Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Svevlər
Svevlər, (Suebiler / Süevler) (lat. Suevi, Suebi) — günümüzdəki Şimali-şərqi Almaniyada kompakt olaraq yaşamış bir xalqdır. Svevlər haqqındakı ilk bilgilər liderləri Ariovistusun Yuli Sezarla apardığı M.Ə. 58-ci ildəki savaşa aiddir. M.Ə. IX əsrdə Drusus sərhəd-sınırı güvənli duruma gətirənə qədər Roma imperiyası üzərində Reyn çayı civarında təhdid olmuşdular. Romanın yıxılışından sonra İspaniyaya gedib orada bir krallıq qurmuşdular. Viziqotlar 585-ci ildə onları məğlub etmişdilər. Tarixçi Tacitusa göre bu xalq, Quadi, Semnones və Marcomanni kimi qəbilələrinin birləşməsindən təşkil olunmuşdu.
Sellər
Sel — dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir.
Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). == Xariçi görünüş == Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. == Həyat tərzi == Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Apardı sellər Saranı
Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır.
Apardı sellər Saranı (film, 1996)
Apardı sellər Saranı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1996-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edir.
Eskellər
Eskellər—Bulqarların qolu.Bəzi mənbələrdə "on ox budun" kimi xatırlanır.Qərbi Göytürk xaqanlığının Nuşibi boyuna mənsub idilər. == Tarix == İbn Fədlan 921—922-ci illərdə Volqada olarkən eskellərin adını qeyd etmişdi.. Ola bilsin ki, İbn Fədlan tərəfindən qeyd edilən başqa tayfalar (esqel, sivan) bulqar deyildi, belə ki, əks tədqirdə onların xüsusi etnik adı olan tayfa kimi ayırmağın mənası yox idi. 982-ci ildə farsdilli "Coğrafiya"da işkillər haqqında bilgi var. Orda qeyd olunur ki, bulqarlar bir-biriləriylə savaşırdılar.. X əsrin birinci yarısında formalaşan dövlətin tərkibinə başqırdlar, peçeneqlər və oğuzlar daxil idi. Onlarla Volqa Bulqariyasından bilavasitə yaxınlıqda görüşü İbn Fədlan təsvir edir. Gərdizi «Zeyn əl-əxbar» adlı əsərində (XI əsrin ortaları) eskellərin yurdu haqqında məlumat verir.. Konstantin Baqryanarodnı «Türk-madyarları» savartoyaskala (savart və eskel) adlandırır. .
Evenlər
Evenlər (even эвен; kişi.cinsi — even, qadın.cins — evenka) — Sibir ərazisində yayılmış Tunqus-mancur dillərinə aid dilə malik xalq. Qohum xalqlar: Evenklər == Yayılması və sayları == Ümumi sayları 20 min nəfər təşkil edir. 2002-ci ildə siyahıya alınmaya görə Saxa ərazisində 11,657, Maqadan vilayəti ərazisində 2527, Kamçatka vilayətində 177, Çukotka Muxtar Dairəsi 1407 və Xabarovsk diyarında 1272 nəfər even yaşayırUkrayna ərazisində 2001 il siyahıya alınmasına görə burada 104 even yaşayır1930—1934 illərdə Uzaq şərqdə Oxoxt-Even milli dairəsi mövcud olmuşdur. 