.
Banka
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.