Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağstafa
Ağstafa — Azərbaycanda şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Alekseyevka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Ağgöl (Ağstafa)
Ağgöl (keçmiş adı: Xutor) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Ağstafa (dəqiqləşdirmə)
Ağstafa (şərab) — Azərbaycan şərabı. Ağstafa (şəhər) — Azərbaycanda şəhər. Ağstafa rayonu — Azərbaycanda rayon.
Ağstafa (şəhər)
Ağstafa — Azərbaycanda şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Ağstafa bələdiyyələri
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağstafa bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağstafa müqaviləsi
Ağstafa müqaviləsi - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gürcüstan Demokratik Respublikası arasında "sülh və dostluq" müqaviləsi. == Tarix == 1920-ci il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalanmışdır. Ağstafa müqaviləsinin bağlanmasına ehtiyac Şimali Azərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də sovet qoşunlarının Şimali Azərbaycana müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən istifadə edən Gürcüstan hökuməti Azərbaycan sərhədinə qoşun çıxardı. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Gürcüstan elə həmin gün Poylu körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma keçdi. Azərbaycan Hökumətinin diplomatik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliyi xeyli müddət aradan qaldırmaq mümkün olmadı. Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. == Komissiyanın faəliyyəti == Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. Həmid Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edildi. Danışıqlar 1920-ci il iyunun 3-də Ağstafada başladı.
Ağstafa rayonu
Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Trans-Anadolu qaz boru kəməri rayonun ərazisindən keçir. == Coğrafiyası == Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km² –dir.
Ağstafa şəhəri
Ağstafa — Azərbaycanda şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Düzqışlaq (Ağstafa)
Düzqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kolayır (Ağstafa)
Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir.
Köhnəqışlaq (Ağstafa)
Köhnəqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür. 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır. 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır. 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır. 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır. 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır. 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır.
Muğanlı (Ağstafa)
Muğanlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Qarahəsənli (Ağstafa)
Qarahəsənli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Qarahəsənli kəndi Düzqışlaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qarahəsənli kənd Soveti yaradılmışdır.
Qarayazı (Ağstafa)
Qarayazı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi əsasən meşəliklə örtülüb. Kəndin ərazisində Qarayazı dövlət təbiət qoruğu yerləşir.
Sadıqlı (Ağstafa)
Sadıqlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir. Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir. Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir. == Tarixi == Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli.
Salahlı (Ağstafa)
Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Soyuqbulaq (Ağstafa)
Soyuqbulaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Soyuqbulaq qəsəbəsi Qarayazı düzündədir. Yaşayış məntəqəsi Soyuqbulaq d.y. stansiyası yanında salındığı üçün 1965-ci ildən belə adlanır. D.y. stansiyası isə ərazidəki eyniadlı bulağm admı daşıyır.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. == İqtisadiyyatı == Kəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Xətai (Ağstafa)
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
108 saylı Ağstafa seçki dairəsi
Avey Ağstafa FK
Avey Ağstafa FK — Azərbaycanın Ağstafa rayonunu təmsil edən futbol klubu. 1984-cü ildə yaradılmışdır. Klub hazırda uşaq futbol liqasında fəaliyyət göstərir. == Tarixi == Azərbaycannın Ağstafa rayonunu təmsil edən keçmiş peşəkar futbol klubudur. Komanda 1984-cü ildə Ağstafada yaranmışdır. İlk adı "Kooperator Ağstafa" olub. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1988-ci ildə "Avey Ağstafa" komandası adı altında Azərbaycan çempionatında iştirak edib. 1990-cı ildə Azərbaycan çempionu adına layiq görülü. 1991-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində (Azərbaycan zonası) çıxış edib.
Ağstafa Dəmiryol Stansiyası
Ağstafa Dəmiryol Stansiyası — Ağstafa şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası.
Ağstafa Hava Limanı
Ağstafa Hava Limanı — Azərbaycan Respublikasının Ağstafa rayonunda yerləşən fəaliyyətini dayandırmış mülki hava limanı.
Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi
Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyi — 1993-cü ildən fəaliyyət göstərir. == Muzey eksponatları == Ağstafa Tarix-Diyarşünaslıq muzeyi 1993-cü il fevralın 5-dən fəaliyyət göstərir. == Muzey eksponatları == Maddi və mənəvi eksponatların sayı 2280 ədədə çatdırılmışdır. == Muzey binası == Muzey binasının sahəsi 144 kv.m-dir. Muzeyin 1 ədəd Fond otağı , 1 ədəd Sərgi salonu və 1 ədəd ümumi otağı vardır. == Həmçinin bax == Ağstafa rayonu Ağstafaçay Ağstafa == Xarici keçidlər == "Tarix və diyarşünaslıq muzeyləri". http://www.anl.az. İstifadə tarixi: 23.11.2020. "Məktəbədə muzeyin fəliyyəti". https://aztehsil.com.
Ağstafa seçki dairəsi
Ağstafa su anbarı
Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur. Su anbarının biogen elementlərlə zəngin olmasına baxmayaraq (nitrat azotu – 2,0 mq/l; dəmir oksidi 1,3 mq/l; silisium 5,5 – 6,0 mq/l; mineral fosfor 0,06 – 0,04 mq/l; nitrit azotu 0,05 mq/l) burada fauna həm növ tərkibinə və həm də miqdarına görə zəif inkişaf etmişdir. Çox güman ki, Ağstafaçayın zəhərli suları su anbarında faunanın inkişafına mənfi təsir göstərir.
Ağstafa Şərabçıları (1992)
Ağstafa şərabçıları qısametrajlı sənədli filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1992-ci ildə çəkilmişdir. Film "Mozalan" Studiyasında istehsal edilmişdir. Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Məzmun == Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mövlud Süleymanlı Rejissor: Şamil Mahmudbəyov Operator: Vaqif Muradov == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1992-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağstafa Şərabçıları (film, 1992)
Ağstafa şərabçıları qısametrajlı sənədli filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1992-ci ildə çəkilmişdir. Film "Mozalan" Studiyasında istehsal edilmişdir. Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Məzmun == Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mövlud Süleymanlı Rejissor: Şamil Mahmudbəyov Operator: Vaqif Muradov == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1992-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağstafaçay
Ağstafaçay — Kürün sağ qolu. Əsasən Ermənistandan və Azərbaycanın Qazax və Ağstafa rayonlarının ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2500 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir. Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir. Çayın yatağında həcmi 112 kub metr olan su anbarı tikilmişdir.
Ağstafaçay su anbarı
Ağstafaçay su anbarı — Azərbaycanın Qazax rayonunda, Ağstafaçayın üstündə su anbarı. 1971-ci ildə istifadəyə verilmişdir. Sahəsi 6,3 kilometr2, ümumi həcmi 120 milyon metr3, faydalı həcmi 111 milyon metr3-dir. Bəndin uzunluğu 1,9 kilometr, hündürlüyü 50,2 metrdir. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Cümə məscidi (Ağstafa)
İmam Əli adına Ağstafa Cümə məscidi — Ağstafa şəhərində (mərkəzində) yerləşən bu məscid 1996-cı ildən inşa olunub. Həyətyanı sahəsi 6500 kv. metr, daxili sahəsi 17x17 metrdir. Əli ibn Əbu Talib məscidinin binası, eləcədə qoşa minarələri mişar daşı ilə inşa edilmişdir. Məscid düzbucaqlı formada olub, döşəmədən tavana qədər hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü isə 9 metrdir. Məsciddə qadınlar şöbəsi ikinci mərtəbədə yerləşmişdir. Onun sahəsi 34 kv.metrdir. İbadət zalında 10 tağvari formada pəncərə qoyulmuşdur. Mehrabın hündürlüyü 2,5 metrdir. Məscidin iç divarları ağ rəngdə işlənmişdir.
Düzqışlaq bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.