2002 ilə olam məlumatlar Saxa Respublikası: Yakutsk şəhəri - 1213 nəf Qataqay-Alıta kəndi - 726 nəf Topolinoye kəndi - 671 nəf Sebyan Kyoel - 648 nəf Çokurdax kəndi - 363 nəf Sasır kəndi - 354 nəf Kustur kəndi - 296 nəf Andeyoşkino kəndi - 271 nəf Deputatskiy - 270 nəf Berezovka kəndi - 267 nəf Sayılık kəndi - 261 nəf Saskılax - 247 nəf Tiksi qəsəbəsi - 233 nəf Xonuu kəndi - 212 nəf Kazaçe kəndi - 179 nəf Xayır kəndi - 178 nəf Carqalax - 148 nəf Çerskiy - 146 nəf Olenoqorsk - 137 nəf Yoçuqey kəndi - 129 nəf Tomtor kəndi - 125 nəf Kuberqanya kəndi - 115 nəf Xandıqa qəsəbi - 115 nəf Maqadan vilayəti: Qijiqa kəndi - 332 nəf Maqadan - 310 nəf Ola - 292 nəf Omsukçan - 286 nəf Taxtoyamsk - 212 nəf Qarmanda kəndi - 210 nəf Evensk - 191 nəf Seymçak - 127 nəf Tauysk - 102 nəf Kamçatka diyarı: Esso kəndi - 498 nəf Anavqay kəndi - 320 nəf Xailino - 165 nəf Ayanka kəndi - 157 nəf Palana - 111 nəf Çukot Muxtar Dairəsi: Olom kəndi - 417 nəf Anyoysk - 248 nəf Anadır şəhəri - 142 nəf Bilibino - 108 nəf Xabarovsk diyarı: Arka kəndi - 271 nəf Ketanda - 166 nəf Usçan - 103 nəf Nyadbaki qəsəbəsi - 102 nəf Evenlərin illərə görə sayı: == Dil == Altay dil ailəsinin Tunqus-macur dilləri qrupuna daxildir. Onda çox dialekti vardır. Onlar arasında şərq, qərb və orta dialektləri fərqlənir. Onların 52,5 % rus dilində sərbəst danışır və 27,4 % isə rus dilini doğma dil hesab edir. Onların formalaşması Pribaykal, Zabaykal və Şərqi Sibir ərazisində formalaşmışlar. Bu bizin eranın birinci minilliyinə təsadüf edir. Evenlərin bir hissəsi Yukagirlər və Yakutlar tərəfindən asimiliyasiya olunmuşlar.
Qvelflər
Qvelflər — XII - XVI əsrlərdə İtaliyada Müqəddəs Roma imperiyası imperatorlarının öz ağalığını Appenin yarımadasında bərqərar etmək cəhdlərinə etiraz edən siyasi qruplaşma. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibellinlərlə mübarizə aparırdılar. Gibellinlər — 12-13-cü əsrlərdə qvelflərlə münaqişədə olan siyasi qruplaşma. Əsasən zadəganlardan ibarət olan gibellinlər imperator tərəfdarları idilər. Gibellin sözü Müqəddəs Roma imperiyasında hakim sülalə olan Hohenştafuenlərə (?-1268) məxsus Haubelinq qalasının (alm. Weiblingen) adından götürülmüşdür.
Sekellər
Sekellər ([ˈseːkɛj] sekey) eləcə də Szekler hərfən. adamlar; eləcə də rum. Secui, alm. Szekler‎, lat. Siculi) — Macarların bir subetnosu. == Tarixi == Sekellər Macar dilindən fərqli danışırlar. Sekellər Qərbi (Avropa) Hun imperiyasından sonra Karpat hövzəsinə köçək 3000 Hun əsgərin nəsillərindəndir. 895-ci ildə Macar ağalığına qədər varlıqlarını sürdürmüş və sonradan Macar ağalığına keçmişlərdir. Tarixdə Sekel krallığı adlı bir dövlət qurdular, lakin macarlar bu dövləti işğal elədilər. Daha sonra Osmanlı imperiyası zamanında Sekel Muxtariyyəti tanındı.
Sovetlər
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Şiveylər
Şiveylər(çin. ənən. 室韋, sadə. 室韦, pinyin: shìwéi, hərfi mənası: "Шивэй", bu cür də yazılırdı: 失韋 shīwéi) —Monqol dilli köçəri xalq. == Tarixi == Erkən orta çağdakı Şi-veylərlə bağlı bilgiləri də yenə biz Çin qaynaqlarından öyrənirik. Uygur və ya digər Türk yazılarında Şi-veylər ilə əlaqəli Şi-vey ya da onun Türkcə qarşılığı haqqında hər hansı bir ada rastlanılmamışdır. Uyğur dönəminin əvvəllərində Şi-vey tayfaları olduqca güclü və müstəqil bir şəkildə yaşadılar. Çünki bu sıralarda Tanq imperiyası və Uyğur dövlətinin onlarla məşğul olacaq boş zamanları yox idi. Çin qaynaqlarında uyğurlar haqqında; “şərqdə Şi-vey, qərbdə Altay dağları, cənubda Qobi çölü Uyğur dövlətinin sərhəd-sınırları içinə girdi. Yəni uyğurlar bütün göytürklərin torpaqlarına sahib oldular”, deyilməkdədir.
