SABAH

Ərəb mənşəlidir, sübh, səbuhi sözləri ilə qohumdur. Bizdə günorta (gecədən sonrakı) kəlməsi işlədilib (müqayisə et: bazar ertəsi). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RZA
SABİT
OBASTAN VİKİ
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir. Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
Sabah-2
Sabah (dəqiqləşdirmə)
Sabah (ştat)
Sabah (qəzet)
Sabah — Türkiyədə 22 aprel 1985-ci ildə nəşr olunmağa başlanan gündəlik qəzet. Şüarı "Türkiyənin ən yaxşı qəzeti"-dir. Qəzet 1997-ci ilin yanvar ayından etibarən onlayn faliyyətdə göstərir. 2007-ci ildə TMSF-ə köçürülən qəzetin baş redaktoru sonradan Turkuaaz Media Qrupa qoşulmuş Erdal Şafakdır. 7 noyabr 2016 tarixindən bəri, Türkiyə daxilində Azadlıq qəzetind'n sonra ən çox tiraja sahib olan ikinci qəzetdir. İzmirin Yeni Əsr qəzetini Türkiyə səviyyəsində qəzet halına gətirmə cəhdinin nəticə verməməsindən sonra, bu qrupun başındakı Dinç Bilgin sahibliyi Sabah Nəşriyyat himayəsində İstanbulda hazırlanıb, bütün Türkiyədə yayınlanmağa başlandı. İlk buraxılışı 22 aprel 1985-ci ildə çıxan qəzetin baş redaktoru Rəhmi Turan idi,. Daha sonra Zəfər Mutlu başçılıq etdiyi Sabah a Ərgün Babaxan, Ufuq Güldəmir ve Tayfun Dəvəcioğlu kimi redaktorlar rəhbərlik etmişdir . 2000-ci ildə Ciner Qrup qəzetə ortaqlardan biri kim daxil olmu şvə zaman-zaman aralıqlarla keçən bu əməkdaşlığın ardından Ciner şirkətinin də ortaq olduğu Mərkəzi Qrup tərəfindən 3 May 2005-ci ildə Sabah qəzeti satın alınmışdır. 2 yanvar 2006-cı il tarixinə Fatih Altaylı baş redaktor təyin edildi." Lakin, 2 aprel 2007-ci il tarixində Sabah TMSF tərəfindən borcları üzündən müsadirə olunmuşdur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Sabah FK
Sabah FK — Masazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub. 2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb. "Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Məhəmməd Sabah əl-Səlim əs-Sabah
Məhəmməd Sabah əl-Səlim əs-Sabah (10 oktyabr, 1955)—Küveytin xarici işlər naziri. 10 oktyabr 1955-ci ildə Küveytdə anadan olub. 1978-ci il – Klaremont MKKenna kolleci, iqtisadiyyat fakültəsi, humanitar elmlər üzrə bakalavr dərəcəsini alıb. 1985-ci il – Harvard universiteti, iqtisadiyyat fakültəsi, fəlsəfə doktoru, humanitar elmlər üzrə magistrdir. 1987-93 – Ali Planlaşdırma Şurasının İqtisadi məsələlər üzrə Komitəsinin Sədri 1992 – Küveyt-ABŞ Cəmiyyətinin İcraiyyə Komitəsinin təsisçi-üzvü yanvar 1993-cü il – Küveyt Dövlətinin ABŞ-də Səfiri fevral 2001-ci il – Xarici İşlər üzrə Dövlət Naziri iyul 2003-cü il – Xarici İşlər Naziri fevral 2006-cı il – Baş Nazirin müavini, Xarici İşlər Naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah 28 may 2008-ci il – Baş Nazirin müavini və Xarici İşlər Naziri vəzifələrinə yenidən təyin edilmişdir. Evlidir, dörd övladı var. Ərəb və ingilis dillərini bilir.
Sabah (yaradıcılıq birliyi)
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah

Dünən, bu gün, sabah
Dünən, bu gün, sabah (film, 1963)
Ağdam Bu Gün, Sabah (1990)
Ağdam bu gün, sabah filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir.
Ağdam Bu Gün, Sabah (film, 1990)

