Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dambur
Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.. Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir. == Tarixi == Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış Avarlar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. == Əhalisi == Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. == Din == Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Samur
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Glamour (jurnal)
Glamour — aylıq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1939-cu ildə ABŞ-də təsis edilmişdi. Jurnal əvvəlcə «Glamour of Hollywood» — Hollivud qlamuru. == Tarixi == ABŞ-də jurnalın oxuyucuların sayı 2,4 mln. nəfərdir. Birləşmiş Krallıq, ABŞ, Fransa, İtaliya, Almaniya, İspaniya, Rusiya, Yunanıstan, Niderland, Polşa, Macarıstan və Rumıniyada çap edilir. Jurnalın auditoriyası - 19-43 yaşlı qadınlar. Britaniyalı «Glamour» hər il «National Glamour Week» adlı festival keçirir. Cib formatlı Glamour jurnalı 1998-ci ildə İtaliyada icad edilib. == ABŞ redaktorları == Alice Thompson (1939–1941) Elizabeth Penrose (1941–1953) Nina Kyle (1953–1954) Kathleen Aston Casey (1954–1967) Ruth Whitney (1967–1998) Bonnie Fuller (1998–2001) Cynthia Leive (2001–indiyə gədər) == Jurnalın üz qabığı == Glamour jurnalının üz qabığında Kira Naytli, Qvinet Peltrou, Milla Yovoviç, Skarlet Yohansson, Keyt Bekinseyl, Cennifer Lopez, Naomi Uotts,Kayli Minouq, Eva Lonqoria, Fergie, Keyt Hadson, Sara Cessika Parker, Cessika Simpson, Qven Stefani,Kirsten Danst, Penelopa Kruz, Odri Totu, Natali Portman, Keyt Blanşett, Rene Zellveger,Nikol Kidman, Şarliz Teron, Lindsi Lohan, Mena Suvari, Keyt Uinslet, Liv Tayler, Drü Berrimor, Tatyana Sorokko, Kristina Agilera, Sienna Miller, Ancelina Coli və Enn Hetey, rusiyalı ulduzlar - (Alsu, Tina Kandelaki, Çulpan Xamatova, Alina Kabayeva, Mariya Şarapova, Yelena Dementyeva, Nataliya Vodyanova, Yelena Korikova, İngeborqa Dapkunayte, Anastasiya Zavorotnyuk, Kseniya Sobçak və Oksana Akinşina).
Skambus kolobata
Scambus calobatus
Scambus calobatus (lat. Scambus calobatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin ichneumonidae fəsiləsinin scambus cinsinə aid heyvan növü. == Həyat tərzi == Abşeron yarımadasında geniş yayılmışdır. Hər bir yaşıllıq sahəsində çiçəkli bitkilər üzərində ona rast gəlmək olur. Toplanmış materiallara əsasən, müəyyən edilmişdir ki, o, tək ipəksarıyanın, qızılqarın kəpənəyin, valehedici gözəlçənin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Parazit ikinci və üçüncu yaş tırtılların hər birinin üzərinə bir ədəd yumurta qoyur. Yumurta qoyulandan 3-4 gün sonra onlardan sürfələr çıxır. Parazitin sürfələri 5-6 gün sahibin bədən möhtəviyyatı ilə qidalandıqdan sonra pup mərhələsinə keçir. Pup mərhələsi 10-12 gün çəkir. Ümumi inkişaf müddəti 20-25 gün davam edir.
Sarbur (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
Şambor qəsri
Şambor qəsri (fr. Château de Chambord) — Fransanın Lotaringiya departamentində yerləşən qəsr. Qəsr Blua şəhərinin 15 kilometr şərqində yerləşir. XVI əsrin ikinci yarısında Kral I Fransisk tərəfindən ov qəsri kimi inşa etdirilmişdir. Şambor qəsri Lotaringiyada yerləşən qəsr və saraylar arasında ən mühümü hesab olunur. == Tarixi == === XVI və XVII əsrlər === İtaliyada yaranmış Renesans mədəniyyəti Fransada öz təsirlərini göstərməyə başlayırdı. Renesans mədəniyyəti Fransada ilk olaraq Lotaringiya departamentində yaranmış və inkişaf etmişdir. Bu bölgədə tikilən qalalar, qəsrlər və digər bu növ tikililər Renesans mədəniyyətinin ilkin nümunələrindən hesab olunur. Kral I Fransisk Şambor qəsrini 1519-cu ildən etibarən inşa etdirməyə başlatdırmışdır. Həmin vaxt kralın cəmi 25 yaşı vardı.
