Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arnoşt Bart
Arnoşt Bart (y.sorb Arnošt Bart, Brězynčanski; 29 avqust 1870, Litten[d] – 15 fevral 1956, Brizinq[d]) — Sorbialı siyasətçi və ictimai xadim. Sorbia mədəni-ictimai "Domovina" cəmiyyətinin yaradıcılarından biri və onun ilk sədri (1912-1927). == Bioqrafiya == 29 avqust 1870-ci ildə Kubşuts kommunasının Letonun kəndində serb kəndli ailəsində anadan olub. 1885-1888-ci illərdə Bautzendəki peşə məktəbində təhsil alıb. Təhsildən sonra o, tək Avropanı yox həm də Fransa, Rusiya və Avstriya-Macarıstanı səyahət edir. 1890-cı ildə vətənə qayıdır və həmin il Sorb təhsil təşkilatı "Matitsa Serbian"a qoşulur. Sorb kəndliləri arasında mədəni və ictimai tədbirlərdə iştirak etmişdir. Eyni zamanda o, sakson mühafizəkarlarının fikirlərini dəstəkləyərək siyasi fəaliyyətlərdə iştirak edirdi. 1912-ci ildə "Domovina" sorb ictimai təşkilatının yaradıcılarından biri idi. 1918-ci ildə Saksoniyada baş verən Noyabr inqilabı zamanı o, Milli Sorb Komitəsinin qurucusu olur.
Arnoşt Muka
Arnoşt Muka (a.sorb Arnošt Muka; 10 mart 1854 – 10 oktyabr 1932, Bautzen) — Sorb pedaqoqu və ictimai xadim. Sorb muzeyinin və Bautzendəki Sorb Evinin yaradıcısı. == Bioqrafiya == Arnoşt Muka 19-20-ci əsrlərin ən görkəmli sorb humanistlərindən biri hesab olunur və Sorb milli şüurunun inkişafına əhəmiyyətli töhfələr verir. 1874-1879-cu illərdə Leypsiq Universitetində oxuyub, burada klassik filologiya və slavyanşünaslıq üzrə təhsil alıb. 1875-ci ildə Sorb gimnaziyasının şagirdləri üçün "Schadźowanka" adlı ilk gənclərin yay düşərgəsi-festivalını təşkil edib. 1879-cu ildən Zittauda, daha sonra Bautzendə gimnaziyada müəllim olub. Gənc yaşlarından Lusatian mədəni və elmi hərəkatında iştirak etməyə başladı. 1882-86-cı illərdə " Łužica " jurnalının redaktoru, 1884-1932-ci illərdə isə " Časopis Maćicy Serbskeje " jurnalının redaktoru olub. 1884-1886-cı illərdə bu jurnalın səhifələrində o, sorblərinin sayı, məskunlaşması, sosial quruluşu və təhsil səviyyəsi haqqında statistik məlumatları təqdim edən "Statistika Łužiskich Serbow" demoqrafik tədqiqatını dərc edib. Onun qətiyyəti və təşkilatçılıq istedadı sayəsində 1904-cü ildə Bautzendə Sorb evi açıldı.
Yan Arnost Smoler
Yan Arnost Smoler (y.sorb Jan Arnošt Smoler, alm. Johann Ernst Schmaler‎; 3 mart 1816 – 13 iyun 1884, Bautzen, Saksoniya) — sorb filoloqu və yazıçısı. 19-cu əsrdə sorbların milli intibah dövrünün ən mühüm nümayəndələrindən biri olmuşdur. Yan Arnost Smoler 1816-cı ildə Sorbianın Prussiya hissəsində, Hoyersverdadan uzaq olmayan Luço kəndində anadan olmuşdur. Atası Korla Yan Smoler Loza kəndində xidmət edən protestant müəllim idi. Yan Smoler Lozada ibtidai məktəbdə oxuyub. 1827-ci ildə Smoler Bautzen Gimnaziyasına daxil olur. 1836-cı ildə gimnaziyanı bitirdikdən sonra Breslau Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 1840-cı ilə qədər burada oxumuş. 1840–1845-ci illərdə şair Çelakovskinin rəhbərliyi altında oxuduğu slavyan dilçiliyi və ədəbiyyatı ilə maraqlanmışdır. Artıq gimnaziyada Smoler digər tələbələrlə Sorb dilini öyrəndiyi bir dərnəyi təşkil edirdi.
