Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem.Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Savaş
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, «müharibə siyasətin başqa formada davam etdirilməsidir». Albert Eynşteyn müharibə haqqında demişdir : == Ədəbiyyat == Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7-127.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. == Mövzu == Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q.Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Saba
Saba (nid. Saba) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi. Rəsmi dili Niderland dilidir. Ərazisi 13 km² olan bu adada 1,811 nəfər yaşayır. Paytaxtı Bottom şəhəridir.
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. == Mahnı haqqında == "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir.Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
Dyörd Sabad
Dyörd Sabad (mac. Szabad György; 4 avqust 1924, Arad – 3 iyul 2015, Budapeşt) — Macar siyasi xadimi və tarixçisi, Macarıstan Demokratik Formunun yaradıcısı və üzvü. Dyörd Sabad 1990–1994-cü illərdə Macarıstan Milli Məclisinə sədrlik etmişdir. O, "Batyani Professorlar Cəmiyyəti"nin üzvlərindən biri olmuşdur. Dyörd Sabad 2015-ci ildə 90 yaşında vəfat etmişdir. == Əsərləri == A tatai és gesztesi Esterházy-uradalom (1957) Forradalom és kiegyezés válaszútján 1860–61 (1967) Hungarian Political Trends… 1849–1867 (1977) Kossuth politikai pályája (1977) Az önkényuralom kora 1849–1867 (1979) Miért halt meg Teleki László?
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
La-Şaban
La-Şaban (fr. La Chabanne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 102 nəfər arasında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 55.8%). Fəal olan 70 nəfərdən 63 nəfəri (42 kişi və 21 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Marselo Salas
Marselo Salas (isp. José Marcelo Salas Melinao; 24 dekabr 1974[…], Temuko) — keçmiş Çili futbolçusu.
Perihan Savaş
Perihan Savaş (14 iyun 1955, Fateh) — Türk kino aktrisası.
Pərixan Savaş
Perihan Savaş (14 iyun 1955, Fateh) — Türk kino aktrisası.
Sabah-2
Sabah (dəqiqləşdirmə)
Sabah (ştat)
Sabah (qəzet)
Sabah — Türkiyədə 22 aprel 1985-ci ildə nəşr olunmağa başlanan gündəlik qəzet. Şüarı "Türkiyənin ən yaxşı qəzeti"-dir. Qəzet 1997-ci ilin yanvar ayından etibarən onlayn faliyyətdə göstərir. 2007-ci ildə TMSF-ə köçürülən qəzetin baş redaktoru sonradan Turkuaaz Media Qrupa qoşulmuş Erdal Şafakdır. 7 noyabr 2016 tarixindən bəri, Türkiyə daxilində Azadlıq qəzetind'n sonra ən çox tiraja sahib olan ikinci qəzetdir. == Tarixi == İzmirin Yeni Əsr qəzetini Türkiyə səviyyəsində qəzet halına gətirmə cəhdinin nəticə verməməsindən sonra, bu qrupun başındakı Dinç Bilgin sahibliyi Sabah Nəşriyyat himayəsində İstanbulda hazırlanıb, bütün Türkiyədə yayınlanmağa başlandı. İlk buraxılışı 22 aprel 1985-ci ildə çıxan qəzetin baş redaktoru Rəhmi Turan idi,. Daha sonra Zəfər Mutlu başçılıq etdiyi Sabah a Ərgün Babaxan, Ufuq Güldəmir ve Tayfun Dəvəcioğlu kimi redaktorlar rəhbərlik etmişdir . 2000-ci ildə Ciner Qrup qəzetə ortaqlardan biri kim daxil olmu şvə zaman-zaman aralıqlarla keçən bu əməkdaşlığın ardından Ciner şirkətinin də ortaq olduğu Mərkəzi Qrup tərəfindən 3 May 2005-ci ildə Sabah qəzeti satın alınmışdır. 2 yanvar 2006-cı il tarixinə Fatih Altaylı baş redaktor təyin edildi." Lakin, 2 aprel 2007-ci il tarixində Sabah TMSF tərəfindən borcları üzündən müsadirə olunmuşdur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Sabah FK
Sabah FK — Masazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. == Tarixi == "Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub. 2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb. "Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. == Karyerası == === 2009–2010-cu illər: İran yığması === Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Savaş Ay
Savaş Ay (26 mart 1954, Qaziantep – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri. == Həyatı və fəaliyyəti == Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb. İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi. Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.
Seyfəddin Şaban
Əbül-Fütuh əl-Məlikül-Kamil Seyfəddin Şaban ibn Məhəmməd bin Kalavun (d.? - ö.1346) — Məmlük sultanı (1345-1346). == Həyatı == Məhəmməd ibn Kalavunun taxta keçən beşinci oğludur; qardaşı Əbül-Fida əl-Məliküs-Salih İsmailin ölümündən sonra taxta çıxdı (4 avqust 1345). Ögey atası Arqun əl-Alai digər şahzadələrdən Hacını dəstəkləyən əmirləri Qahirədən uzaqlaşdırdı və onun səltənət dönəminin son aylarına qədər hakimiyyəti əlində tutdu. əl-Məlikül-Kamilin iqtidarını sona çatdıran krizis, etməyi düşündüyü Hicaz səyahəti üçün yeni vergilər qoyması üzündən çıxdı. Bütün şikayətlərə rağmən anasıyla xanımlarının basqısından dolayı sultanın bu səyahətə çıxmaqda və vergiləri qaldırmamaqda israr etməsi bir çox əmiri ona qarşı hərəkətə keçirdi. Müxaliflərin lideri Dəməşq naibi Yelboğa əl-Yəhyavi, alınacaq vergi dolayısıyla Suriya xalqının böyük sıxıntıya düşəcəyini irəli sürərək sultana Hicaz səfərini gələcək ilə ertələməsini önərdi; ayrıca onu taxtdan endirməklə təhdid etdi. Arqun əl-Alainin müxalifləri haqlı bulması və Misir xalqının da eyni şəkildə maddi sıxıntıya düşəcəyini söyləməsi üzərinə əl-Məlikül-Kamil, Yelboğaya yumuşaq ifadəli bir məktub göndərərək tövsiyələrinə uyacağına və qarşı çıxılan davranışlarını düzəldəcəyinə dair söz verdi. Ancaq daha sonra yenə qadınların israrıyla fikrini dəyişdirdi və bütün naiblərə yeni vergiləri həmən toplayıb göndərmələrini əmr etdi. Bu gəlişməylə birlikdə ölkədə qiymətlər yüksəldi və xalq böyük bir sıxıntıya düşdü.
Yabaş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Şaban (Xudabəndə)
Şaban (fars. شعبان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (109 ailə).