Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
Suvenir
Suvenir (fr. Souvenir — xatirə, yaddaş) — Adətən adam tərəfindən yadigarlıq hədiyyə kimi alınır.
İvelin
İvelin (fr. Yvelines) — Fransanın şimali mərkəzində yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 76 .İnzibati mərkəzi — Versal. Əhalisi — 1 435 448 nəfər (departamentlər arasında 9-cu yer, 2010-cu ilin məlumatları). Sahəsi — 2284 km². Departamentin ərazisində Sena çayı axır. Departamentə 4 rayon, 39 kanton və 262 kommun daxildir. İvelin — 1968-ci ildə Sena və Uaza ləğv edilmiş departamentlərin ərazisində yaradılmışdır.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər. Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması.
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Vəlis
Vəlis (az-əbcəd. ولیس‎, fars. ولیس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 459 nəfər yaşayır (124 ailə).
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir. Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö.
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Evelin Ebhomien
Evelin Ebhomien (1 yanvar 1981) — Nigeriyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nigeriyanı təmsil edir. Evelin Ebhomien 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evelin Vo
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır. Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Suvenir (1972)
Film-konsertdə bəstəkar Vaqif Mustafazadənin rəhbərlik etdiyi "Sevil" vokal-instrumental ansamblı, xalq artisti Əminə Dilbazinin rəhbərlik etdiyi "Çinar" rəqs ansamblı və bəstəkar Rafiq Babayevin musiqisinin müşayiəti ilə səhər lövhələrinin təsviri öz əksini tapmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Üzeyir Abdullayev
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009). Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrosmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib.
Üzeyir Abduramanov
Üzeyir Abduramanov (12 (25) mart 1916 – 19 yanvar 1991) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı səngər qazmaqla məşğul olub. 15 yanvar 1944-cü ildə Soj çayı boyunca ağır düşmən atəşi altında və qoşunların təhlükəsiz daşınmasını təmin edərək Sovet İttifaqı Qəhrəmanı elan. 25 mart 1916-cı ildə Krımda dünyaya gəlib. 1933-cü ildə oxuduğu Ticarət məktəbindən məzun olduqdan sonra Simferopol şəhərində işləməyə başlayıb. 1939-cu ildə isə Qırmız Ordu qoşunlarına çağırılıb. 1991-ci ildə Navoiy şəhərində vəfat edib. Abduramanov Barbarossa əməliyyatı başlandıqdan bir müddət sonra İkinci Dünya müharibəsində döyüşmək ön cəbhəyə aparıldı; əvvəllər Xalxin Məqsəd müharibəsində döyüşmüşdü. Belarusiyaya keçməzdən əvvəl Stalinqrad döyüşündə iştirak etdi. 1943-cü ildə Qomel rayonundakı münaqişə əsnasında Qırmızı Ordu qoşunlarının irəliləməsi üçün buzlu Soj çayı boyunca bir körpü inşa etmək vəzifəsi verildi.
Üzeyir Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir. 2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin] 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar.
Sincabaoxşar güvələr
Sincabaoxşar güvələr (lat. Yponomeutidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.