Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunda şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abad (Ağdaş)
Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1765 nəfərdir (2008). == Etimologiyası == Abad kəndi Ağdaş rayonunun inzibati ərazi dairəsində yerləşir. 1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur. == Tarixi == Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi.
Ağalı (Ağdaş)
Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağalı Ağdaş rayonunun Aşağı Zeynəddin inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir. == Tanınmış şəxsləri == Əliyev Elbrus Əsgər oğlu (d.1962-ö.1992) — Qarabağ döyüşçüsü,şəhid.
Ağcaqovaq (Ağdaş)
Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var. == Tarixi == Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Ağdaş (Cəlilabad)
Ağdaş — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Oykonim «ağ» və «daş» topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir. == Toponimikası == Cəlilabad r-nunun eyni-adlı i.ə.v.-də kənd. Göytəpə çayının sol sahilində, Lənkəran ovalığındadır. Keçmişdə Üçüncü Dərviş adlanırdı. Bu da onunla bağlıdır ki, kənd XIX əsrin ortalarında ərazidə maldarlıqla məşğul olan dərvişbəyli tayfasının üçüncü qoluna mənsub ailələr tərəfindən məskunlaşmışdır. Oykonim kəndin ərazisindəki Ağdaş adlı qayanın adından götürülmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2403 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ağdaş (Gavbazə)
Ağdaş - İranın Kürdüstan ostanında kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pintac qəsəbəsindən 16 km cənubdadır.
Ağdaş (Germi)
Ağdaş (fars. اقداش سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Qala-Bərzənd kəndistanında, Germi qəsəbəsindən 21 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 13 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə).
Ağdaş (Kürdüstan)
Ağdaş — İranın Kürdüstan ostanı, Sənəndəc şəhristanına daxil olan kənd. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bəxşinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 25 km şərqdədir.
Ağdaş (Kəlbəcər)
Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları. == Yaylaqlar == Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu. == Bulaqlar == Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq. == Məşhur yerlər == Çüxur yer, Böyük güney, Xanların çəpəri, İnəyi canavar yeyən, Tanrıverdinin çəpəri, Taplar biçənəyi, Kalafalı tələ biçənəyi, Ardışlı güney, Dikinəyer, Dibi kaha daş, Arı qayası, Budağın yurdu, Məstanvurulan qaya.
Ağdaş (Qaraqoyunlu)
Ağdaş — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Bəri və ya Bari olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.
Ağdaş (Qoşaçay)
Ağdaş (fars. اغداش‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandoab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandoab qəsəbəsindən 28,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 952 nəfər yaşayır (282 ailə).
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağdaş (Təbriz)
Ağdaş (fars. اقداش‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbriz şəhərindən 27 km şimalda, Təbriz-Əhər avtomobil yolunun 11 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (33 ailə).
Ağdaş (Xoy)
Ağdaş (fars. اغداش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər (84 ailə) yaşayır.
Ağdaş (dəqiqləşdirmə)
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunda şəhər, rayonun inzibati mərkəzi. Ağdaş (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş (qəzet) — Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. Ağdaş (Loru) — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.İrandaAğdaş (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanına aid kənd. Ağdaş (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanına aid kənd. Ağdaş (Əhər) — Ağdaş (Ərdəbil) — İranın Ərdəbil ostanında kənd. Ağdaş (Gavbazə) — İranın Kürdüstan ostanında kənd. Ağdaş (Kürdüstan) — İranın Kürdüstan ostanında kənd. Ağdaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Ağdaş (qəzet)
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. == Tarixi == "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub. 1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər.
Ağdaş (Çaldıran)
Ağdaş (fars. اغداش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (19 ailə).
Ağdaş (Çaroymaq)
Ağdaş (fars. اغداش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 26 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ağdaş bələdiyyələri
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağzıbir (Ağdaş)
Ağzıbir — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağzıbir kəndi Pirəzə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağzıbir kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı "axar suyun digər su obyektinə töküldüyü yer" mənasını ifadə edir. 1945-ci ilə qədər Ermənistanda Ağzıbir adlı kənd olmuşdur. == Tarixi == Mingəçevir su anbarı tikilənə qədər kənd Kür çayının birbaşa sahilində yerləşirdi. Daşqınlar zaman kəndin əhalisi sahildən uzaqlaşır, daha yüksək ərazilərə köçür, su azaldıqdan sonra isə əvvəlki yerinə qayıdırdı. Sonralar əsas kənd yeri tərk olundu və indiki yerə yerləşdi. İndiki kənd yerini daşqınlardan qorumaq məqsədilə kəndin Kür çayı ilə təmasda olduğu yerlərdə əhalinin iştirakı ilə bənd çəkildi. Hazırda bənd oz əvvəlki görkəmini itirsə də əhali arasında yenə də "bənd" adlanır. Yaşlı insanların kəndin adı ilə əlaqədar söylədiyinə əsasən əvvəllər kəndin bir yolu olduğu üçün onu Ağzıbir (yəni bir yolu olan kənd) adlandırıblar.
Ağdaş bələdiyyəsi
Ağdaş bələdiyyəsi (Ağdaş) — Ağdaş rayonunda bələdiyyə. Ağdaş bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Ağdaş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Ağdaş rayonu
Ağdaş rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir. == Tarixi == Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançayın orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir. Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər.
Ağdaş şəhəri
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunda şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Ağabaş
Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. == Toponimik izah == Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsiAbdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Ağotaq
Ağotaq (Marağa)