ASSIST

v kömək / yardım etmək; to ~smb. with money bir kəsə pulla kömək / yardım etmək; to ~ smb. into the carriage bir kəsə faytona minməyə kömək etmək; Can you assist me to lift the box? Qutunu qaldırmaqda mənə kömək edə bilərsənmi / bilərsinizmi?

ASSIMILATION
ASSISTANCE
OBASTAN VİKİ
Assistent
Assistent – (lat. assistens (assistentis)) – iştirak edən, kömək edən şəxs. ali məktəb müəssisəsində (kafedralarında) kiçik müəllim vəzifəsi və bu vəzifəni tutan şəxs; əsas işin yerinə yetirilməsi zamanı mütəxəssisin köməkçisi: ali məktəblərdə mühazirə oxumaqda, laboratoriya işində və əməli məşğələlərdə mühazirəçiyə və ya professora kömək edən şəxs; xəstəliyin gedişini müşahidə edən və cərrahiyyə zamanı həkimin köməkçisi – yardımçısı; orta və ali məktəbdə imtahan aparanın köməkçisi; elmi ad; ali məktəb müəllimlərinə verilən ilk elmi ad. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Google Assistant
Google Assistant — Google tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir. Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı. 2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər. İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.