Dəllər
AzərbaycanDəllər (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.GürcüstanDəllər (Bolnisi) — Gürcüstanın Bolnisi rayonunda kənd. Dəllər (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd.ErmənistanDəllər (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Dəllər — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay.İranDəllər (Xalxal) — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Vəzlər
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Əllər haqqında maraqlı faktlar == iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik.
Ben Stiller
Benjamin Edvard "Ben" Stiller (30 noyabr 1965) — Amerikalı aktyor, rejissor, prodüser, komediya ustası və ssenarist.
Danik Snelder
Danik Snelder (d. 22 may 1990) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Danik Snelder Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Fallout Shelter
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir. Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.
Fred Stoller
Frederick "Fred" Stoller (ing. Fred Stoller; 19 mart 1958, Brooklyn, New York) — ABŞ aktyoru.
Goodbye (Shelter)
Goodbye (Shelter) (azərb. Əlvida (Sığınacaq)‎) — Serbiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sanya Vuçiç "Goodbye (Shelter)" mahnısı ilə Serbiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İvana Petersin bəstələdiyi mahnının eyni zamanda Iza osmehla adlı serb dilində olan versiyası da mövcuddur.
Herbert Kvellen
Herbert Kvellen (alm. Herbert Quelle‎; d.
Hydrodamalis stelleri
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Peter Sellers
Peter Sellers (ing. Richard Henry Sellers, 8 sentyabr 1925-ci il - 24 iyul 1980-ci il) — ingilis komediya aktyoru. Daha çox Pink Panter filmlərindəki "Müfəttiş Clouseau", "Doctor Strangelove, ya da bombadan qorxmamağı necə öyrəndim və onu sevdim" filmində oynadığı üç ayrı rola və Lolita (1962) filmində " Clare Quilty" rolları ilə tanınır. 1972-ci ildə Alisa möcüzələr ölkəsində filminə çəkilmişdir. Axırıncı filmi olan Being there filmində uşaq saflığına malik olan "Bağban Chance" rolu ilə o günə kimi oynadığı bütün obrazlardan fərqli bir iş yaratdı. Həmişə gülməli obrazlar yaradan atkyor bu rolla necə güclü dram oynaya bildiyini də göstərmişdi. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Piter Sellers
Peter Sellers (ing. Richard Henry Sellers, 8 sentyabr 1925-ci il - 24 iyul 1980-ci il) — ingilis komediya aktyoru. Daha çox Pink Panter filmlərindəki "Müfəttiş Clouseau", "Doctor Strangelove, ya da bombadan qorxmamağı necə öyrəndim və onu sevdim" filmində oynadığı üç ayrı rola və Lolita (1962) filmində " Clare Quilty" rolları ilə tanınır. 1972-ci ildə Alisa möcüzələr ölkəsində filminə çəkilmişdir. Axırıncı filmi olan Being there filmində uşaq saflığına malik olan "Bağban Chance" rolu ilə o günə kimi oynadığı bütün obrazlardan fərqli bir iş yaratdı. Həmişə gülməli obrazlar yaradan atkyor bu rolla necə güclü dram oynaya bildiyini də göstərmişdi. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Pyotr Svidler
Pyotr Svidler (rus. Пётр Вениами́нович Сви́длер, 17 iyun 1976, Leninqrad) Rusiya qrosmeysteridir. Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir. 7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir. == Şahmat karyerası == Svidler şahmatı 6 yaşında öyrənib. 1992-ci ildə gənclər arasında SSRİ Gənclər Açıq Şahmat Çempionatında 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrosmeysterdir. Bir necə dəfə (2001-ci ildə) Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır və yarımfinala yüksəlmişdir. Andrei Lukin onun məşqiçisidir. 2005-ci ildə FİDE Dünya Çempionatında Svidler Vişvanatan Anandla ikinci yeri bölüşdü.