"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi. Film 3 hissədən ibarətdir. Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib. İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb.
Dünən, bu gün, sabah (film, 1992)
Filmdə demokratiya, azadlıq, ziyalı və s. məsələlərdən bəhs edilir.
Əlbu Sabah
Əlbu Sabah — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini etnik türkmanlar təşkil edir.
"Sabah" Yaradıcılıq Birliyi
Əl-Sabah sülaləsi
Əl-Sabah sülaləsi — Küveyti təqribən 200 ildən artıqdır ki, idarə edən xanədandır. Sülalə adını, Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ulu babasının adından alıb. Əl-Sabah sülaləsi Küveyti 1752-cu ildə başlayaraq idarə edirlər.
Sabah-2 FK
"Sabah-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sabah" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Malayziya Sabah Universiteti
Malayziya Sabah Universiteti (MSU)— Malayziyanın Sabah ştatında dövlət universiteti. Sabah ştatının Kota Kinabalu körfəzində 999 hektar ərazidə yerləşir. Kinabalu dağı və Cənubi Çin dənizi fonunda tikilən MSU Cənub-Şərqi Asiyanın ən gözəl universitetlərindən biri hesab olunur. MSU-də ilkin qeydiyyat 1995-ci ildə 205 tələbə ilə bakalavr səviyyəsində başlamışdır. Yarandığı ilk illərdə MSU müvəqqəti icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi və universitetin tədris və təlim fəaliyyəti 1995-ci ildə Likasdakı Sabah Fondu İcma Kollecinin və 1996-cı ildə Menggatal Telekom Təlim Kollecinin binalarında həyata keçirilirdi. 1999-cu ilin yanvarında universitet MSU Labuan Beynəlxalq Kampusunun açılması ilə Labuan Federal ərazisinə qədər öz akademik fəaliyyətini genişləndirdi. 1999-cu ilin iyunundan 2000-ci ilin may ayına qədər UMS mərhələlərlə Sepanggar körfəzindəki daimi kampusuna köçdü. Təhsil proqramları üç məktəb - Elm və Texnologiya, Biznes və İqtisadiyyat və Sosial Elmlər Məktəbləri, həmçinin Humanitar elmlər üzrə tədqiqat mərkəzi olan Bilik və Dil öyrənilməsinin Təşviqi Mərkəzi tərəfindən təklif olunurdu. Daha sonra Kota Kinabalu şəhərciyində 9 əlavə məktəb açıldı: Mühəndislik və İnformasiya Texnologiyaları, Qida Elmləri və Qidalanma, Beynəlxalq Tropik Meşəçilik, Təhsil və Sosial İnkişaf, Psixologiya və Sosial İşlər, İncəsənət Araşdırmaları, Kompüter Elmləri və Biznes və Beynəlxalq Maliyyə məktəbləri. 2002-ci ilə qədər universitet 11 Təhsil proqramı yaratdı.
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
Əgər sabah açılsa (serial)
Əgər sabah açılsa (miniserial, 1986)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir. Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə "Emmi" mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir.
Cabir əl-Əhməd əs-Sabah
Cabir III əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. جابر الأحمد الجابر الصباح‎; 29 iyun 1926, Küveyt – 15 yanvar 2006[…], Küveyt) — Küveytin 3-cü əmiri (1977-ci ildən). Küveyt şəhərində anadan olub. Küveyti 18-ci əsrdən idarə edən Əl Sabah sülaləsinə, 1921–1950-ci illərdə Küveyti idarə edən Şeyx Əhməd əl-Cabir əs-Sabahın üçüncü oğlu . O, ilk təhsilini əl-Mübaryakiyyə, əl-Əhmedia və əl-Şərqiyyə məktəblərində alıb, daha sonra din, ingilis, ərəb və elmlər üzrə özəl təhsil alıb. 1949–1959-cu illərdə Əhmədi rayonunda ictimai xidmətlər üzrə direktor vəzifəsində çalışıb. 1959–1961-ci illərdə — hökumətdə maliyyə və sənaye şöbəsinin müdiri olub. 1961–1965-ci illərdə müstəqil Küveytin ilk maliyyə və sənaye naziri olub. Onun rəhbərliyi altında neft gəlirləri ilə qidalanan kiçik qəbilə dövləti dünyanın ən böyük kapital qazanmalarından birinə malik müasir, şəhər dövlətinə çevrildi. İlk milli valyuta dövriyyəyə buraxıldı — Küveyt dinarı .
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940, Küveyt) — Küveytin baş naziri. Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir. iyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur.
Sabah açılacaq, yoxsa yox? (film, 2003)
Sabah açılacaq yoxsa yox? (orijinal adı «Kal Ho Naa Ho»),hind dilində : कल हो ना हो,urdu dilində :کل ہو نہ ہو) adı belədir. Hind kinosudur 2003-cü ildə ABŞ-nin böyük şəhərlərindən biri olan Nyu-Yorkda çəkilmişdir. Neyna Katrina Kapur(Priti Zinta) qəmgin,qaraqabaq qızdır amma onun belə olmağına səbəbdə var. Onun atasına ehtiyacı olan vaxtlarda atası özünü öldürmüşdü. Atası öz həyat yoldaşı Ceneferi (Caya Baççan) uşaqlarını tək böyütmək məcburiyyətində qoymuşdu. Ceneferin bir restoranı var idi,demek olarki o restoran heç işləmirdi. Bundan başqa Neynanın nənəsidə Ceneferi ərinin ölümündə günahlandırır. Neyna hər gün evdə ancaq dava-dalaş görürdü,onun yeganə sevinci MBA kursları idi, hansıki o burda ən yaxın dostu Ruhitlə (Saif Ali Xan) tanış olacaq. Elə bu aralarda onların qonşuluğuna Aman Mathur ( Şahruk Xan ) köçür və hər şey dəyişir.
Sabaha hava haqqında məlumat (film, 1987)
Film Gürcüstanda təbii fəlakət baş verən zaman insan həyatlarını xilas edərkən qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgər Rahib Məmmədov haqqındadır.
Sabaha ümidlə baxanlar (film, 1991)
Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Sabahın Xeyir, Bakı! (1964)
Film müasir Bakıya, onun sakinlərinə, şəhərin qaynar həyatına həsr edilmişdir. Rejissor: Şua Şeyxov Ssenari müəllifi: Ədhəm Qulubəyov, Nazim Sadıqov Operator: Əsgər İsmayılov Musiqi Tərtibatı: Emin Mahmudov Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Sabahın Xeyir, Mikki (televiziya serialı)
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. Good Morning, Mickey!
Sabahın xeyir, Bakı! (film, 1964)
Film müasir Bakıya, onun sakinlərinə, şəhərin qaynar həyatına həsr edilmişdir. Rejissor: Şua Şeyxov Ssenari müəllifi: Ədhəm Qulubəyov, Nazim Sadıqov Operator: Əsgər İsmayılov Musiqi Tərtibatı: Emin Mahmudov Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Sabahın xeyir, Mikki! (teleserial, 1983)
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. Good Morning, Mickey!

Digər lüğətlərdə