Asbest
Asbest — şəhər
Qlasnost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Corc Arnott Arnott
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Assos
Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca Bəhram ― Türkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı. Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır. Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir. Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiya və biologiya mövzusunda yenilikçi müşahidələr edir. Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü. Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı.
George Arnott Walker-Arnott
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Asbest (dəqiqləşdirmə)
Asbest — şəhər
Asbest (şəhər)
Asbest — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir. == Etimologiya == Şəhər adını burada inkişaf etmiş asbest sənayesinə görə alıb. == Tarixi == 1889-cu ildə Kudelka (rus. Куделька) adı ilə qurulub. 1933-cü ildə şəhər statusu və indiki adını alıb.
Crataegus annosa
Crataegus annosa (lat. Crataegus annosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yunost (Şaran)
Yunost (başq. Юность, rus. Юность) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Yunost adası
Yunost adası — çay yatağında yerləşən ada. İrkutsk şəhərinin mərkəzində, Anqara çayının yatağında yerləşir. Adada elədə böyük olmayan meşə massivi yerləşir. Çəşhur istirahət məskənidir. Sahillə körpü vastəsi ilə birləşir. Sahəsi 0,107 km²-dir. Adada turizm zonası 1960-cı illərdə təşkil olunmuşdur. Burada piyada yolları, çimərliklər meydana gəlir. Ağac və kollar əkilir. Burada uşaq meydançası, yay düşərgəsi, xilasetmə stansiyası və idman meydançası inşa edilir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Aşot Süni
Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır: “...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.” Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır: "Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub.
Bekor Aşot
Bekor Aşot (erm. Բեկոր Աշոտ; 6 oktyabr 1959, Bakı – 24 avqust 1992, Ballıqaya, Ağdərə rayonu və ya Drombon, Ağdərə rayonu) — Qarabağ müharibəsində və Şuşanın işğalında iştirak etmiş erməni əsilli terrorçu. Müharibədə çoxlu yaralar aldığı üçün Bekor (Şüşə qırığı) ləqəbi ilə tanınmışdır. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak etmişdir. Azərbaycan ordusu tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində öldürülmüşdür. == Həyatı == Bekor Aşot və ya əsil adı ilə Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçmüşdür. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırmışdır. Hərbi biliklərinin olmasına görə müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarınını düzəldilməsində yaxından iştirak etmişdir. Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılmışdır.
Aşot bin Şavur
Aşot bin Şavur — Şəddadi şahzadəsi və Əbüləşvar Şavurun ikinci oğludur. II Fəzl bin Şavur 1068-ci ildə gürcülərin əlində əsir olanda Aşot onun yerinə səkkiz ay dövləti idarə edib. (Avqust 1068 – Aprel 1069) O, hətta öz adına və Səlcuq hökmdarı Alp Arslan adına sikkə zərb etmişdir. == İstinadlar == == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition.
Sost (Yuxarı Pireney)
Sost (fr. Sost) — Fransada kommuna, Cənub-Pireney regionunda yerləşir. Yerləşdiyi departament — Yuxarı Pireney. Moleon Barus kantonuna daxildir. Banyer-de-Biqor rayonunda yerləşir. Kommunanın INSEE kodu — 65431-dir. Kommuna təxminən Parisdən 680 km cənubda, Tuluza şəhərindən 105 km cənub-qərbdə, Tarb şəhərindən isə 55 km cənub-şərqdə yerləşir. Urs-de-Sost çayı kommunanın ərazisindən axır. Kommunanın ərazisinin böyük hissəsini meşələr tutur. İqlimi demək olar ki, bütün il ərzində günəşli isti hava və bol yağıntı ilə müşahidə edilir.
АЩНЦ-3 katalizatoru
İpək xrizotil və amfibol asbest təzahürü