Şambul bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samburu (təbiət qoruğu)
Samburu ( ing. Samburu National Reserve) Şərqi Afrika ölkəsi Keniya ərazisində yerləşmiş zəngin fauna və floraya malik milli park statuslu təbiət qoruğu. Qoruğun sahəsi 165 km² olub, dəniz səviyəsindən 1230–800 m yüksəklikdə yerləşmişdir. Qoruq Vaso Niuro çayı vasitəsilə ikiyə bölünür. Bu çay qoruğun ekosisteminin əsas hissəsi sayılır. Çay sahil boyu palma meşəlikləri ilə əhatə olunmuşdur. Qoruğun qonşuluğunda daha bir qouq Baffalo-Sprinqs yerləşir.
Ağboğaz samur
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Sambr çayı
Sambr çayı - Belçika və Fransanın ərazisindən keçir. Sambr çayı Maas çayının sol qoludur. Uzunluğu 190 km, hövzəsinin sahəsi isə 2740 kv.km-dir. == Coğrafiyası == Öz başlanğıcını Ardenlərdən götürür Belçika və Fransanın ərazisindən keçir. Sənaye şəhərlərindən keçdiyi üçün bütün tullantılar çaya axıdılır və buda çayın çirklənməsi ilə nəticələnir. Hündürlüyü dəniz səviyyəsindən 199 m-dir. == Şəhərlər == Sambr çayının keçdiyi ərazilər: Ena Nor Eno Namyur == Tarixi == I Dünya müharibəsində Namyur şəhəri üzərində müharibə çayın adı ilə Sambr döyüşü adlanır. == Ədəbiyyat == Самбра // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков.
Samur (heyvan)
Samur Gunj
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur Novruzov
Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; 25 may 1938, Kirovabad – 24 sentyabr 2001, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü. == Həyatı == Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi. Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub. Samur Novruzov ailəli və üç övlad atası idi. == Fəaliyyəti == Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi.
Samur Qunc
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur dairəsi
Samur dairəsi (rus. Самурский округ) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1839–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Axtı kəndi idi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən dairədə 29.046 nəfəri kişilər, 28.122 nəfəri qadınlar olmaqla toplam 57.168 nəfər əhali yaşayırdı. 1853–cü ilə olan məlumata əsasən isə dairənin bütün yaşayış yerlərində 29.848 nəfəri kişilər, 29.049 nəfəri qadınlar olmaqla toplam 58.897 nəfər əhali var idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. == Hidroqrafiya == Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Samur döyüşü
Samur döyüşü — Səfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər. == Savaş zəmini == Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
Samur meşəsi
Samur meşəsi Rusiyanın subtropik lianalarını təşkil edir. Ümumi sahəsi 220 kv.km olan bu meşə Dağıstanın Məhərrəmkəndindən başlayaraq Azərbaycanın Xaçmaz rayonuna qədər geniş ərazini əhatə edir. O öz adının Samurçayın deltasından götürüb. == Coğrafiyası == Meşə özü Rusiya və Azərbaycanın şimal hissəsinə bölünür. Rusiya ərazisində o Dağıstan cənub-şərq hissəsini əhatə edir və Samur dövlət qoruğuna kimi davam edərək 11200 ha ərazini əhatə edir. Burada 7 kənd yaşayış məntəqəsi və 3 hərbi hissə var. Azərbaycanda isə Samur-Yalama Milli Parkı 11722,45 ha hissəsini əhatə edir. Burada ən azı 9-10 yaşayış məntəqəsi vardır. Meşənin bir hissəsi Xəzər dənizi suları ilə yuyulur. == Təbiəti == Bu meşələr Rusiyada yeganə liana tipli subtropik meşədir.
Samur çayı
Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir. Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir.
Əs-Sabur
Əs-Sabur (ər. الصبور) — Allahın adlarından biri.
Samur (Qusar)
Samur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə.
Samur (dəqiqləşdirmə)
Samur — dələlər fəsiləsinin samurlar yarımfəsiləsinə aid məməli cinsi. Samur (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə. Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaydır.